Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2912/2024 20.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Daha sonra İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki iş bir icraatda birləşdirilməsi və baxılması üçün Abşeron Rayon Məhkəməsindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. Bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hər iki mülki iş üzrə tələblərin əlaqəli olmasını və tərəflərin eyni olmasını nəzərə alıb hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair 2(011)-699/2024 nömrəli mülki iş Abşeron Rayon Məhkəməsindən göndərilmiş İddiaçı Cavabdeh qarşı borc tələbinə dair 2(011)-2912/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilməlidir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh İddiaçınə qarşı borcun silinməsi tələbinə dair 2(011)-699/2024 nömrəli mülki iş İddiaçı Cavabdeh qarşı borc tələbinə dair 2(011)-2912/2024 nömrəli mülki işlə bir icraatda birləşdirilsin və mülki işə 2(011)-699/2024 sayı verilsin. 2(011)-2912/2024 nömrəli mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Samirə Eyvazova
Məhkəmə qərarları › İş №e-2(011)-2912/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2912/2024
20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver