Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2867/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı «Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları: Azərbaycan Respublikası Prezidentinin“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 551 nömrəli 28 fevral 2019-cu il tarixli Fərmanı ilə əlaqədar olaraq Bank ilə Cavabdeh arasında restrukturizasiya olunma barədə xx.xx.2019-cu il tarixli 126246-1-15112/1 saylı “Nağd pul krediti müqaviləsi” bağlanılmış və illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 13188.36 AZN məbləğində kredit borcunun qaytarılmasını cavabeh öz üzərinə götürmüşdür. Lakin borclu şəxs Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka 6443.42 AZN məbləğində əsas borc, 29.54 AZN məbləğində faiz borcu,ümumilikdə isə 6472.96 AZN məbləğində borcu qalmışdır. İddiaçının tələbi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli 126246-1-15112/1 nömrəli “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixinə Banka borclu olduğu 6443.42 AZN məbləğində əsas borc, 29.54 AZN məbləğində faiz borcu, ümumilikdə isə 6472.96 AZN pul məbləğini və məhkəməyə müraciət etmək üçün ödənilmiş 84.73 AZN dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Cavabdehin şəxsin etirazı: Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi heç bir dəyişikliyin baş vermədiyini, cavabdehin zənglərə cavab verməyib ödənişi etmədiyini bildirərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixində) iştirak edən Cavabdeh borcunu etiraf edib pulunu ödədiyini, lakin sonradan oğlunun bıçaqlanması ilə əlaqədar xərclərinin çıxdığını və növbəti aydan pensiyasından ödəyəcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: - Bank VTB (Azərbaycan) ASC ilə Cavabdeh arasında bağlanmış restrukturizasiya olunma barədə xx.xx.2019-cu il tarixli 126246-1-15112/1 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən Cavabdeh illik 1 faiz hesablanması şərti ilə 60 ay müddətinə 13188.36 manat məbləğdə kredit verilmişdir; - 21.04.2015-ci il tarixli 126246-1-15112 saylı kredit müqaviləsinə əlavə (ödəniş cədvəli) ; - 16.11.2022-ci il tarixli 9431P və xx.xx.2023-cü il tarixli 715P saylı Pretenziya məktubları; - 22.11.2022-ci il tarixli poçt qəbzi; - 15.02.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2023-cü il tarixində 748873 saylı qaimə ilə Cavabdeh məktub göndərilməsi sifariş edilmişdir, göstərilən telefon nömrəsi ilə əlaqə yaratmaq mümkün olmamış, qeyd olunan ünvanda isə qapı bağlı olduğu üçün məktub geri qaytarılmışdır; - xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 6443.42 AZN məbləğində əsas borc, 29.54 AZN məbləğində faiz borcu, ümumilikdə isə 6472.96 manat borcu mövcuddur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də, iddia təmin edilməlidir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan pul öhdəliklərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək iddia tələbini qəbul etdiyini, oğlunun bıçaqlandığı üçün xəstəxanada xərclərinin çıxdığını və buna görə ödənişləri həyata keçirə bilmədiyini, lakin növbəti aydan peniyasından bocunu ödəmək niyyətində olduğunu bildirmişdir (xx.xx.2023). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 6443.42 AZN məbləğində əsas borc, 29.54 AZN məbləğində faiz borcu, ümumilikdə isə 6472.96 manat məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6443.42 AZN məbləğində əsas borc, 29.54 AZN məbləğində faiz borcu, ümumilikdə isə 6472.96 manat məbləğində pul tutularaq iddiaçı "Bank VTB (Azərbaycan) " ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 84.73 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh 6443.42 AZN məbləğində əsas borc, 29.54 AZN məbləğində faiz borcu, ümumilikdə isə 6472.96 (altı min dörd yüz yetmiş iki manat doxsan altı qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "Bank VTB (Azərbaycan) " ASC-yə ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 84.73 (səksən dörd manat yetmiş üç qəpik) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı “Bank VTB (Azərbaycan) ” ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova