Məhkəmə qərarları › İş №e-2(011)-3004/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3004/2025

16.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3004/2025 16.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iş üzrə Cavabdeh vurulmuş zərərə görə 8987,17 (səkkiz min doqquz yüz səksən yeddi manat on yeddi qəpik) manat və hazırkı iddianın qaldırılmasına görə ödənilmiş 110 (yüz on manat) manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etdiyini bildirmiş, “İddiaçı” və “Cavabdeh” xx.xx.2025-ci il tarixli barışıq sazişini təsdiq etməklə mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəməyə təqdim edərək təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir. Barışıq sazişindən müəyyən olunur ki, tərəflər razılığa gəlmişlər ki, tərəflər barışıq sazişini aşağıdakı şərtlərlə bağladılar:

1. Bu Sazişə əsasən Tərəflər öz aralarında olan hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

2. Tərəflər kimi çıxış edən “İddiaçı” və “Cavabdeh” hazırda Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında e-2(011)-3004/2025 saylı mülki iş üzrə iddiaçı maddi ziyanın ödənilməsini tələb edir. Cavabdeh isə öz növbəsində iddianı qismən qəbul edərək iddiaçıya dəymiş ziyanın, yəni 5,500 (beş min beş yüz) manatının ödənilməsini qəbul edir.

3. Cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyanın, yəni 5.500 (beş min beş yüz) manatın ödəniləcəyi təqdirdə iddiaçı iddiadan imtina etməsini öhdəsinə götürür.

4. Tərəflərin qarşılıqlı razılığı əsasında cavahdeh tərəfindən maddi ziyan iddiaçının şəxsən özünə nağd şəkildə ödənilməsi qərarlaşdırıldı. İddiaçı da buna etiraz etmədi, (ödəniş qəbzi bu Sazişə əlavə edilir).

5. İddiaçı maddi ziyanı qəbul etdikdən sonra cavabdehə qarşı heç bir şikayət və tələbinin olmadığı, gələcəkdə də hazırki mübahisə ilə bağlı hər hansı şikayət və tələbinin olmadığını, ümumiyyətlə eyni predmet, eyni tələblə bağlı məhkəməyə müraciət etməyəcəyini, AR MPM-nin 261-ci (icraata xitam verilmə əsasları) və 262-ci (icraata xitam verilmə qaydası və nəticələri) maddələrinin tələblərinin ona aydın olduğunu bildirərək bununla bağlı məhkəməyə səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən müvafiq ərizənin verilməsini öhdəsinə götürür.

6. Tərəflər öhdəlik götürür ki, bu barışıq sazişinin 1-4-cü bəndləri üzrə bir-birinə qarşı gələcəkdə heç bır iddia tələbləri irəli sürməyəcəklər.

7. “İddiaçı”- İddiaçı iddiadan bütünlüklə imtina edir.

8. Barışıq sazişinin icrası ilə əlaqədar yarana biləcək mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həll edilir.

9. Azərbaycan Respublikası MPM-nin 191-ci (iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi) maddəsinin tələbləri bizə aydındır. Barışıq sazişini oxuduq, mətni bizim iradəmizə uyğun tərtib edilmişdir, düzdür, ona görə də imzamızla təsdiq edirik.

10. Hər iki tərəf barışıq sazişinin məzmunundan məmnundur.

11. Hazırkı saziş hər tərəfə bir nüsxə verilməklə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik üç nüsxədə, tərtib edilmişdir.

12. Barışıq sazişinin şərtləri tərəflər arasında razılaşdırılandıqdan və ‘Tərəflər” tərəfindən imzalandıqdan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim olunur. Barışıq sazişinin şərtləri “Tərəflər” tərəfindən imzalanmamış heç bir əhəmiyyət daşımır və Sazişin şərtləri 3-cü şəxslərə açıqlana və hər hansı Tərəfin əleyhinə istifadə oluna bilməz.

13. Bu Sazişin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialar istinad edilməsi bu Sazişə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişdə təsbit edilənlər etibarlı olur.

14. Bu Sazişin bəndləri üzrə şərtləşdirilmiş öhdəliklər tam qaydada icra edilməli və heç bir qaydada mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə mülki iş materiallarını tədqiq edib hesab edir ki, tərəflərin tərtib etdikləri barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddiasına dair mülki iş “İddiaçı” və “Cavabdeh” xx.xx.2025-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Bu Sazişə əsasən Tərəflər öz aralarında olan hüquqlar və iddialar barəsində mübahisəni və qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

2. Tərəflər kimi çıxış edən “İddiaçı” və “Cavabdeh” hazırda Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin icraatında e-2(011)-3004/2025 saylı mülki iş üzrə iddiaçı maddi ziyanın ödənilməsini tələb edir. Cavabdeh isə öz növbəsində iddianı qismən qəbul edərək iddiaçıya dəymiş ziyanın, yəni 5,500 (beş min beş yüz) manatının ödənilməsini qəbul edir.

3. Cavabdeh tərəfindən iddiaçıya dəymiş maddi ziyanın, yəni 5.500 (beş min beş yüz) manatın ödəniləcəyi təqdirdə iddiaçı iddiadan imtina etməsini öhdəsinə götürür.

4. Tərəflərin qarşılıqlı razılığı əsasında cavahdeh tərəfindən maddi ziyan iddiaçının şəxsən özünə nağd şəkildə ödənilməsi qərarlaşdırıldı. İddiaçı da buna etiraz etmədi, (ödəniş qəbzi bu Sazişə əlavə edilir).

5. İddiaçı maddi ziyanı qəbul etdikdən sonra cavabdehə qarşı heç bir şikayət və tələbinin olmadığı, gələcəkdə də hazırki mübahisə ilə bağlı hər hansı şikayət və tələbinin olmadığını, ümumiyyətlə eyni predmet, eyni tələblə bağlı məhkəməyə müraciət etməyəcəyini, AR MPM-nin 261-ci (icraata xitam verilmə əsasları) və 262-ci (icraata xitam verilmə qaydası və nəticələri) maddələrinin tələblərinin ona aydın olduğunu bildirərək bununla bağlı məhkəməyə səlahiyyətli nümayəndəsi və vəkili tərəfindən müvafiq ərizənin verilməsini öhdəsinə götürür.

6. Tərəflər öhdəlik götürür ki, bu barışıq sazişinin 1-4-cü bəndləri üzrə bir-birinə qarşı gələcəkdə heç bır iddia tələbləri irəli sürməyəcəklər.

7. “İddiaçı”- İddiaçı iddiadan bütünlüklə imtina edir.

8. Barışıq sazişinin icrası ilə əlaqədar yarana biləcək mübahisələr Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həll edilir.

9. Azərbaycan Respublikası MPM-nin 191-ci (iddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi) maddəsinin tələbləri bizə aydındır. Barışıq sazişini oxuduq, mətni bizim iradəmizə uyğun tərtib edilmişdir, düzdür, ona görə də imzamızla təsdiq edirik.

10. Hər iki tərəf barışıq sazişinin məzmunundan məmnundur.

11. Hazırkı saziş hər tərəfə bir nüsxə verilməklə və bir nüsxənin iş materiallarında saxlanılmaqla eyni hüquqi qüvvəyə malik üç nüsxədə, tərtib edilmişdir.

12. Barışıq sazişinin şərtləri tərəflər arasında razılaşdırılandıqdan və ‘Tərəflər” tərəfindən imzalandıqdan sonra Bakı şəhəri Xətai Rayon Məhkəməsinə təqdim olunur. Barışıq sazişinin şərtləri “Tərəflər” tərəfindən imzalanmamış heç bir əhəmiyyət daşımır və Sazişin şərtləri 3-cü şəxslərə açıqlana və hər hansı Tərəfin əleyhinə istifadə oluna bilməz.

13. Bu Sazişin qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialar istinad edilməsi bu Sazişə əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız bu Sazişdə təsbit edilənlər etibarlı olur.

14. Bu Sazişin bəndləri üzrə şərtləşdirilmiş öhdəliklər tam qaydada icra edilməli və heç bir qaydada mübahisələndirilə bilməz. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar