Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2818/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbi barədə işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasnda baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Fariz oğlundan və Cavabdeh2 ümumilikdə 1250.52 (bir min iki yüz əlli .52) ABŞ dolları (əsas borcu- 740.76 (yeddi yüz qırx.76) ABŞ dolları, faiz borcu-509.76 (beş yüz doqquz.76) ABŞ dolları) məbləğin və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi K.A.Kazımov məhkəməyə ərizə ilə müraciət edərək, borcun cavabdehlərin qəbul etdiyi miras payına mütənasib surətdə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi K.A.Kazımov iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Muğanbank” ASC ilə X3 arasında xx.xx.2015-ci il tarixli 18-xx-xx-024639 saylı Kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, X2 48 (qırx səkkiz) ay müddətinə, illik 29 (iyirmi doqquz)% olmaqla 1847 (bir min səkkiz qırx yeddi) ABŞ dolları məbləğində kredit verilmişdir, xx.xx.2015-ci il tarixli 18-xx-xx- 024639 saylı Kredit müqaviləsi üzrə Muğanbank” ASC-yə əsas borcu - 740.76 (yeddi yüz qırx.76) ABŞ dolları, faiz borcu - 509.76 (beş yüz doqquz.76) ABŞ dolları, ümumilikdə 1250.52 (bir min iki yüz əlli.52) ABŞ dolları məbləğində borc təşkil edir, xx.xx.2019-cu il tarixli məcburi paya vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X1 vərəsəsi- Cavabdeh2dır, xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən, X1 vərəsəsi – Cavabdeh1 Fariz oğludur, vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur, onlara verilən vərəsəlik şəhadətnamələrinə əsasən, Cavabdeh1 miras əmlakdan ¾ hissədə, Cavabdeh2 isə ¼ hissədə pay almışdır. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, borc onun deyildir, pulu o götürməmişdir, mərhumun qızı götürmüşdür, mərhumun evi vərəsəlik qaydasında öz adındadır, 2018-ci ildə aldadaraq demişdirlər ki, mərhumun borcu yoxdur, pul tutulsa da, borcun miqdarının dəqiq müəyyən olunmasını istəyir, borcu yalnız özü ödəmək istəmir. Sonda cavabdeh qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. İddiaçının etibarnamə üzrə nümayəndəsi A.Zeynallı elektron ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasını iddiaçının iştirakı olmadan keçirib, qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 926326 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə süb vəzinin bədxassəli yenitörəməsi nəticəsində Bakı şəhərində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli Vəsiyyətnamənin surətindən görünür ki, X3, ölən günədək ona məxsus olan bütün daşınar və daşınmaz əmlakını Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 22, mənzil 61-də qeydiyyatda olan qardaşı oğlu Cavabdeh1 vəsiyyət etmişdir. İş materiallarında olan 06 avqust 2018-ci il tarixli Vəsiyyət üzrə vərəsəliik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə ölmüş X1 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi Cavabdeh1dur və o əmlakdan ¾ hissədə pay almalıdır. İş materiallarında olan məcburi paya vərəsəlik hüququ haqqında 04.03 .2019-cu il tarixli məcburi paya vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixdə plmüş X1 vərəsəsi qızı-Cavabdeh2dır və o, əmlakdan ¼ hissədə pay almalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, xx.xx.2015-ci il tarixli 18-xx-xx-024639 saylı Kredit müqaviləsi üzrə X1 "xxxx" ASC-yə cəmi borcu 1250,52 dollar, o cümlədən 740,76 dollar kredit borcu, 509,76 dollar faiz borcu təşkil edir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə X3 arasında xx.xx.2015-ci il tarixli 18xx-xx-024639 saylı Kredit müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən sonuncuya illik 29% olmaqla, 48 ay müddətinə 1847 ABŞ dolları kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 və Cavabdeh1 ünvanlanan xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, "xxxx" ASC tərəfindən cavabdehlərə 3 gün ərzində xx.xx.2015-ci il tarixli 18-xx-xx-024639 saylı Kredit müqaviləsi üzrə öhdəlikləri icra edilməsi, əks halda məhkəməyə müraciət olunacağı barədə bildiriş məktubu göndərilmişdir.. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 42 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı və X3 arasında xx.xx.2015-ci il tarixdə sonuncuya 48 ay müddətinə illik 29 faiz dərəcəsi ilə 1847 ABŞ dolları kredit verilməsini nəzərdə tutan kredit müqaviləsi bağlanılmışdır, həmin müqaviləyə əsasən, tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilsə də, Cavabdeh1a üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, onun banka əsas və faiz borcu qalmışdır, Cavabdeh1a xx.xx.2018-ci il tarixdə vəfat etmişdir, onun vərəsələri - Cavabdeh2 və Cavabdeh1dur, Cavabdeh1 miras əmlakdan ¾ hissədə, Cavabdeh2 isə ¼ hissədə pay almışdır. Bununla belə, cavabdehlər tərəfindən müqavilə ödəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən, kredit müqaviləsi üzrə borclunun (E.A.Əliyavanın) ölümü ilə onun müqavilə üzrə əmlak xarakterli öhdəliklərinə xitam verilmədiyindən və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməli olduğundan, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, cavabdehlərin hər birindən tutulmalı olan borca münasibətdə isə hesab edir ki, vərəsələr - cavabdehlər miras qoyan Cavabdeh1anın kreditorunun (İddiaçı ASCnin) mənafelərini onların hər birinin miras əmlaka payı nəzərə alınmaqla birgə borclu kimi tam ödəməyə borclu olduqlarından, ümumi borc mirasdan hər birinin payına mütənasib surətdə ¾ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh2 aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1313-cü maddəsinə əsasən, tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı ilə formalaşdırılmış hüquqi müvqeyə əsasən, Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 oktyabr 2020ci il tarixli Qərarında qeyd edilir ki, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 740,76 ABŞ dolları əsas borc, 509,76 ABŞ dolları faiz borcu olmaqla ümumilikdə 1250,52 ABŞ dolları ¾ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh2 alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan və iddia tələbi təmin edildiyindən, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu (42 manat) paylara mütəasib olaraq cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2015-ci il tarixli 18-xx-xx-024369 saylı Kredit müqaviləsi üzrə, ödəniş günü qüvvədə olan Azərbaycan manatının məzənnəsi ilə hesablanmaqla, 740,76 ABŞ dolları əsas borc, 509,76 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 1250 (min iki yüz əlli) ABŞ dolları 52 (əlli iki) sent və dövlət rüsumu qismində ödənilmiş 42 (qırx iki) manat pul ¾ hissədə Cavabdeh1, ¼ hissədə Cavabdeh2 alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2818/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2818/2022
27.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver