Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2956/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçının xeyrinə 40007974 saylı 17 may 2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi üzrə 180.01 manat borcun, 0 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 40007974 saylı 17 may 2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsinə əsasən cavabdeh 180.01 manat dəyərində nisyə aldığı malın dəyərini ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə "xxxx" MMC arasında imzalanmış Faktorinq müqaviləsi və ona əlavə olunan sazişə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 180.01 manat məbləğində tələb hüququ İddiaçı MMC-yə keçmişdir. Tələb olunan hüququn İddiaçı MMC-yə keçməsi barədə Nisyə alğı-satqı müqaviləsi üzrə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18 noyabr 2020-ci il tarixdə təşkilati-hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Tərəflər arasında bağlanmış Nisyə alğı-satqı müqaviləsinin 3-cü maddəsinə əsasənsatıcı alıcıya təhvil-təslim aktında qeyd olunan malı satır, alıcı isə həmin malı qəbul edib tərəflər arasında razılaşdırılmış müqavilə üzrə malın dəyərini satıcıya ödəyir. Alıcı həmin müqavilənin 1 saylı əlavəsində müəyyənləşdirilmiş müddətdə və qaydada pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 5.6-cı maddəsinə əsasən alıcı borcu vaxtında ödəəmədikdə, satıcının xeyrinə hər gecikdirilən gün üçün ödəməli olduğu məbləğin 0.3% miqdarında dəbbə pulu ödəməlidir.Həmin müqavilənin 6.1-ci maddəsinə əsasən alıcı müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyi halda, satıcı mala görə hesablanmış borcu və dəbbə pulunu dərhal tələb edə bilər. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri oalraq ödəməli olduğu ödənişlərin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada ica etməmişdir. Cavabdehin bu günə 180.01 manat əsas, 0 manat cərimə borcu yaranmışdır. Borcun ödnəliməsi ilə bağlı cavabdehə bildirişş göndərilsə də cavabdeh tərəfindən borc ödənilməmişdir. Tərəflərin izahatları: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. O, verdiyi izahatında bildirmişdir ki, almaq istədiyi aspiratorla bağlı "xxxx" MMC ilə razılığa gəlsələr də daha sonra sonuncu məhsulun çatdırılmasının olmadığını bildirmiş, bu zaman o, məhsulu almaqdan və ödəniş etməkdən imtina edərək, məhsulu orada qoyaraq çıxıb getmişdir. Təhvil-təslim aktına imza atsa da məhsulu almamışdır. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin etibarnamə üzrə nümayəndəsi X2 verdiyi izahatda bildirdi ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 40007974 saylı 17 may 2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi Cavabdeh sifariş etdiyi məhsuldan imtina etdiyi üçün ləğv edilmişdir. Hazırda Cavabdeh "xxxx" MMC-nin sistemində borcu yoxdur. İşin faktiki halları: İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 40007974 saylı 17 may 2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi bağlanmış, müqavilədə nəzərdə tutulan Aspirator SİMFER adlı məhsul cavabdehə satılmışdır. Cavabdeh tərəfindən təhvil-təslim aktına imza atılmış, alınan məhsulun dəyəri ödənilməmişdir. "xxxx" MMC ilə İddiaçı QSC arasında bağlanmış faktorinq müqaviləsinə əsasən "xxxx" MMC-nin Cavabdeh qarşı olan 180.01 manat məbləğində tələb hüququ İddiaçı QSC-yə keçmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.4-cü maddəsinə əsasən, borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyinin mümkün olmadığını sübuta yetirsin. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-cü maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin halları ilə müəyyən olunur ki, "xxxx" MMC ilə Cavabdeh arasında nisyə alğı-satqı müqaviləsi bağlanmış, cavabdehə Aspirator SİMFER adlı məhsul satılmışdır. Daha sonra "xxxx" MMC ilə İddiaçı QSC ilə arasında bağlanmış faktorinq müqaviləsinə əsasən tələb hüququ sonuncuya keçmişdir. Təqdim edilmiş təhviltəslim aktından görünür ki, cavabdeh akta imza ataraq məhsulu qəbul etmişdir. Lakin məhkəmə araşdırması zamanı tərəflərin izahatları və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, cavabdeh təhvil-təslim aktına imza atsa da məhsulu qəbul etməmiş və ödənişi etməkdən imtina etmişdir. İddiaçı tərəf məhsulun cavabdehdə olduğunu iddia etsə də buna dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bunun əksi olaraq cavabdehin təqdim etdiyi arayışdan görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17 may 2022-ci il tarixli 40007974 saylı nisyə alğı-satqı müqaviləsi sonuncu sonradan müqavilə üzrə sifariş etdiyi məhsuldan (Aspirator SİMFER 8662 SM) imtina etdiyi üçün ləğv edilmişdir. Hazırda 17 may 2022-ci il tarixli 40007974 saylı nisyə alğı-satqı müqaviləsi üzrə "xxxx" MMC sistemində borc 0 manat təşkil edir. İddiaçı QSC-də qeyd olunan müqavilə üzrə borcalanın adında olan 180.01 manat borc qalığı "xxxx" MMC-nin öhdəliyidir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı QSC-nin Cavabdeh qarşı - Cavabdeh iddiaçının xeyrinə 40007974 saylı 17 may 2022-ci il tarixli Nisyə alğı-satqı müqaviləsi üzrə 180.01 manat borcun, 0 manat cərimə borcunun, 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı iddiaçının özünə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №e-2(011)-2956/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2956/2023
22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver