Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-2921/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı – “faiz və dəbbə pulunun silinməsi, əsas məbləğin ödənişlərə uyğun azaldılması” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı- PSG Finans” BOKT MMC ilə aralarında bağlanılmış xx.xx.2019-cu il tarixli, 970 saylı kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, mülki iş üzrə icraata xitam verilməli və dövlət rüsumu geri qaytarılmalıdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Cavabdeh BOKT MMC arasında xx.xx.2019-cu il tarixdə 970 saylı kredit müqaviləsi bağlanmış və xx.xx.2021-cü il tarixdə Bakı şəhəri 43 saylı Notariat kontoru bu barədə icra qeydi aparmışdır. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 15-ci hissəsinə əsasən dövlət notariusu icra qeydləri aparır. Həmin Qanunun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci və 6.1.4-cü maddələrinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları və notariat orqanlarının icra qeydləri icra sənədi sayılır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 261.0.-cı maddəsinə əsasən hakim aşağıdakı hallarda iş üzrə icraata xitam verir: 261.0.1. işə məhkəmədə baxılmalı deyildirsə. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə məhkəmə qətnaməsi və notariat orqanlarının icra qeydləri-hər ikisi icra sənədi hesab edildiyindən, bununla da mövcud iddia tələbinə məhkəmədə baxılmalı olmadığından iddia ərizəsi üzrə icraata xitam verilməlidir. Göründüyü kimi iddia tələbi kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun azaldılması ilə bağlıdır. Halbuki icra qeydindən görünür ki, öhdəliklə müəyyən edilmiş 970 saylı kredit müqaviləsi üzrə vaxtında ödənilməmiş 55437.83 manat əsas borc, 20765.64 manat faiz, 72.77 manat dəbbə pulu olmaqla cəmi 76276.24 manat həcmində tələb üzrə tutma İddiaçı mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 7, mənzil 211 saylı mənzilə yönəldilməlidir. İş materiallarına əlavə edilmiş qəbzlərdən görünür ki, iddiaçı tərəfindən kredit müqaviləsi üzrə ödənişlər icra qeydi verildikdən sonra, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022ci il tarixdə edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin olunmamış və qətnamə qanuni güvvəsini almışdır. Məhkəmə qeyd edir ki, notariusun icra qeydinin mövcud olduğu (qüvvədə olduğu) halda həmin sənədin verilməsinə əsas olmuş kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə pulunun silinməsi və əsas məbləğin ödənişlərə uyğun azaldılması tələbinə məhkəmə qaydasında baxılması yolverilməzdir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında 76276.24 manat məbləğində borcun olması işin mübahisəsiz halıdır. Hazırda iddiaçı tərəfindən mübahisələndirilən isə icra qeydi üzrə icraat gedə-gedə onun ümumi borcunun hesablanması və onun tərəfindən edilən ödənişlərin mütənasib olaraq əsas, faiz və dəbbə pulundan silinməməsidir. Göründüyü kimi iş üzrə bir icra sənədi ola-ola, yenidən həmin məbləğin mübahisələndirilməsi yolverilməzdir. Həmçinin, məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən Xətai Rayon Məhkəməsinin hesabına xx.xx.2023-cü il tarixdə ödənilmiş 320 manat dövlət rüsumu (qəbzin nömrəsi **********) geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 114.1.1-114.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda ödənilmiş dövlət rüsumu qaytarılır: 114.1.4. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, dövlət rüsumu geri qaytarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114.1.4, 170, 261.0.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh BOKT MMC-yə qarşı – “faiz və dəbbə pulunun silinməsi, əsas məbləğin ödənişlərə uyğun azaldılması” tələbinə dair e-2(011)-2921/2023 nömrəli mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən tərəfindən xx.xx.2023-cü il tarixdə Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 320 (üç yüz iyirmi) manat dövlət rüsumu (qəbz nömrəsi: **********) özünə qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №e-2(011)-2921/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-2921/2023
23.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver