Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-2978/2022 05.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 28 avqust 2020-ci il tarixli NZKRK-1584 saylı “Kartmane” kredit kartı müqaviləsi üzrə əsas borcuna görə 193,8 manat faiz borcuna görə 29,06 manat, dəbbə borcuna görə 0 manat, cəmi 222,86 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nizami filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 28 Avqust 2020-cu il tarixli, NZKRK-1584 saylı "Kartmane" kredit kart müqaviləsinə əsasən illik 0 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 200 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1.; 2.3.; 2.4 bəndləri). 28 Avqust 2020-cu il tarixli, NZKRK-1584 saylı "Kartmane" kredit kart müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır, tərəflər arasında bağlanmış 28 Avqust 2020-cu il tarixli, NZKRK-1584 saylı "Kartmane" kredit kart müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 28-dan gec olmayaraq hər ay 0 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 28 Avqust 2020-cu il tarixli, NZKRK-1584 saylı"Kartmane" kredit kart müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 193,8 manat, faiz borcuna görə 29,06 manat, dəbbə borcuna görə 0 manat, borcun cəmi məbləği 222,86 manat təşkil edir Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28.08.2020-ci il tarixli Ərizənin surətindən görünür ki, Cavabdeh 200 manat məbləğində “Kredit kartı Kartmane”kredit verilməsini xahiş etmişdir. İş materiallarında olan 28 avqust 2020-ci il tarixli KMP-00261285-080905/20 saylı “Kartmane” xidməti üzrə Müqavilədən görünür ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında “Kartmane” xidməti üzrə münasibətlərin tənzimlənməsi razılaşdırılmışdır. Müqaviləyə əsasən, hesab 60 ay müddətinə AZN valyutasında açılır, hesab qalığına illik 4 faiz hesablanır. İş materiallarında olan 28 avqust 2020-ci il tarixli NZKRK-1584 saylı “Kartmane” xidməti üzrə Müqavilədən görünür ki, İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında “Kartmane” xidməti üzrə münasibətlərin tənzimlənməsi razılaşdırılmışdır. Müqaviləyə əsasən, bank tərəfindən müştəriyə kart üzrə 24 ay müddətinə 200 manat kredit xətti ayrılır, müqavilə üzrə əməliyyatların aparıldığı tarixdən müqavilə müddətinin sonunadək 25 %, faktiki illik faiz dərəcəsi 30,52 %-dir, müqavilənin müddəti bitdikdən sonra borc tam ödənilənədək illik 36 faiz dərəcəsi ilə faiz hesablanır. İş materiallarında olan tərəflər arasında bağlanmış Plastik kartların əldə edilməsi və istifadə edilməsinə dair Müqavilədən görünür ki, müqavilə əsasında bank tərəfindən emissiya edilən kartların və pin kod olan zərfin müştəriyə verilməsi qaydası müəyyən edilmişdir. İş materiallarında olan 30.03.2022-ci il tarixli RB-02/PK-2044 saylı Arayışdan görünür ki, Cavabdeh 28 avqust 2020-ci il tarixli NZKRK-1584 saylı kredit müqaviləsi üzrə 28 mart 2022-ci il tarixə olan borcu əsas borc 193,8 manat, faiz borcu 29,06 manat, cərimə borcu 0 manat olmaqla, cəmi 222,86 manat təşkil edir. İş materiallarından görünür ki, 16.03.2021-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh borcunu 3 iş günü müddətinə ödəməsi, əks halda qanunamüvafiq tədbirlər görüləcəyi barədə bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan 04.04.2022-ci il tarixli ********* saylı dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında 28.08.2020-ci il tarixində “Kartmane” kart müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən sonuncuya müqavilə müddətində illik 25 faiz olmaqla, 24 ay müddətinə 200 manat kredit xətti ayrılmışdır iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur, borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə xəbərdarlıq edilmişdir, hazırda cavabdehin banka əsas və faiz borcu qalmışdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 28 avqust 2020-ci il tarixli NZKRK-1584 saylı kredit kartl müqaviləsi üzrə 193,8 manat əsas borc, 29,06 manat faiz borcu olmaqla ümumilikdə 222,86 manat alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən və cavabdehin isə dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 284-1, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 28 avqust 2020-ci il tarixli NZKRK-1584 saylı kredit kartı müqaviləsi üzrə 193,8 manat əsas borc, 29,06 manat faiz borcu olmaqla ümumilikdə 222 (iki yüz iyirmi iki) manat 86 (səksən altı) qəpik borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-2978/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-2978/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver