Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3031/2022 01.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı ASC-si Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, İddiaçı ASC-si ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli, 301804-287112/2 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 19 % dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. Cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafiki pozmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 30 mart 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 9817.89 manat məbləğində əsas borc və 1982.77 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 11800.66 manat məbləğində kredit borcu yaranmışdır. İddiaçı göstərilənləri nəzərə alaraq, Cavabdeh 9817.89 manat məbləğində əsas borc və 1982.77 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 11800.66 manat məbləğində borcun və 125.8 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. Məhkəmə iclası barədə İddiaçı ASC-yə və Cavabdeh lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar, hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-si ilə Cavabdeh arasında bağlanmış 15 mart 2021-ci il tarixli, 301804-287112/2 nömrəli istehlak krediti müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh 36 ay müddətinə illik 19 % dərəcəsi ilə 11000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən məlum olur ki, Cavabdeh 30 mart 2022-ci il tarixə kredit müqaviləsi üzrə 9817.89 manat əsas, 1982.77 manat faiz borcu olmaqla, ümumilikdə 11800.66 manat borcu vardır. İş materiallarında olan İddiaçı ASC-nin cavabdehə ünvanladığı xəbərdarlığa əsasən məlum olur ki, bank tərəfindən 5 gün müddətində borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 25 iyul 2021-ci il tarixli, 9/4374 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 15 mart 2021-ci il tarixli, 301804- 287112/2 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq, 30 mart 2022-ci il tarixə (sual üzrə tarixə) Cavabdeh İddiaçı ASC-yə olan borcu 10859.96 manat məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 9884.42 manat, faiz borcu üzrə 975.54 manat; Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin müddəlarına istinad olunacaq) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. ( maddə 386.1) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.(maddə 739.1) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.(maddə 739.2) Öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra eilməlidir. (maddə 427.3) Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. (maddə 429.1.3) Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür.(maddə 442) Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.(maddə 448.1) Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. (maddə 445.2.1) Özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. (maddə 449.4) Özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. (maddə 449.1) Əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. (maddə 741) Qeyd edilən maddi hüquq normalarına və işdə olan sübutlara əsaslanaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borc məbləğinin tutulması hissəsində əsaslıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, mülki işin materialları ilə təsdiq edilir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmış, iş materiallarında olan ekspert rəyi ilə təsdiq edilir ki, cavabdehlə bağlanmış kredit müqaviləsi üzrə 30 mart 2022-ci il tarixə faiz borcu 975.54 manat olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında vurğulanmışdır ki, kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmin qərarda Plenum şərh vermişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, iddiaçı tərəfindən əsas borcun qalığına 1982.77 manat məbləğində faizin hesablanması borclunun vəziyyətini daha da ağırlaşdırmaqla yanaşı, bərabərlik prinsipinin kobud surətdə pozulmasına gətirib çıxarar. Odur ki, iddiaçının borcludan artıq əlavə faizləri tələb etməsi əsassızdır. Buna görə də iddia həmin hissədə qismən təmin edilməli, xx.xx.2022-ci il tarixinə kimi əsas borca hesablanmış 975.54 manat məbləğində faiz borcu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia Cavabdeh qarşı qismən təmin edilməli, Cavabdeh 9817.89 manat əsas, 975.54 manat faiz borcu olmaqla, cəmi 10793.43 manat borc tutularaq iddiaçıya ödənilməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 15 mart 2021-ci il tarixli, 301804-287112/2 nömrəli kredit müqaviləsi üzrə 9817.89 manat əsas, 975.54 manat faiz borcu olmaqla, cəmi 10793.43 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 125.8 manat dövlət rüsumunun 91 %, yəni 115 manat Cavabdeh tutularaq iddiaçıya ödənilsin, qalan 9 %, yəni 10.80 manat iddiaçıya aid edilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, məhkəmə xərclərinə görə mühasibatlıq ekspertizasının xərci qismində 100 manatın 91%, yəni 91 manat Cavabdeh, 9%, yəni 9 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra tərəflər 1 (bir) ay müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3031/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3031/2022
01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver