Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2904/2025 09.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq Müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbini onunla əsaslandırmışdır ki, Cavabdehilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İmei kod **********63271 olan İphone 15 markalı telefon, Vinil Şəffaf, X1 Pro almış və nəticədə 3405 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2359,98 manat (18 ay x 131.11 manat + 0 manat ilkin ödəniş) olan İmei kodu **********63271 olan İphone 15 markalı telefon, Vinil Şəffaf üçün ümumilikdə 3145,35 manat olmaqla ondan, 2096,9 manat ödənilməmiş hissə, güzəşt olunaraq 1048,45 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 288,14 manat (18 ay x 288.14 manat + 5 manat ilkin ödəniş) olan X1 Pro üçün ümumilikdə 259,65 manat olmaqla ondan, 173,10 manat ödənilməmiş hissə, güzəşt olunaraq 86.55 (səksən altı manat, 55 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 378,12 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı göstərilənlərə nəzərə alaraq, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********63271 olan İphone 15 markalı telefon, Vinil Şəffaf üçün 2096,90 manat ödənilməmiş hissə, 1048,45 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən X1 Pro üçün, 173,1 manat ödənilməmiş hissə, 86,55 manat cərimə olmaqla, ümumilikdə 3405 manat borc, 54,05 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddiaçının tələbinə dair etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 07 mart 2024-cü il tarixli, 10736087 nömrəli və 07 mart 2024-cü il tarixli, 18784607 nömrəli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə İphone 15 markalı telefon, Vinil Şəffaf, X1 Pro satılmışdır. İş materiallarında olan 04 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 07 mart 2024-cü il tarixli, 10736087 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 2359,98 manat (18 ay x 131,11 manat + 0 manat ilkin ödəniş) İphone 15 markalı telefon, Vinil Şəffaf üçün ümumilikdə 3145,35 manat olmaqla, ondan 2096,90 manat ödənilməmiş hissə, 1048,45 manat cərimə, 07 mart 2024cü il tarixli, 18784607 nömrəli müqaviləyə əsasən alqı-satqı qiyməti 288,14 manat (18 ay x 15,73 manat + 5 manat ilkin ödəniş) X1 Pro üçün ümumilikdə 259,65 manat olmaqla, ondan 173,10 manat ödənilməmiş hissə, 86,55 manat cərimə olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 3405 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı 27 yanvar 2025-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh 29 may 2023-cü il tarixli və 07 mart 2024-cü il tarixli, 10736087 nömrəli və 07 mart 2024-cü il tarixli, 18784607 nömrəli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 07 mart 2024-cü il tarixli, 10736087 nömrəli müqaviləyə əsasən 2096,90 manat ödənilməmiş məbləğ (əsas borc), 07 mart 2024-cü il tarixli, 18784607 nömrəli müqaviləyə əsasən 173,10 manat ödənilməmiş məbləğ (əsas borc) tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 07 mart 2024-cü il tarixli, 10736087 nömrəli və 07 mart 2024cü il tarixli, 18784607 nömrəli müqavilələr üzrə hesablanmış dəbbə borcunun məbləğinin 10%-dək azaldılaraq cavabdehdən 07 mart 2024-cü il tarixli, 10736087 nömrəli müqavilə üzrə 210 manat məbləğində cərimə, 07 mart 2024-cü il tarixli, 18784607 nömrəli müqavilə üzrə 17 manat (dəbbə pulu) tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 07 mart 2024-cü il tarixli, 10736087 nömrəli və 07 mart 2024-cü il tarixli, 18784607 nömrəli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən 07 mart 2024-cü il tarixli, 10736087 nömrəli müqaviləyə əsasən 2096,90 manat ödənilməmiş məbləğ (əsas borc) və 210 manat cərimə, 07 mart 2024-cü il tarixli, 18784607 nömrəli müqaviləyə əsasən 173,10 manat ödənilməmiş məbləğ (əsas borc) və 17 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 2497 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 mart 2024-cü il tarixli, 10736087 nömrəli müqaviləyə əsasən 2096,90 manat ödənilməmiş məbləğ (əsas borc) və 210 manat cərimə, 07 mart 2024-cü il tarixli, 18784607 nömrəli müqaviləyə əsasən 173,10 manat ödənilməmiş məbləğ (əsas borc) və 17 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə cəmi 2497 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qismən təmin edildiyindən, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 54,05 manat dövlət rüsumunun 73%-i, yəni 39 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 27 %-i, yəni 15,05 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2904/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2904/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver