Məhkəmə qərarları › İş №e-2(011)-2959/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2959/2023

11.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2959/2023 11.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı –xx.xx.2019-cu il tarixli müqavilə üzrə “alyansdolab verona”, “mıt - 5182 table grey”, “alyans çarpayı 2”, “gold jurnal masa”, “alyanstermo verona”, “mira-metbex”, “luna jurnal masa”, “mı-776 chair grey”, “mira-metbexstul”, “doshek uretan”, “pufik – yumsaq” mebel əşyaları üçün 1185.7 (bir min yüz səksən beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 118.3 (bir yüz on səkkiz manat otuz qəpik) manat cərimə, ümumilikdə 1304 manat borc, 33.04 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən “alyans-dolab verona”, “mıt - 5182 table grey”, “alyans çarpayı 2”, “gold jurnal masa”, “alyans-termo verona”, “mira-metbex”, “luna jurnal masa”, “mı-776 chair grey”, “mira-metbex-stul”, “doshek uretan”, “pufik – yumsaq” mebel əşyalarını almışdır və nəticədə 1304 (min üç yüz dörd) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 7217 (yeddi min iki yüz on yeddi manat olan (23 ay x 296 manat + 409 manat ilkin ödəniş) “alyans-dolab verona”, “mıt - 5182 table grey”, “alyans çarpayı 2”, “gold jurnal masa”, “alyans-termo verona”, “mira-metbex”, “luna jurnal masa”, “mı-776 chair grey”, “mira-metbex-stul”, “doshek uretan”, “pufik – yumsaq” mebel əşyaları üçün ümumilikdə 1304 (min üç yüz dörd) manat olmaqla, ondan 185.7 (bir min yüz səksən beş manat yetmiş qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 118.3 (yüz on səkkiz manat otuz qəpik) manat miqdarında cərimə borcu yaranmışdır. Cavabdehin xx.xx.2019-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci ildir və cəmi ödədiyi məbləğ 6.031.3 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödənilməlidir. Cavabdehlə bağlanılmış xx.xx.2019-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildiriş, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh göstərilən müddətdə iddiaçının tələbinə dair etirazlarını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə ərizəni, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2019-ci il tarixdə 00543979 saylı müqavilə bağlanılmışdır. Göstərilən müqavilənin 1-ci maddəsinə görə (müqavilənin predmeti) “ABC” (“ABC-Telekom MMC”) özünə məxsus olan əşyaları (müqavilə üzrə “Mal” adlandırılır) Müştəriyə (Cavabdeh) aşağıda göstərilən şərtlərlə verir, müştəri isə “Mal”ı aşağıda göstərilən şərtlərlə qəbul edir. Həmin Müqavilənin 2-ci maddəsinə görə bu müqavilə üzrə əşyalar və onlara məxsus fərdi əlamətlər aşağıdakılardır: “alyans-dolab verona”, “mıt - 5182 table grey”, “alyans çarpayı + 2 eded tumba Verona”, “gold jurnal masa”, “alyans-termo verona”, “mirametbex-masa-SM”, “luna jurnal masa”, “mı-776 chair grey”, “mira-metbex-stul”, “doshek uretan”. İş materiallarına əlavə edilmiş əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh 00543979 nömrəli müqaviləyə əsasən aşağıda qeyd olunan malları tam qüsursuz halda təhvil almışdır: “alyans-dolab verona”, “mıt - 5182 table grey”, “alyans çarpayı 2”, “gold jurnal masa”, “alyans-termo verona”, “mira-metbex”, “luna jurnal masa”, “mı-776 chair grey”, “mira-metbex-stul”, “doshek uretan”. İş materiallarına əlavə edilmiş xx.xx.2019-cu il tarixli Əlavədə göstərilmiş ödəniş cədvəlindən görünür ki, xx.xx.2019-ci il tarixli 00543979 saylı müqavilə üzrə xx.xx.2019xx.xx.2021-ci il tarixlərində hər ay 296 manat məbləğində pul vəsaitinin ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. Həmin Əlavənin 2-ci bəndinə görə ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində Müştəri mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəli Cavabdeh tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh “alyans-dolab verona”, “mıt - 5182 table grey”, “alyans çarpayı 2”, “gold jurnal masa”, “alyans-termo verona”, “mira-metbex”, “luna jurnal masa”, “mı-776 chair grey”, “mira-metbex-stul”, “doshek uretan”, “pufik – yumsaq” adlı əşyalara görə İddiaçı MMC-nə 1185.7 manat ödənilməmiş hissə, 118.3 cərimə, ümumilikdə 1304 manat məbləğində borcu vardır. Həmin arayışın qeyd hissəsində göstərilmişdir ki, cavabdeh ödənişləri gecikdirməklə müqavilə şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə 2-ci bəndinə uyğun olaraq 1% həcmində cərimə 355.2 manat (2.96 manat x 120 gün) hesablanmalı olmasına baxmayaraq müştəriyə güzəşt olaraq 118.3 manat cərimə hesablanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, İddiaçı MMC xx.xx.2019-ci il tarixli müqaviləyə əsasən öhdəliklərin icrası ilə bağlı Cavabdeh xəbərdarlıq ünvanlamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən Məcəllənin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını və hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia əsaslıdır. Odur ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 284- 6-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqavilə üzrə “alyans-dolab verona”, “mıt - 5182 table grey”, “alyans çarpayı 2”, “gold jurnal masa”, “alyans-termo verona”, “mira-metbex”, “luna jurnal masa”, “mı-776 chair grey”, “mira-metbex-stul”, “doshek uretan”, “pufik – yumsaq” mebel əşyaları üçün 1185.7 (bir min yüz səksən beş manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 118.3 (bir yüz on səkkiz manat otuz qəpik) manat manat cərimə, ümumilikdə 1304 (bir min üç yüz dörd) manat borc və 33.04 (otuz üç manat dörd qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar