Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2875/2023 05.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı ASC-nin Cavabdeh qarşı “pul tələbi” barədə iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı ASC Cavabdeh qarşı – Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, MPZK4964761A299 saylı kredit müqaviləsinə əsasən 155.74 manat əsas, 76.22 manat faiz, cəmi 231.96 manat məbləğində borcun, xx.xx.2022-ci il tarixli, MPZK4643015A299 saylı kredit müqaviləsinə əsasən 206.49 manat əsas, 68.02 manat faiz, cəmi 274.51 manat borcun, xx.xx.2021-ci il tarixli, BBUM4422801A299 saylı kredit müqaviləsinə əsasən 305.46 manat əsas, 66.61 manat faiz, cəmi 372.07 manat borcun, ödənilmiş 61.98 manat dövlət rüsumunun tutulması barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, MPZK4964761A299 saylı kredit müqaviləsinə əsasən ona 6 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 587 manat məbləğində kredit verilmişdir. Kredit nağd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, MPZK4643015A299 saylı kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 474 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, BBUM4422801A299 saylı kredit müqaviləsinə əsasən ona 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 500 manat məbləğində kredit verilmişdir. Kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqavilələri, kredit borcuna dair maliyyə arayışları və hesabdan çıxarışlardır. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli, MPZK4964761A299 saylı kredit müqaviləsinə əsasən 155.74 manat əsas; 76.22 manat faiz; cəmi 231.96 manat borcu, xx.xx.2022-ci il tarixli, MPZK4643015A299 saylı kredit müqaviləsinə əsasən 206.49 manat əsas; 68.02 manat faiz; cəmi 274.51 manat borcu və xx.xx.2021-ci il tarixli, BBUM4422801A299 saylı kredit müqaviləsinə əsasən 305.46 manat əsas; 66.61 manat faiz; cəmi 372.07 manat borcu yaranmışdır. Cavabdeh məlum olan ünvanı üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı ASC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2021ci il tarixli, BBUM4422801A299 saylı kredit müqaviləsinin 2-ci maddəsinə əsasən (müqavilənin predmeti) həmin Müqaviləyə görə Bank (İddiaçı ASC) Müştəriyə (Cavabdeh) “Birkart Umico” ödəniş kartı verir, Müştərinin müraciəti əsasında bu Müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti (bundan sonra – kredit xətti) ayırır, həmin Kartdan və (və ya) kredit xəttindən istifadə ilə əlaqədar müvafiq hesablar açır, Müştəri isə Kartdan və (və ya) kredit xəttindən istifadə edir, yaranmış borclarını (xidməthaqqı, əsas və faiz borcu, dəbbə pulu və s.), habelə ona göstərilmiş bank xidmətlərinin haqqını bu Müqavilə ilə müəyyən edilmiş qaydada vəBankın qüvvədə olan Tarif dərəcələrinə əsasən ödəyir. Həmin BBUM4422801A299 saylı kredit müqaviləsi üzrə hesablaşmalar iş materiallarına əlavə edilmiş Cavabdeh məxsus kart hesabının xx.xx.2021-xx.xx.2023-cü il tarixlərini əks etdirən çıxarışında qeyd edilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022ci il tarixli, MPZK4643015A299 saylı kredit müqaviləsinin 1-ci maddəsinə əsasən (müqavilənin predmeti) həmin Müqaviləyə görə Bank (İddiaçı ASC) aşağıdakı şərtlərlə Müştəriyə (Cavabdeh) bu Müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunmayan kredit xətti (bundan sonra “kredit xətti” və ya “kredit”) ayırır, kreditin istifadəsilə bağlı müvafiq hesab(lar) açır, Müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada Banka geri ödəyir. Həmin Müqavilənin 2-ci maddəsinə görə (kreditin şərtləri) 12 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 474 manat kreditin verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh məxsus kart hesabının xx.xx.2021-xx.xx.2023-cü il tarixlərini əks etdirən çıxarışdan görünür ki, MPZK4643015A299 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 473.79 manat məbləğində tranşın ayrılması həyata keçirilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022ci il tarixli, MPZK4964761A299 saylı kredit müqaviləsinin 1-ci maddəsinə əsasən (müqavilənin predmeti) həmin Müqaviləyə görə Bank (İddiaçı ASC) aşağıdakı şərtlərlə Müştəriyə (Cavabdeh) bu Müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunmayan kredit xətti (bundan sonra “kredit xətti” və ya “kredit”) ayırır, kreditin istifadəsilə bağlı müvafiq hesab(lar) açır, Müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada Banka geri ödəyir. Həmin Müqavilənin 2-ci maddəsinə görə (kreditin şərtləri) 6 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 587 manat kreditin verilməsi nəzərdə tutulmuşdur. Cavabdeh məxsus kart hesabının xx.xx.2021-xx.xx.2023-cü il tarixlərini əks etdirən çıxarışdan görünür ki, MPZK4964761A299 saylı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 586.07 manat məbləğində tranşın ayrılması həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixə xx.xx.2022-ci il tarixli, MPZK4964761A299 saylı kredit müqaviləsi üzrə 155.74 manat əsas; 76.22 manat faiz; cəmi 231.96 manat məbləğində borcu, xx.xx.2022-ci il tarixli, MPZK4643015A299 saylı kredit müqaviləsi üzrə 206.49 manat əsas; 68.02 manat faiz; cəmi 274.51 manat borcu və xx.xx.2021 -ci il tarixli, BBUM4422801A299 saylı kredit müqaviləsi üzrə 305.46 manat əsas; 66.61 manat faiz; cəmi 372.07 manat borcu vardır. İş materiallarında olan 23 noyabr 2022-ci il tarixli bildirişdən görünür ki, qeyd edilmiş müqavilələr üzrə borcun ödənilməsi üçün xəbərdarlıq İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu və ona hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri və digər pul öhdəliklərini iddiaçıya münasibətdə icra etməlidir. Lakin cavabdeh kredit müqavilələri üzrə yaranan pul öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə də iddia tələbləri əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə iddianın 61.98 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli, MPZK4964761A299 saylı kredi müqaviləsinə əsasən 155.74 manat əsas, 76.22 manat faiz, ümumilikdə 231.96 manat məbləğində borc, xx.xx.2022ci il tarixli, MPZK4643015A299 saylı kredit müqaviləsinə əsasən 206.49 manat əsas, 68.02 manat faiz, ümumilikdə 274.51 manat borc, xx.xx.2021-ci il tarixli, BBUM4422801A299 saylı kredit müqaviləsinə əsasən 305.46 manat əsas; 66.61 manat faiz, ümumilikdə 372.07 manat borc və 61.98 manat dövlət rüsumu olmaqla, cəmi 940,52 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva
Məhkəmə qərarları › İş №e-2(011)-2875/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2875/2023
05.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver