Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3000/2022 25.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC-si Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********57792 olan X5 9S markalı telefon, İMEİ kodu **********08150 olan X3 20 markalı telefon, HOFFMANN kombi, seksiya almış və nəticədə 7455 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 783.6 manat (12 ay x 65.3 manat + 0 manat ilkin ödəniş ) İMEİ kodu **********57792 olan X5 9S markalı telefon üçün ümumilikdə 510 manat olmaqla, ondan 393 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3795 manat (24 ay x 151 manat + 171 manat ilkin ödəniş ) olan İMEİ kodu **********08150 olan X3 20 markalı telefon üçün ümumilikdə 3828 manat olmaqla, ondan 3624 manat ödənilməmiş hissə, 204 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2464.2 manat (18 ay x 136.9 manat + 0 manat ilkin ödəniş ) olan HOFFMANN kombi, seksiya üçün ümumilikdə 3117 manat olmaqla, ondan 2464.2 manat ödənilməmiş hissə, 652.8 manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 561.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti İMEİ kodu **********57792 olan X5 9S markalı telefon üçün 393 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********08150 olan X3 20 markalı telefon üçün 3624 manat ödənilməmiş hissə, 204 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən HOFFMANN kombi, seksiya üçün 2464.2 manat ödənilməmiş hissə, 652.8 manat dəbbə pulu olmaqla, ümumilikdə 7455 manat borcun və 94.55 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməklə yanaşı, “COVİD 19” pandemiyasına görə borc məbləğini ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC-si ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrdən və həmin müqavilələrə əlavələrdən görünür ki, cavabdehə İMEİ kodu **********57792 olan X5 9S markalı telefon, İMEİ kodu **********08150 olan X3 20 markalı telefon, HOFFMANN kombi, seksiya satılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 783.6 manat (12 ay x 65.3 manat + 0 manat ilkin ödəniş ) İMEİ kodu **********57792 olan X5 9S markalı telefon üçün ümumilikdə 510 manat olmaqla, ondan 393 manat ödənilməmiş hissə, 117 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 3795 manat (24 ay x 151 manat + 171 manat ilkin ödəniş ) olan İMEİ kodu **********08150 olan X3 20 markalı telefon üçün ümumilikdə 3828 manat olmaqla, ondan 3624 manat ödənilməmiş hissə, 204 manat dəbbə pulu; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2464.2 manat (18 ay x 136.9 manat + 0 manat ilkin ödəniş ) olan HOFFMANN kombi, seksiya üçün ümumilikdə 3117 manat olmaqla, ondan 2464.2 manat ödənilməmiş hissə, 652.8 manat dəbbə pulu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə 7455 manat borcu vardır. İş materiallarında olan "xxxx" MMC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən məlum olur ki, cavabdehə borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil,həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Ona görə də, məhkəmə hesab edir ki, mövcüd mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 393 manat ödənilməmiş məbləğ (əsas borc), xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 3624 manat ödənilməmiş məbləğ (əsas borc) və xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2464.2 manat ödənilməmiş məbləğ (əsas borc) tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı Mülki Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borcluların əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Mülki Məcəllənin 464.1-ci maddəsinə əsasən kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsi, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsini nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə hesablanmış dəbbə borcunun məbləğinin 10%-dək azaldılaraq cavabdehdən xx.xx.2020-ci il tarixli müqavilə üzrə 12 manat məbləğində cərimə, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 20 manat cərimə və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 65 manat (dəbbə pulu) tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, cavabdehdən ümumilikdə xx.xx.2020-ci il tarixli müqavilə üzrə 393 manat ödənilməmiş məbləğ (əsas borc) və 12 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3624 manat ödənilməmiş məbləğ (əsas borc) və 20 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2464.2 manat ödənilməmiş məbləğ (əsas borc), 65 manat dəbbə pulu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi 6578.2 manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilə üzrə 393 manat ödənilməmiş məbləğ (əsas borc) və 12 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə 3624 manat ödənilməmiş məbləğ (əsas borc) və 20 manat dəbbə pulu və xx.xx.2020-ci il tarixli müqavilə üzrə 2464.2 manat ödənilməmiş məbləğ (əsas borc), 65 manat dəbbə pulu olmaqla, ümumilikdə hər üç müqavilə üzrə cəmi 6578.2 manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia qismən təmin edildiyindən, iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 94.55 manat dövlət rüsumunun 88%-i, yəni 83 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 12 %-i, yəni 11.55 manat iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3000/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3000/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver