Məhkəmə qərarları › İş №e-2(011)-3001/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3001/2022

29.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3001/2022 29.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı ”kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 hüquqi varisi olan Cavabdeh 2252,27 manat əsas borc, 497,38 manat faiz borcu, 711,72 manat cərimə olmaqla cəmi 3461,37 manat məbləğində borcun və ödənilmiş 54.62 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 004A********** saylı kredit müqaviləsi əsasında borcalan aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. X4 xx.xx.2022-ci il tarixə kredit müqaviləsi üzrə borcu 2252,27 manat əsas borc, 497,38 manat faiz borcu, 711,72 manat cərimə olmaqla cəmi 3461,37 manat təşkil edir. Аzərbаусаn Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli verdiyi arayışdan borclu X5 vəfat etdiyi məlum olmuşdur. Bakı şəhəri 6 saylı notariat ofisinin verdiyi qanun üzrə şəhadətnamənin surətindən məlum olur ki, mərhum X5 adına vərəsəlik işi açılmış və Cavabdeh qanuni vərəsəsi kimi tanınaraq X2 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Belə olan halda Cavabdeh Afıq oğluna mərhum X6 hüquq və vəzifələri də keçmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2020-ci il tarixli, 11645/220 saylı cavab məktubuna əsasən, mərhum X4 adına xx.xx.2011ci il tarixdə “Opel Vectra” markalı. **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış və xx.xx.2017-ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninlikləşdirilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat vrərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı QSC ilə X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 004A********** saylı kredit müqaviləsinin surətindən görünür ki, bank tərəfindən borcalana aylıq faiz dərəcəsi 2.0833% olmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, X4 banka olan borcu 2252,27 manat əsas borc, 497,38 manat faiz borcu, 711,72 manat cərimə olmaqla cəmi 3461,37 manat təşkil edir. Аzərbаусаn Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, borclu X8 xx.xx.2017-ci il tarixdə ölüm səbəbi ilə qeydiyyatdan çıxarılmışdır. Bakı şəhəri 6 saylı notariat ofisinin İddiaçı QSC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, 2201 məktubundan görünür ki, 6 saylı notariat ofisində mərhum X2 miras qalmış əmlaka dair vərəsəlik işi açılmış və Cavabdeh mərhum X5 qanuni vərəsəsi kimi tanınmış, mərhum X2 miras qalmış əmlaka dair onun qanuni vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X13 İdarəsinin xx.xx.2020-ci il tarixli, 11645/220 saylı məktubundan görünür ki, mərhum X4 adına xx.xx.2011-ci il tarixdə “Opel Vectra” markalı. **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmış və xx.xx.2017ci il tarixində vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninlikləşdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1313-cü maddəsinə görə tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mərhum X4 xx.xx.2015-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə İddiaçı QSC-yə 2252,27 manat əsas borc, 497,38 manat faiz borcunun qalması, oğlu Cavabdeh onun vərəsəsi olması iş materialları ilə təsdiq olunduğundan iddia həmin borcun cavabdehdən tutulması hissəsində təmin olunmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 711,72 manat məbləğində cərimənin tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 711,72 manat məbləğində cərimə tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan cərimə 71,72 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 81 faiz həcmində təmin edildiyinə görə ödənilmiş 54,62 manat dövlət rüsumunun 44,25 manatı cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 244cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixli 004A********** saylı kredit müqaviləsi üzrə borc alan, mərhum X4 hüquqi varisi olan Cavabdeh 2252,27 manat əsas borc, 497,38 manat faiz borcu, 71,72 manat cərimə olmaqla cəmi 2821,37 (iki min səkkiz yüz iyirmi bir manat 37 qəpik) manat borc və dövlət rüsumunun 44,25 (qırx dörd manat 25 qəpik) manat hissəsi tutularaq İddiaçı QSC yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar