Məhkəmə qərarları › İş №e-2(011)-2787/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2787/2022

10.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2787/2022 10.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə ərizəsinə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 151,80 manat əsas borc, 45,50 manat cərimə olmaqla, cəmi 197,30 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 829 manat əsas borc, 248,70 manat cərimə olmaqla, cəmi 1077,70 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 549 manat əsas, 164,70 manat cərimə, cəmi 713,70 manat, xx.xx.2020-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 220,50 manat əsas, 66,10 manat cərimə, cəmi 286,60 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 822,10 manat əsas, 246,60 manat cərimə, cəmi 1068,70 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 1949,80 manat əsas, 584,90 manat cərimə, cəmi 2534,70 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 829 manat əsas, 248,70 manat cərimə, cəmi 1077,70 manat, xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 1821 manat əsas, 546,30 manat cərimə, cəmi 2367,30 manat, ümumilikdə 9323,70 borcun və 113,25 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 2 ədəd «Honor 8A» markalı telefonun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyaların ümumi dəyəri 753,60 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödənişi isə 42 (sonuncu ay üçün 39,60 manat) manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 1 ədəd «Acer« markalı noutbukun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 999 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödənişi isə 56 (sonuncu ay üçün 59 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 1 ədəd «Samunsg« markalı televizorun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 1249 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödənişi isə 70 (sonuncu ay üçün 59 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə 1 ədəd «X1 9” markalı mobil telefonun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 448,50 manat olmaqla, 0,50 manat ilkin ödəniş, ödəniş müddəti 12 ay, aylıq ödənişi isə 38 (sonuncu ay üçün 30,50 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə «iPhone S” markalı mobil telefonun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 1417,10 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödənişi isə 119 (sonuncu ay üçün 108,10 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 1 ədəd «iPhone” markalı mobil telefonun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 2339,80 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödənişi isə 130 (sonuncu ay üçün 129,80 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 1 ədəd «Samsung A725” markalı mobil telefonun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 999 manat olmaqla, ödəniş müddəti 12 ay, aylıq ödənişi isə 84 (sonuncu ay üçün 75 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2021-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2021-ci il tarixdə 1 ədəd «Samsung” markalı soyuducunun satılması barədə nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə əşyanın ümumi dəyəri 1929 manat olmaqla, ödəniş müddəti 18 ay, aylıq ödənişi isə 108 (sonuncu ay üçün 93 manat) manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində qeyd etmişdir ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı 2 (iki) ədəd “Honor 8A” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 753.6 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "Acer" markalı kompüterə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 56 manat olmaqla cəmi 999 manat. xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung” markalı televizora görə 18 ay ödəniş cədvəli üzrə hər ay 70 manat olmaqla cəmi 1249 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “X1 9” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 38 manat olmaqla cəmi 448.5 manat. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “İphone SE" markalı mobil telefona və aksessuara görə 12 ay ödəniş cədvəli üzrə hər ay 119 manat olmaqla cəmi 1417.1 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "İphone 11” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 130 manat olmaqla cəmi 2339.8 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı “Samsung A725” markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 84 manat olmaqla cəmi 999 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "Samsung" markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 108 manat olmaqla cəmi 1929 manat, ümumilikdə səkkiz müqavilə üzrə 10059 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq. xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 28.5 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 85 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 70 manat, xx.xx.2020-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixində 29 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 115 manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 130 manat. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonııncu dəfə xx.xx.2021-ci il tarixdə 85 manat və xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 108 manat ödəniş etmiş və səkkiz müqavilə üzrə cəmi qalıq qalmış 7172.2 manat borcu qaytarmamışdır.. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçı ilə cavabdeh arasında yuxarıda qeyd edilən elektron avadanlıqların nisyə alqı-satqısı barədə ümumilikdə 7 ədəd müqavilə bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirərək razılaşdırılmış əşyaları cavabdehə vermiş, lakin cavabdeh aldığı əşyaların dəyərini müqavilədə nəzərdə tutulmuş müddət ərzində iddiaçıya tam qaytarmamışdır. İddiaçının verdiyi maliyyə arayışına görə cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 601,80 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 151,80 manat və cərimə borcu 455 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 170 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 829 manat və cərimə borcu 2487 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 700 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 549 manat və cərimə borcu 1647 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 228 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 220,50 manat cərimə borcu 661 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 595 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 822,10 manat və cərimə borcu 2466 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 390 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 1949,80 manat və cərimə borcu 5849 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 170 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 829 manat və cərimə borcu 2487 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 108 manat ödəniş edilmiş, həmin müqavilə üzrə əsas borcu 1821 manat və cərimə borcu 5463 manat, təşkil edir. Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Qeyd edilən müddəalara və şərh edilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilələr əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair üzərinə öhdəlik götürmüşdür. Lakin cavabdeh göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də, iddiaçı tərəflər arasında bağlanmış müqavilələrin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, adı çəkilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Belə ki, cərimənin hər yeddi müqavilə üzrə hansı qaydada hesablanması əsasları iddia ərizəsində göstərilməmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimələrin xx.xx.2020-ci il tarixli müqavilə üzrə 10 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 30 manat, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 15 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 100 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 90 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə, həmçinin iddianın dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddianın təmin edilməsi (iddia tələbi 81% təmin edilmişdir) nisbətində tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixinə yaranmış xx.xx.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 151,80 manat əsas borc, 10 manat cərimə, xx.xx.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 829 manat əsas borc, 50 manat cərimə, xx.xx.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 549 manat əsas borc, 30 manat cərimə, xx.xx.2020-ci il tarixli, ********* saylı müqavilə üzrə 220,50 manat əsas, 15 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 822,10 manat əsas borc, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 1949,80 manat əsas borc, 100 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 829 manat əsas borc, 50 manat cərimə, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 1821 manat əsas borc, 90 manat cərimə olmaqla, ümumilikdə 7567,20 manat məbləğində pul və 91,73 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 21,52 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar