Məhkəmə qərarları › İş №e-2(011)-3002/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3002/2023

26.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3002/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yetkinlik yaşına çatmayan 29 yanvar 2007-ci il təvəllüdlü X2, 25 noyabr 2010-cu il təvəllüdlü X3 və 29 avqust 2015-ci il təvəllüdlü X1 üçün onların yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 220 manat olmaqla cəmi 660 manat sabit pul məbləğinin və ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2005-ci ildən etibarən faktiki nikah münasibətləri mövcud olmuşdur. Həmin vaxtdan etibarən birgə yaşayaraq birgə təsərrüfat aparmışlar. Birgə nikahdan 29 yanvar 2007-ci il təvəllüdlü X5, 25 noyabr 2010-cu il təvəllüdlü X6 və 29 avqust 2015-ci il təvəllüdlü X7 dünyaya gəlmişdir. Artıq tərəflər üç ildən çoxdur ki, ayrı yaşayır. Faktiki ailə münasibətləri dağılmışdır, əlaqələri yoxdur. İddiaçının hər üç övladı hal-hazırkı vaxta qədər onun himayəsindədir, onların maddi və mənəvi ehtiyaclarının təmin edilməsində, təlim-tərbiyə prosesində iddiaçı tək iştirak edir. Cavabdeh öz atalıq vəzifəsini icra etmədiyi üçün artıq atalıq vəzifəsini icra etməsi və uşaqların saxlanılmasına görə ondan qanunla müəyyən edilən alimentin tutulması zərurəti yaranmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-5859/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qətnaməsi ilə 29 yanvar 2007-ci il təvəllüdlü X2, 25 noyabr 2010-cu il təvəllüdlü X3 və 29 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 170 manat, cəmi 510 manat aliment məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli, 2(103)-2602/2021 saylı qətnaməsi əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(011)-5859/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği əsassız olaraq azaldılaraq cəmi 300 manat müəyyən edilmişdir və həmin aliment məbləği uşaqların heç bir tələbatının ödənilməsinə yetmir, hətta uşaqların mənafeyinə birbaşa ziddir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay hər uşağa görə 180 manat, ümumilikdə 540 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul edərək hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 540 manat sabit pul məbləğində alimenti ödəməyə etiraz etmədiyini bildirdi. İşin faktiki halları: İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(011)-5859/2020 saylı qətnaməsi ilə 29 yanvar 2007-ci il təvəllüdlü X2, 25 noyabr 2010-cu il təvəllüdlü X3 və 29 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh 05 oktyabr 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat məbləğində sabit pul şəklində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli, 2(103)-2602/2021 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli, 2(011)-5859/2020 saylı qətnaməsi alimentin məbləği hissəsində dəyişdirilmiş və 29 yanvar 2007-ci il təvəllüdlü X2, 25 noyabr 2010-cu il təvəllüdlü X3 və 29 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 oktyabr 2020-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 100 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1-ci maddəsinin tələbinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 112-ci maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının dəyişdirilməsi məsələsini müzakirə edərkən, qanunla müəyyən edilmiş uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunu, tərəflərin maddi və ailə vəziyyətini, ölkə üzrə dövlət tərəfindən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri (ölkə üzrə minimum əmək haqqı, müavinətlər, təqaüdlərin artımı nəzərə alınmaqla), uşaqların yaş həddini, sağlamlıq vəziyyətini, diqqətəlayiq olan digər halları əsas tutaraq, iddianın təmin edilməsini və cavabdehdən hər ay hər uşağa görə 180 manat, ümumilikdə 540 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli, 2(103)-2602/2021 saylı qətnaməsi əsasında 29 yanvar 2007-ci il təvəllüdlü X2, 25 noyabr 2010-cu il təvəllüdlü X3 və 29 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 180 amant olmaqla, ümumilikdə 540 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, iddiaçı tərəfindən mediasiyaya ödənilmiş 50 manat xidmət haqqı da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 05 mart 2021-ci il tarixli, 2(103)- 2602/2021 saylı qətnaməsi əsasında 29 yanvar 2007-ci il təvəllüdlü X2, 25 noyabr 2010cu il təvəllüdlü X3 və 29 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29 yanvar 2007-ci il təvəllüdlü X2, 25 noyabr 2010-cu il təvəllüdlü X3 və 29 avqust 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa görə 180 manat olmaqla, ümumilikdə 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 50 (əlli) manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar