Məhkəmə qərarları › İş №e-2(011)-2943/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2943/2024

14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2943/2024 14.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada – 31 avqust 2022-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 1999,98 manat, cərimə üzrə 200 manat, cəmi 2199,98 manat pulun və ödənilmiş 42 manat dövlət rüsumunun alınaraq mənə verilməsi barədə qətnamə qəbyl edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 arasında31 avqust 2022ci il tarixdə Samsung Led UE55AU8000UXRU markalı televizorun nisyə alqı-satqısına dair nisyə alqı-satqı müqaviləsi bağlanılmışdır. Həmin Müqaviləyə əsasən mən qeyd edilən malı cavabdehə nisyə satmağı, cavabdeh isə ona satılmış malı qəbul edib razılaşdırılmış formada – ödəniş cədvəlinə uyğun olmaqla “Malın” dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Həmin müqaviləyə uyğun olaraq digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 ilə “Zaminlik” müqavilələri bağlanmışdır. Qeyd edilən “Zaminlik” müqavilələrinə əsasən zaminlər Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin icra edilməsi üçün onunla eyni həcmdə birgə məsuliyyət daşıdığını öhdəsinə götürmüşlər. Bildirirəm ki, cavabdehlər üzərinə götürdüyü öhdəliklərini icra etmir, Müqavilənin şərtlərini qəsdən kobud şəkildə pozurlar. Belə ki, Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətlərinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, müqavilə üzrə ödəməli olduğu borcu ödəməkdən yayınırlar. Hazırda onların əsas borc üzrə 1999,98 manat, cərimə üzrə 200 manat, cəmi 2199,98 manat borcu vardır. Cavabdehlərin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2022ci il tarixli ********* nömrəli Nisyə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı, Samsung Led UE55AU8000UXRU markalı televizoru alıcı Cavabdeh1 satmağı, alıcı müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malın dəyərinə satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.3-cü maddəsinə əsasən, alıcı ödəniş cədvəlindəki gecikmələrə görə hər gecikdirilən gün üçün 2% həcmində əlavə cərimə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan ********* saylı alqı-satqı müqaviləsinə xx.xx.2022-ci il tarixli əlavə 1 Ödəniş cədvəlindən görünür ki, ümumi məbləğ 1999,98 manat, ilkin ödəniş 0 manat, qalıq məbləği 1999,98 manat, ödəniş müddəti 6 ay, aylıq ödəniş 333,33 manatdır. İş materiallarında olan ********* saylı alqı-satqı müqaviləsinə əlavə Təhvil-təslim qəbzindən görünür ki, Samsung Led UE55AU8000UXRU markalı televizor Cavabdeh1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan İddiaçı və Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Zaminlik müqaviləsinə əsasən, Cavabdeh3 xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə alıcı ilə birlikdə zamin kimi birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı Zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə üzrə alıcı ilə birlikdə zamin kimi birgə məsuliyyət daşıyır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ********* saylı müqaviləyə əsasən ödənilməmiş əsas borc məbləği 1999,98 manat, cərimə üzrə borc məbləği 200 manat, ödənilmiş məbləğ 0 manatdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 42 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı cavabdehlərə cəmi 2199,98 manat borcunu 3 gün ərzində ödəməsinə dair xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh1 arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı Cavabdeh1 əşyanı iddiaçıdan təhvil almışdır, lakin o müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə ödənişləri etməmiş və müqavilənin şərtlərini pozmuşdur, həmçinin alqı-satqı müqaviləsinin təminatı olaraq iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Hazırda cavabdehlərin iddiaçıya olan borcu 1999,98 manat ödənilməmiş hissə, 200 manat cərimə borcu olmaqla, ümumilikdə 2199,98 manat təşkil edir, cavabdehlər borcunun olması və onun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehlərin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Həmçinin məhkəmə, borcun hansı cavabdehdən tutulmalı olmasına münasibətdə hesab edir ki, qanunvericiliyə əsasən, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıdığından borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2022-ci il tarixli ********* nömrəli müqaviləyə əsasən 1999,98 manat, cərimə üzrə 200 manat, cəmi 2199,98 manat borc məbləği cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehlərin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından, iddia tələbi nəzərə alınmalı, 42 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməli və onlardan müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli ********* saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 1999,98 manat ödənilməmiş hissə, 200 manat cərimə olmaqla, ümumilikdə 2199,98 (iki min yüz doxsan doqquz) manat 98 (doxsan səkkiz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar