Məhkəmə qərarları › İş №e-2(011)-2825/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2825/2025

18.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2825/2025 18.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsi üzrə 3421,83 manat əsas, 3509,24 manat faiz, 170,26 manat cərimə borcu, cəmi 7101,33 manat, xx.xx.2021-ci il tarixli, 1526/3 saylı kredit müqaviləsi üzrə 1089,07 manat əsas, 877,13 manat faiz, 42,34 manat cərimə borcu, cəmi 2008,54 manat borc, ümumilikdə 9109,87 manatın və dövlət rüsumu olaraq ödənilmiş 111,10 manat məbləğində vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh2 arasında 18 fevral 2021-ci il tarixli, 1526/2 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh2 24ay müddətinə, illik 24 % olmaqla, 10.000 AZN məbləğdə kredit verilmişdir. 18 fevral 2021-ci il tarixli, 1526/2 nömrəli kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə Cavabdeh3 arasında 18 fevral 2021-ci il tarixli, 1526/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 18 fevral 2021-ci il tarixli, 1526/2 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Eyni zamanda, iddiaçı "xxxx" MMC ilə Cavabdeh2 arasında 10 noyabr 2021-ci il tarixli, 1526/3 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, Cavabdeh2 18 ay müddətinə, illik 20 % olmaqla, 2.000 AZN məbləğdə kredit verilmişdir. 10 noyabr 2021-ci il tarixli, 1526/3 nömrəli redit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı "xxxx" MMC ilə Cavabdeh1 arasında 10 noyabr 2021-ci il tarixli, 1526/3 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 10 noyabr 2021-ci il tarixli, 1526/3 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Cavabdeh2 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı "xxxx" MMC tərəfindən cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilməmiş, kredit borcu ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş cavabdehlər məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin hazırki adı İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-dir. xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh2 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 10000 manat kredit vermiş, Cavabdeh2 isə kredit borcunu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən kredit və ya ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutumuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faizi dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 48 faiz olmaqla faiz hesablana bilər. xx.xx.2021-ci il tarixli, 1526/2 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021ci il tarixli, 1526/2 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır, Cavabdeh3 həmin müqaviləyə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilə borcalanın BOKT qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşür. xx.xx.2021-ci il tarixli, 1526/3 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC Cavabdeh2 18 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə 2000 manat kredit vermiş, Cavabdeh2 isə kredit borcunu müqavilə ilə müəyyən edilmiş qaydada qaytarmağı öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən kredit və ya ona hesablanmış faizləri ödəniş qrafikində nəzərdə tutumuş tarixlərdə ödəmədikdə hər gecikdirilmiş gün üzrə aylıq ödəniş məbləğinin 1 faizi dəbbə pulu və vaxtı keçmiş kredit üzrə illik 40 faiz olmaqla faiz hesablana bilər. xx.xx.2021-ci il tarixli, 1526/3 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2021ci il tarixli, 1526/3 saylı kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır, Cavabdeh1 həmin müqaviləyə əsasən kredit müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürmüşdür. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən müqavilə borcalanın BOKT qarşısında öhdəliklərini tam yerinə yetirdikdən sonra qüvvədən düşür. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh2 Əliddin oğluna və Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli, 1530/24 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 3421,83 manat, faiz borcu üzrə 3309,48 manat, cəmi 6731,31 manat borcu vardır, onlara banka olan bütün borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC tərəfindən Cavabdeh2 Əliddin oğluna və Cavabdeh1 göndərilmiş xx.xx.2024-cü il tarixli, 1528/24 saylı pretenziya məktubundan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 1526/3 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1089,07 manat, faiz borcu üzrə 821,45 manat, cəmi 1910,52 manat borcu vardır, onlara banka olan bütün borc məbləğini ödəmək təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. 1550/24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC -yə xx.xx.2021-ci il tarixli, 1526/2 saylı kredit müqaviləsi üzrə əsas borc məbləği 3421,83 manat, faiz borc məbləği 3509,24 manat, cərimə borc məbləği 170,26 manat olmaqla, cəmi 7101,33 manat borcu yaranmışdır. 1549/24 saylı maliyyə arayışından görünür ki, Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC -yə xx.xx.2021-ci il tarixli, 1526/3 saylı kredit müqaviləsi üzrə əsas borc məbləği 1089,07 manat, faiz borc məbləği 877,13 manat, cərimə borc məbləği 42,34 manat olmaqla, cəmi 2008,54 manat borcu yaranmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. (xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan). 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.(xx.xx.2023-cü il tarixə qədər qüvvədə olan).

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqaviləilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iş materialları ilə borcalanın müqavilə üzrə öhdəliyini tam icra etmədiyi təsdiq olunduğundan, həmçinin kredit müqavilələrində gecikmə faizlərinin hesablanması, eləcə də, zaminlik müqavilələrində zaminlərin borclanın iddiaçı qarşısında öhdəliklərini tam yerinə yetirənədək onunla birgə kreditor qarşısında məsuliyyət daşıması nəzərdə tutulduğundan kreditor xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləği 3421,83 manat, faiz borc məbləği 3509,24 manat, cərimə borc məbləği 170,26 manat olmaqla, cəmi 7101,33 manat borcu və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc məbləği 1089,07 manat, faiz borc məbləği 877,13 manat, cərimə borc məbləği 42,34 manat olmaqla, cəmi 2008,54 manat borcu cavabdehlərdən tələb etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində bütün borc məbləğinin borclu və zaminlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir. Halbuki, zaminlik müqavilələrindən görünür ki, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin icrasını təmin etmək üçün iddiaçı ilə Cavabdeh3 arasında, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin icrasını təmin etmək üçün isə iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Odur ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borc cavabdehlər Cavabdeh2 Əliddin oğlundan və Cavabdeh3, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borc isə cavabdehlər Cavabdeh2 Əliddin oğlundan və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı madd ələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 Əliddin oğlundan və Cavabdeh3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 3421,83 manat əsas borc, 3509,24 manat faiz borcu, 170,26 manat cərimə borcu olmaqla, cəmi 7101,33 manat borc və 71,1 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh2 Əliddin oğlundan və Cavabdeh1 xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 1089,07 manat əsas borc, 877,13 manat faiz borcu, 42,34 manat cərimə borcu olmaqla, cəmi 2008,54 manat borc və 40 manat dövlət rüsumunun əvəzi müştərək qaydada tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar