Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2865/2022 05.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, İddiaçı ASC-nin əlavə qətnamə çıxarılmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14583.64 manat əsas borc, 1606.40 manat faiz, cəmi 16190.04 manat borcun, həmçinin ödənilmiş 139.30 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2865/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ******* nömrəli Kredit Müqaviləsi ləğv edilməsi, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli ******* saylı “Kredit Müqaviləsi” üzrə əsas borca görə 14583.64 (on dört min beş yüz səksən üç manat altmış dört qəpik) manat, faiz borcuna görə 1606.40 (min altı yüz altı manat qırx qəpik) manat, ümumilikdə 16190.04 (on altı min yüz doxsan manat, qırx qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 139.30 (yüz otuz doqquz manat otuz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı ASC əlavə qətnamə çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14583.64 manat əsas borc, 1988.85 manat faiz, cəmi 16572.49 manat borcun, həmçinin ödənilmiş 139.30 manat dövlət rüsumunun tutulmasına dair əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflər əlavə qətnamə çıxarılmasına dair məsələyə baxılması üçün məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hesab edir işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələri əlavə qətnamə əlavə qətnamənin çıxarılması məsələsinə baxmağa mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.2-ci maddəsinə əsasən, məhkəmə əlavə qətnamə çıxarılması barəsində ərizəyə iştirak edən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işi nəzərdən keçirərək hesab edir ki, əlavə qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14583.64 manat əsas borc, 1606.40 manat faiz, cəmi 16190.04 manat borcun, həmçinin ödənilmiş 139.30 manat dövlət rüsumunun tutulması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. İddiaçı ASCnin nümayəndəsi iddia predmetinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14583.64 manat əsas borc, 1988.85 manat faiz, cəmi 16572.49 manat borcun, həmçinin ödənilmiş 139.30 manat dövlət rüsumunun tutulmasına dair əlavə qətnamə çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə qətnaməsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1988.85 manat faiz borcun tutulması hissəsi üzrə məhkəmə prosessində sübutların təqdim edilmiş və izahatlar alınmış, məhkəmə tərəfindən müvafiq araşdırma aparılmışdır, lakin həmin hissə üzrə qətnamə qəbul edilməmişdir. Odur ki, iş üzrə əlavə qətnamə qəbul edilməlidir. Belə ki, İddiaçı ASC tərəfindən iş materiallarına əlavə edilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə və hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022ci il tarixə banka olan əsas borc üzrə 14583,64 manat, faiz borcu üzrə 1988,85 manat təşkil edir Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 382,45 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə ödənilməsi barədə əlavə qətnamə qəbul, Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229.1.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa, iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 229 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış ******* nömrəli “Kredit Müqaviləsi” üzrə faiz borcuna görə 382,45 (üç yüz səksən iki manat qırx beş qəpik) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilsin. Əlavə qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2865/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(011)-2865/2022
05.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver