Məhkəmə qərarları › İş №e-2(011)-3032/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3032/2025

19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3032/2025 19.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli GTZK5973508B299 saylı kredit müqaviləsinə əsasən 1651,72 AZN əsas; 427,72 AZN faiz; cəmi 2079,44 AZN məbləğində borcun, xx.xx.2023-ci il tarixli, BUMM3175200B299 saylı kartına dair müqaviləyə əsasən 2336,07 AZN əsas; 452,64 AZN faiz; cəmi 2788,71 AZN borcun və ödənilmiş 68.68 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli GTZK5973508B299 saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə illik 29,5 faiz dərəcəsi ilə 2100 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli BUMM3175200B299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 2500 AZN məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçının tələbinin əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış Kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən Maliyyə arayışı, kassa sənədi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanladığımız Bildiriş məktubu və məktubun göndərilməsini sübut edən Poçt reyestridir. Nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli GTZK5973508B299 saylı kredit müqaviləsinə əsasən 1651,72 AZN əsas; 427,72 AZN faiz;cəmi 2079,44 AZN borcu, xx.xx.2023-cü il tarixli BUMM3175200B299 saylı kredit kartına dair müqaviləyə əsasən 2336,07 AZN əsas; 452,64 AZN faiz; cəmi 2788,71 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan iddia tələbi təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış BUMM3175200B299 saylı xx.xx.2023-ci il tarixli Kredit və hesab müqaviləsindən görünür ki, sonuncuya bu müqaviləyə görə əşya krediti təyinatı ilə 36 ay müddətinə illik 27% olmaqla 2500 Azərbaycan manatı kredit xətti limiti ayrılmışdır, müştəri həmin kreditdən “Umico Marketplace” platforması üzərindən mal və xidmətlərin əldə ediməsi üçün istifadə etməyi və yaranmış borcları müqavilə ilə müəyyən edilmiş qaydada banka geri ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-ci il tarixli GTZK5973508B299 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmışdır. Bu müqaviləyə görə Bank kredit alana 35 ay müddətinə illik 29,5 faiz dərəcəsi ilə 2100 manat kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, ona gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 2500 manat məbləğində, BUMM3175200B299 nömrəli müqavilə ilə Birbank kartının verilməsi xahiş edilmişdir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, ona gündəlik tələbat məqsədləri üçün İddiaçı ASC tərəfindən 2100 manat məbləğində, 35 ay müddətinə GTZK5973508B299 nömrəli müqavilə ilə gündəlik tələbat kreditinin verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli kassa məxaric orderindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh gündəlik tələbat məqsədilə 2100 manat kredit verilmiş, sonuncu göstərilən məbləği almışdır. İş materiallarında olan “Kredit sifarişi və akseptsiz silinməyə dair razılıq ərizəsi”dən görünür ki, Cavabdeh verilən kreditin tarixi xx.xx.2024-cü il, kreditin növü gündəlik tələbat, kreditin müddəti 35 ay, faiz dərəcəsi 29,5, rəsmiləşdirilən məbləğ 2100 AZN-dir. İş materiallarında olan xx.xx.2025-cü il tarixli 15/1009 saylı maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-cü il tarixə xx.xx.2024-cü il tarixli GTZK5973508B299 saylı kredit müqaviləsinə əsasən 1651,72 AZN əsas; 427,72 AZN faiz; cəmi 2079,44 AZN məbləğində borcu, xx.xx.2023-ci il tarixli, BUMM3175200B299 saylı kartına dair müqaviləyə əsasən 2336,07 AZN əsas; 452,64 AZN faiz; cəmi 2788,71 AZN borcu vardır. İş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh 15 yanvar 2025-ci il tarixli 4-59-16/MH1744 saylı bildiriş göndərilməklə ondan borcunu ödəməsi tələb edilmiş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İş materiallarında olan xx.xx.2025-cü il tarixli ********** saylı Qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən 68,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə illik 27 faiz dərəcəsi ilə 36 ay müddətinə 2500 manat və xx.xx.2024-cü il tarixdə illik 29,5 faiz olmaqla 35 ay müddətinə 2100 manat kredit verilməsi barədə müqavilələr bağlanmışdır, cavabdeh müqavilələrdə nəzərdə tutulan kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüşdür, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirsə də, cavabdeh kredit müqaviləsi və kredit xətti müqaviləsi ilə şərtləşdirilmiş öhdəliklərini yerinə yetirməmişdir, hazırda cavabdehin iddiaçıya xx.xx.2023-ci il tarixli, BUMM3175200B299 saylı kartına dair müqaviləyə əsasən 2336,07 AZN əsas; 452,64 AZN faiz; cəmi 2788,71 AZN, xx.xx.2024-cü il tarixli GTZK5973508B299 saylı kredit müqaviləsinə əsasən 1651,72 AZN əsas; 427,72 AZN faiz; cəmi 2079,44 AZN borcu qalmışdır, cavabdeh borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə iddiaçı tərəfindən xəbərdar edilmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqavilələri üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası qanununun 3.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 avqust 2020-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, yazılı əqdin bağlanmasında vacib şərtlərdən biri tərəflərin onu imzalamasıdır. İmza iradə bəyan edən şəxsi müəyyənləşdirməyə imkan verən işarədir. Yazılı sənəd tərtib edilərkən orada əks olunan iradənin məhz müvafiq şəxsə aid olması ya qrafik, ya da elektron imza ilə işarələnmiş olur. Məqsəd bəyan olunan iradənin müvafiq şəxsdən gəldiyini təyin etməkdir. Beləliklə, yazılı müqavilələr aşağıdakı qaydada imzalanmaqla bağlana bilər: - tərəflər, onu şəxsən imzalamaqla; - mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzalanmaqla (faksimiledən); - elektron imzadan istifadə etməklə; - şəxsi imzanın başqa analoqundan istifadə etməklə. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən xx.xx.2023-ci il tarixli, BUMM3175200B299 saylı kartına dair müqaviləyə əsasən 2336,07 AZN əsas; 452,64 AZN faiz; cəmi 2788,71 AZN, xx.xx.2024-cü il tarixli GTZK5973508B299 saylı kredit müqaviləsinə əsasən 1651,72 AZN əsas; 427,72 AZN faiz; cəmi 2079,44 AZN alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən və cavabdehin dövlət rüsumunu ödəməkdən azad olunması halları məhkəmə tərəfindən müəyyən olunmadığından, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68,68 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasın Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli, BUMM3175200B299 saylı kredit müqaviləsinə əsasən 2788,71 AZN və xx.xx.2024-cü il tarixli GTZK5973508B299 saylı kredit müqaviləsinə əsasən 2079,44 AZN borc olmaqla ümumilikdə 4868 (dörd min səkkiz yüz altmış səkkiz) manat,15 (on beş) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 68 (altmış səkkiz) manat 68 (altmış səkkiz) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədan, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar