Məhkəmə qərarları › İş №e-2(011)-2816/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2816/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2816/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: xx.xx.2014-cü il tarixində ləğv prosesində olan "xxxx" KB QSC ilə Cavabdeh arasında kredit verilməsi haqqında 1xx/xx/126402/14 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə görə, Bank tərəfindən borcalan Cavabdeh illik 25% faiz ödənilməsi şərti ilə 24 ay müddətinə 2599 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsinə əsasən öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində Banka 252.93 manat məbləğində əsas borc, 156.88 manat məbləğində faiz borcu, 184.03 manat məbləğində cərimə borcu, 87.08 manat məbləğində gecikdirilmiş vaxt çün hesablanmış faiz məbləği, ümumilikdə isə 680.92 manat məbləğində borcu qalmışdır. İddiaçının tələbi: xx.xx.2014-cü il tarixində ləğv prosesində olan "xxxx" KB QSC ilə Cavabdeh arasında kredit verilməsi haqqında 1xx/xx/126402/14 saylı kredit müqaviləsinə əsasən Banka borclu olduğu 252.93 manat məbləğində əsas borc, 156.88 manat məbləğində faiz borcu, 184.03 manat məbləğində cərimə borcu, 87.08 manat məbləğində gecikdirilmiş vaxt çün hesablanmış faiz məbləği, ümumilikdə isə 680.92 manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 AZN dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehin şəxsin etirazı: Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi verdiyi izahda iddia tələbini müdafiə etdiyini bildirmiş, Bank ilə cavabdeh arasında olan kredit müqaviləsinə əsasən cavabdehə kredit verildiyini, lakin cavabdehin borcunu geri ödəmədiyini bildimişdir. İddiaçının nümayəndəsi qeyd etmişdir ki, bu məsələ ilə bağlı Sumqayıt Rayon Məhkəməsinə müraciət etsə də iş aidiyyət üzrə Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Müqavilənin bitmə tarixi 2016-cı ildir və bank müqavilə tarixi bitdikdən sonra 5% də tələb edir. Həmçinin iddiaçının nümayəndəsinin izahatına görə cavabdehin borcuna heç bir etirazı yoxdur. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - xx.xx.2014-cü il tarixli ləğv prosesində olan "xxxx" KB QSC ilə Cavabdeh arasında kredit verilməsi haqqında 1xx/xx/126402/14 saylı kredit müqaviləsi və ödəniş cədvəli; - 18.11.2022-ci il tarixli **********554 saylı bildiriş məktubu; - 22.11.2022-ci il tarixli poçt qəbzi; - 17.11.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 252.93 manat məbləğində əsas borc, 156.88 manat məbləğində faiz borcu, 184.03 manat məbləğində cərimə borcu, 87.08 manat məbləğində gecikdirilmiş vaxt çün hesablanmış faiz məbləği, ümumilikdə isə 680.92 manat borcu mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddia cərimə və gecikdirilmiş vaxt üçün hesablanmış fazi məbləğinə münasibətdə qismən təmin olunmalı, həmin məbləğlərin həcmi azaldılaraq cavabdehdən cərimə kimi 184.03 manat azaldılaraq 25.21 manat məbləğində cərimə tutulmalı, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanmış 87.08 manat məbləği azaldılaraq 18 manat həcmində tutulmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 252.93 manat məbləğində əsas borc, 156.88 manat faiz borcu, 25.21 manat məbləğində cərimə borcu, illik 5% olmaqla 18 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə isə 453.02 manat məbləğində pul tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilməlidir.

Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 252.93 manat məbləğində əsas borc, 156.88 manat faiz borcu, 25.21 manat məbləğində cərimə borcu, 18 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği olmaqla , ümumilikdə isə 453.02 (dörd yüz əlli üç manat iki qəpik) manat pul vəsaiti tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı ləğv prosesində olan "xxxx" KB QSC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar