Məhkəmə qərarları › İş №e-2(011)-2926/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2926/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2926/2022 14.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, anası Məmmədova Kifayət Ələmdar qızı "xxxx" QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli, 001R********** saylı kredit müqaviləsi əsasında Bankdan 36 ay müddətinə, illik 2.1667 faiz dərəsi ilə 16000 (on altı min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Bankdan götürdüyü pul məbləğini səhhətində yaranmış xəstəliklə bağlı həmçinin nəvəsi, qızı Mədinənin Ankara şəhərində müalicəsi üçün xaricdə istifadə etmələrini nəzərdə tutmuşlar. Həmin bankdan birinci dəfə 2007-ci ilin fevral ayında kredit götürərək vaxtı-vaxtında bankın öhdəliyini yerinə yetirmişdir. Onun həkimi olmuş, onunla rəfiqəlik, yaxınlıq edərək sonradan ailələrinin bir üzvünə çevrilən iş üzrə Cavabdeh2 və onun oğlu Cavabdeh1 ilə səmimi münasibətləri olduğu üçün bankdan götürdüyü 16000 (on altı min) ABŞ dolları məbləğindən 6800 manat pul məbləğini ona qısa müddətə borc vermələrini onlardan təkidlə xahiş etmişlər. Onlar da, öz növbələrində ailələri arasındakı uzun müddət davam edən səmimi və xoş dostluq münasibətlərini nəzərə alaraq, xx.xx.2015-ci il tarixdə "xxxx" QSC-dən 36 ay müddətinə, illik 2.1667 faiz dərəsi ilə 16000 (on altı min) ABŞ dolları məbləğindən 6800 manat pulu cavabdehlərə qısa müddətə təcili ehtiyacları yarandığı üçün borca vermişlər və o, da anasını inandırmaq üçün pulun ondan borca götürülməsini balaca kağız parçası üzərində qeyd edib, imzalayaraq həmin kağızı və evə dair Bakı şəhəri Nizami rayonu X1ra təqdim etmişdir. Bir müddət sonra maddi vəziyyətləri, analarının və qızının səhhətlərinin pisləşməsi və Cavabdeh2 borca götürdüyü 6800 manat məbləği qaytarmaması bankın aylıq ödənişlərində çətinlik yaratmış, anasının bank qarşısında götürdüyü öhdəliklərini vaxtında icra etmədiyi üçün Bank da onu məhkəməyə vermək məcbiriyyətində qalmış və onu Bakı şəhəri Nizami rayon Məhkəməsinə verərək kredit məbləğinin banka qaytarılması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən 09 iyun 2020-ci il tarixli, 2(007)- 349/2020 saylı qətnamə qəbul edilmişdir. Cavabdeh2 tərəfindən borca götürülmüş 6800 manat məbləğ onun tərəfindən vaxtında və sivil yolla qaytarılmadığı üçün dostluq münasibətləri pisləşməyə başlamış, səmimi münasibətləri gərginləşmiş və o, ondan götürdüyü 6800 manat borcun geri qaytarılmasını tələb etsə də, borcu qaytarmadığı üçün anası X7 şikayət etməyə başlamışdır. X7 şikayət etdikdən sonra Cavabdeh2 ödənilməmiş 6800 manat borc məbləğindən 2800 manat ödəniş etmişdir. Qalıq məbləği gecikdirdiyinə və ödəmədiyinə və anası barədə qəbul edilmiş məhkəmə qətnaməsinə görə və hazırda Bank qarşısında olan öhdəliyini tam yerinə yetirdiklərinə görə qalıq 4000 manat pulun cavabdehdən alınaraq ona qaytarılması üçün məhkəməyə müraciət etməli olmuşdur. Yuxarıda qeyd olunanlarla bağlı X7 və cavabdehlərə rəsmi müraciət olunsa da, hələ də ona maddi ziyanın ödənilməsi öz müsbət həllini tapmamışdır. Onun tərəfindən cavabdehin hərəkətinə görə ödənilən məbləğə dair Bank tərəfindən verilmiş təmizlik arayışının əsli iddia ərizəsinə əlavə edilmişdir. Məlumat üçün bildirmişdir ki, anası Məmmədova Kifayət Ələmdar qızı tərəfindən xx.xx.2020-ci il tarixdə cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4782/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4215/2021 saylı qətnaməsi ilə şikayət təmin edilərək Bakı şəhəri Xətai rayon Məhkəmsinin xx.xx.2020-ci il tarixli, 2(011)-4782/2020 saylı qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, borc məbləği hazırki iddiaçı Lalə tərəfindən verildiyi üçün faktiki olaraq Lalə tərəfindən də tələb edilə bilər, anası Kifayət tərəfindən yox! Yəni hazırki iddiaçı Lalənin anasının pulu tələb etməkdə subyektiv tələb etmə hüququ olmamış, pul tələbi Lalə tərəfindən tələb edilməli idi. Bu əsasla da, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Məmmədova Kifayət Ələmdar qızı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-4215/2021 saylı qətnaməsindən kassasiya şikayəti verilsə də, Ali Məhkəmənin də mövqeyi eyni olmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada onun xeyrinə 4000 manat məbləğində vəsaitin, hüquqi yardıma görə ödənilmiş 200 manat məbləğində vəsaitin və iş üzrə ödənilmiş 60 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə eyni zamanda cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə etiraz ərizəsi təqdim edərək, etiraz ərizəsində göstərilən xüsusatları təsdiq etməklə yanaşı, həmin ərizənin əsassız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi Vəkil2 cavabdehlərə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, mübahisə predmeti barəsində İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə bildirmişdir ki, iddiaçının bildirməsinə görə 19 fevral 2015-ci il tarixdə "xxxx" QSC-dən 36 ay müddətinə, illik 2.1667 faiz ilə 16000 (on altı min) ABŞ dolları məbləğindən 6800 manat pulu cavabdehlərə qısa müddətə təcili ehtiyacları yarandığı üçün borca vermişdir. Həmçinin bildirilmişdir ki, anası Məmmədova Kifayət Ələmdar qızı 24 avqust 2020-ci il tarixdə cavabdehlərə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli, 2(011)-4782/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən edilmişdir. Göründüyü kimi, İddiaçı yeddi il ərzində pulun qaytarılması barədə müraciət etməmiş və bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4782/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Məmmədova Kifayət Ələmdar qızının cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh2 2700 manat əsas borcun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manatın, cəmi 2900 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun alınaraq Məmmədova Kifayət Ələmdar qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 4215/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4782/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4782/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5788/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4215/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı Məmmədova Kifayət Ələmdar qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4215/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-349/2020 saylı, 09 iyun 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" QSC-nin cavabdehlər Məmmədova Kifayət Ələmdar qızına, X4, X6 və X3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddiası qismən təmin edilmişdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır ( MM-in 375.1 və 375.2 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında, o cümlədən Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddəti institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki: - Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. - MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. - MM-in 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Beləliklə, mülki işdə olan sübutlarla təsdiq edilir ki, Məmmədova Kifayət Ələmdar qızı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4782/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 2700 manat əsas borcun, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 200 manatın, cəmi 2900 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pulun alınaraq Məmmədova Kifayət Ələmdar qızına verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4782/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4215/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4782/2020 saylı, 13 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5788/2021 saylı, 11 noyabr 2021-ci il tarixli qərarı ilə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4215/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsindən Məmmədova Kifayət Ələmdar qızının kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4215/2021 saylı, 02 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarlardan görünür ki, Cavabdeh2 nümayəndəsi ilk prosesdən bildirmişdir ki, borc pul Məmmədova Kifayət Ələmdar qızından deyil, İddiaçı götürülmüşdür. Mülki işdə olan yazılı sübutlarla borc pulun İddiaçı xx.xx.2015-ci il tarixdə götürüldüyü təsdiq edilir. Apellyasiya və kassasiya instansiyasının məhkəmələri də iddianı rədd edərkən iddiaçının əsl iddiaçı ilə əvəz edilməməsini qeyd etmiş, borc pulun faktiki İddiaçı xx.xx.2015-ci il tarixdə götürüldüyü təsdiq etmişlər. İddiaçı borcun ödənilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir və cavabdehin nümayəndəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim etmişdir. Məhkəmə iddia müddətinin tətbiqinə münasibətdə hesab edir ki, iddia müddətinin iddiaçı tərəfindən ötürülməsi işdə olan sübutlarda təsdiq edildiyindən iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbinə dair” iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar