Məhkəmə qərarları › İş №e-2(011)-2806/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2806/2022

12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2806/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh2 və Fərəcova Gülsəba Sərxan qızının iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Fərəcova Gülsəba Sərxan qızına qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Fərəcova Gülsəba Sərxan qızından müştərək qaydada iddiaçının xeyrinə 8028,56 manat əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 manat borcun, 116,62 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin Nizami filialı ilə Cavabdeh2 arasında bağlanmış 30.04.2018-ci il tarixli, BPM**********73 saylı kredit müqaviləsinə əsasən borcalana 60 ay müddətinə illik 26% dərəcəsi ilə hesablanmaqla, 11200 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla və zamin Fərəcova Gülsəba Sərxan qızı arasında 30.04.2018-ci il tarixli, BPM**********73 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə müəyyən edilmiş öhdəliklər yerinə yetirilməmişdir. 30.04.2018-ci il tarixli, BPM**********73 nömrəli kredit müqaviləsinə əsasən 10.03.2022-ci il tarixinə əsas borc üzrə 8028.56 manat, faiz borcu üzrə 1632.93 manat, cəmi 9661.49 manat borc məbləği mövcuddur. Cavabdeh Fərəcova Gülsəba Sərxan qızı iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı əsas borclu olan Cavabdeh2 heç bir bildiriş və xəbərdarlıq məktubu göndərmədən, eləcə də onun niyə görə kredit borcunu ödəməməsini, işləyib-işləməməsini və ya pensiya alıb-almamasını müəyyən etmədən aylıq kredit borcunu ona yönəltmişdir. Hesab edir ki, Cavabdeh2 iddiaçı ilə bağladığı kredit müqaviləsi üzrə zamini olsa da, iddiaçı tərəfindən yuxarıda qeyd etdiyi hallar müəyyən olunmadığından onun kredit borcu üzrə birgə məsuliyyət daşımamalıdır. Çünki, kredit borcu ödəmək vəzifəsi 1-ci növbədə həmin krediti götürmüş borclunun üzərinə düşür. Əgər onun borcu ödəmək imkanının olmaması sübut olunarsa, bu halda borcu ödəmək vəzifəsi zaminin üzərinə düşür. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair" 4 sentyabr 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki,"Subsidiar (birgə) məsuliyyət nəzərdə tutulduqda kreditor tələbi ilkin olaraq əsas borcluya qarşı sürməlidir. Əsas borclu kreditorun tələbini ödəməkdən imtina etmişsə və ya kreditor irəli sürdüyü tələb üçün ondan ağlabatan müddətdə cavab almamışsa, bu tələb subsidiär məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülə bilər (MM-in 453-cü maddəsi). İddia ərizəsindən görünür ki, mübahisə predmeti olan kredit müqavilə üzrə əsas borclu olan Cavabdeh2 kredit borcunu ödəməməsinin səbəbləri və həmin borcu ödəməkdən imtina edib-etməməsi barədə heç bir rəsmi sübut yoxdur. Bundan başqa iddiaçı ona heç bir xəbərdarlıq bildirişi göndərmədən, aylıq kredit borcunu ona yönəltmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmədən iddia ərizəsinin rədd edilməsini xhiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək, onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Fərəcova Gülsəba Sərxan qızı iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermi və onun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 30.04.2018-ci il tarixli, BPM**********73 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borc alana 60 ay müddətinə illik 26% dərəcəsi ilə hesablanmaqla, 11200 manat məbləğində kredit verilmişdir. 30.04.2018-ci il tarixli, FJB**********192 saylı məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 ona ayrılmış 11088 manat məbləğində krediti qəbul etmişdir. "xxxx" ASC ilə zamin Fərəcova Gülsəba Sərxan qızı arasında bağlanmış 30.04.2018-ci il tarixli, BPM**********73 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, müqavilənin 2.1-ci bəndinə əsasən kreditorla borclu arasında bağlanmış 30-04-2018 tarixli BPM**********73 №-li Kredit Müqaviləsinə əsasən 11200 AZN ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytanlmasının təminatı kimi zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə Kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlakı, banklardakı vəsaitləri, qiymətli kağızları və s. hesabına ödənilməsini öhdəsinə götürür. Müqavilənin 7.3-cü bəndinə görə, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 7.4-cü bəndinə görə isə faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəməyə təqdim edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh2 "xxxx" ASC-yə 10.02.2022-ci il tarixə 8028,56 manat əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh2 və Fərəcova Gülsəba Sərxan qızına kredit və zaminlik müqavilələrində qeyd olunmuş ünvanlarına göndərilmiş 03.05.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehləeə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə isə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, iş materialları ilə Cavabdeh2 banka 30.04.2018-ci il tarixli, BPM**********73 saylı kredit müqaviləsi üzrə banka 8028,56 manat əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 manat məbləğində borcunun qalması, digər cavabdeh Fərəcova Gülsəba Sərxan qızının zamin qismində kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə kreditor qarşısında borclu ilə birgə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunduğundan və müqavilə öhdəlikləri yerinə yetirilmədiyindən, iddia tələbi təmin edilərək, həmin borc məbləği cavabdehlərdən müştərək qaydada tularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Fərəcova Gülsəba Sərxan qızından müştərək qaydada iddiaçının xeyrinə 8028,56 manat əsas borc, 1632,93 manat faiz borcu olmaqla, cəmi 9661,49 (doqquz min altı yüz altmış bir manat 49 qəpik) manat borc, 116,62 (bir yüz on altı manat 62 qəpik) manat dövlət rüsumu və 0,40 (40 qəpik) manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar