Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2819/2022 28.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi" tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 26.10.2020-ci il tarixli müqaviləyə əsasən, malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 13 manat, 13.11.2020-ci il tarixli müqaviləyə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üçün 220 manat ödənilməmiş hissə, 0 manat cərimə, ümumilikdə 233 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 26.10.2020-ci il və 13.11.2020-ci il tarixli müqavilələrinə əsasən, Malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ, Məhsulun qaytarılmasından sonra qalan borc üçün 233 (iki yüz otuz üç) manat borc yaranmışdır, cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 26.10.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 150 (yüz əlli) manat (2 ay x 50 manat + 50 manat ilkin ödəniş) olan Malın istehlak xassəsinin pozulmasına göre tutulan məbləğ üçün ümumilikdə 13 (on üç) manat olmaqla ondan 13 (on üç) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə; 13.11.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 317.4 (üç yüz on yeddi manat qırx qəpik) manat (6 ay x 52.9 manat + 0 manat ilkin ödəniş) olan m qaytarılmasından sonra qalan borc üçün ümumilikdə 220 (iki yüz iyirmi) manat olmaqla ondan 220 (iki yüz iyirmi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 234.4 manat təşkil edir, cavabdehlə aramızda bağlanılmış 26.10.2020-ci il və 13.11.2020-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır, cavabdehlə aramızda olan telefon danışığı, həmçinin göndərdiyimiz 01.02.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 26.10.2020-ci il tarixdə 21275421 saylı Razılaşma imzalanmışdır, Rzaılaşmaya əsasən, 19.05.2020-ci il tarixli 20290449 nömrəli müqavilə üzrə əldə edilmiş mallar müştərinin istəyi ilə qaytarılmışdır, qaytarılma anında Malın əmtəə görünüşünün pozulması nəticəsində ABC-yə 150 manat məbləğində zərər dəymişdir, müştəri bu məbləği ilkin ödəniş 50 azn olmaqla, 2 ay müddətinə (26.11.2020; 26.12.2020) ödəməyi öz üzərinə götürmüşdür. İş materiallarında olan ABC Telecom» MMC ilə Cavabdeh arasında bağlanmış 13.11.2020-ci il tarixli 22040163 saylı Razılaşmadan görünür ki, tərəflər 19.05.2020-ci il tarixli 20290449 nömrəli müqavilə üzrə əldə edilmiş malların qaytarılmasından sonra məhsul üzrə qalıq borc ilkin ödəniş daxil olmaqla 317 manatdır, tərəflər həmin məbləğin 6 ay ərzində aylıq 52.9 manat olmaqla ödənilməsi barədə razılığa gəlmişdirlər. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 26.10.2020-ci il tarixli müqaviləyə əsasən, malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 13 manat, 13.11.2020-ci il tarixli müqaviləyə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üçün 220 manat ödənilməmiş hissə, 0 manat cərimə borcu olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 233 manat təşkil edir. İş materiallarında olan 16.03.2022-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı ABC Telecom MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC cavabdehə borcunu ödəməsinə dair 15.02.2022-ci il tarixdə xəbərdarlıq məktubu göndərmiş, borcunu qısa bir zamanda ödəməsi, əks halda aidiyyəti dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.05.2020-ci il tarixli 20290449 nömrəli müqavilə üzrə əldə edilmiş mallar sonuncu tərəfindən iddiaçıya qaytarılmışdır, tərəflər arasında bağlanmış 26.10.2020-ci il tarixli Razılaşmaya əsasən, cavabdeh, qaytarılma anında Malların əmtəə görünüşünün pozulması nəticəsində iddiaçıya dəymiş 150 manat məbləğində zərəri ilkin ödəniş 50 azn olmaqla, 2 ay müddətində ödəməyi öz üzərinə götürmüşdür. Həmçinin tərəflər arasında bağlanmış 13.11.2020-ci il tarixli Razılaşma ilə tərəflər, malın qaytarılmasından sonra məhsul üzrə 317 manat qalıq borcun cavabdeh tərəfindən 6 ay ərzində aylıq 52.9 manat olmaqla ödənilməsi barədə razılığa gəlmişdirlər, bununla belə cavabdeh Razılaşmalar üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və iddiaçıya ümumilikdə hər iki razılaşma üzrə 233 manat borcu qalmışdır, cavabvdeh borcunun olması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən razılaşmaların şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 26.10.2020-ci il tarixli müqaviləyə əsasən, malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üçün 13 manat, 13.11.2020-ci il tarixli müqaviləyə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üçün 220 manat ödənilməmiş hissə olmaqla, cəmi 233 manat borc məbləği Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 30 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış 26.10.2020-ci il tarixli müqaviləyə əsasən, malın istehlak xassəsinin pozulmasına görə tutulan məbləğ üzrə 13 manat, 13.11.2020-ci il tarixli müqaviləyə əsasən, məhsulun qaytarılmasından sonra qalan borc üzrə 220 manat olmaqla ümumilikdə 233 (iki yüz otuz üç) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2819/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2819/2022
28.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver