Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2947/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı cavabdehdən 13470 manat məbləğində pul vəsitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı Bakı şəhəri, X2 qəsəbəsi, V yaşayış sahəsi, bina 15 mənzil 68 ünvanında yaşayan vətəndaşı İddiaçı xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin 33-cü PB-nə ərizə ilə müraciət edib Cavabdeh ümumilikdə 50 kiloqramlıq 600 kisə un verməsini lakin bu günə kimi ödəniş etməməsini bundan əlavə isə Cavabdeh ondan 1500 manat borc pul verməsini lakin sonuncunun heç bir öhdəliyini yerinə yetirməməsini həmin şəxs tərəfindən aldadılmasını qeyd etmişdir. Bakı şəhəri Suraxanı RPİ-də araşdırma zamanı izahatı alınmış Cavabdeh öz izahatında bildirmişdir ki, İddiaçı bir ildir ki, tanıyır avqust ayında ondan 600 kisə un almaq adı ilə ayrı-ayrı vaxtlarda Yeni Günəşli qəsəbəsində 8550 manat və 8460 manat pul almışdır. Daha sonra əlavə olaraq 1500 manat pul borc almışdır. Ümumi borc 18510 manat olmuşdur. Cavabdeh borcdan 5040 manat geri qaytarmışdır. Hal-hazırda cavabdehin iddiaçıya 13470 manat borcu qalmışdır. Görünən odur ki, cavabdeh ödənməmiş 13470 manat borc pulu müxtəlif bəhanələrlə verməkdən yayınır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyindən, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İşin halları Cavabdeh İddiaçı 600 kisə un almaq adı ilə ayrı-ayrı vaxtlarda 8550 manat və 8460 manat pul almışdır. Daha sonra əlavə olaraq 1500 manat pul borc almışdır. Ümumi borc 18510 manat olmuşdur. Cavabdeh üzərinə aldığı öhdəliyi yerinə yetirməmiş, malları iddiaçıya təhvil verməmişdir. Cavabdeh borcdan 5040 manat geri qaytarmışdır. Halhazırda cavabdehin iddiaçıya 13470 manat borcu qalmışdır (Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Çərkəz Pənahovun xx.xx.2023-cü il tarixli “Cinayət işinin başlanılmasının rədd olunması haqqında” Qərarı). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 241. Qiyabi icraat qaydası 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, cavabdeh tərəflər arasında əldə edilmiş razılaşma əsasında iddiaçıdan aldığı pulların müqabilində malları təqdim etmək vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə aüzərinə aldığı öhdəliyi yerinə yetirməmiş, bununla da iddiaçıya aldığı pul vəsaitlərinin həcmində maddi zərər vurmuşdur. Odur ki, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona dəymiş ziyanın geri ödənilməsini tələb etməkdə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli Cavabdeh 13470 manat məbləğində vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13470 (on üç min dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qiyabi qətnamə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə qətnamənin ləğvi üçün ərizə verilə bilər. Qiyabi qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-2947/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(011)-2947/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver