Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3040/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. Bildirir ki, iddiaçı Zeynalova X6 vətəndaşıdır, qızı Azərbaycanda mənzil almışdır. 2023-cü ildə gəlib qızının mənzilinə baxmış, sonra qızının mənzilinə mətbəx mebeli sifariş etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2023-cü ildə Ağ şəhərdə fəaliyyət göstərən sahibkar Cavabdehna məxsus olan Velioğlu mebel mağazasına bacısı X5 ilə yaxınlaşmış və boyaq MDF materialından “mokrıy asfalt” maşın kraskası rəngli, ortası bulud rəngli mətbəx mebeli sifariş etmişdir. Onlara söz verdilər ki, mebelin iç predmetləri, yəni açıb-bağlanan konstruksiyaları “İtaliya” firması məhsulu olacaq və xx.xx.2023-cü il tarixə qədər, yəni bir ay ərzində sifariş etdiyi mətbəx mebelini gətirib mənzilə quraşdıracaqlar. Lakin, üstündən 1-2 ay keçsə də, onlar gətirib mebelini mənzilinə quraşdırmadılar. Xeyli zənglərindən, təkid etdikdən 8-9 ay sonra Velioğlu mebel gətirib mənzilinə mebel quraşdırdı, mebeli quraşdıranda gördü ki, quraşdırılan mebel onun sifariş etdiyi mebel deyil, o, ustalara etirazını bildirmiş, mebeli quraşdırmamağı onlardan tələb etmişdir. Həmçinin firmaya zəng edib nümayəndəsini çağırmışdır, onlar gəlib gördülər ki, həqiqətən mebel onun sifariş etdiyi mebel deyil, onlar dedilər ki, gedib rəhbərliyə məlumat verəcəklər, lakin onlar getdilər bir daha qayıtmadılar. Eyni zamanda o, polisə şikayət etdi ki, Velioğlu mebel onu aldadıb, 9000 manatını alıb, lakin sifariş etdiyi mebelin əvəzinə başqa mətbəx mebeli gətirib quraşdırıblar. Cavabdehin bu kimi qanuna zidd hərəkətləri nəticəsində onun rahatlığı pozulmuşdur, o, yollarda qalmış, hər dəfə Rusiyadan təyyarə ilə bilet alıb Azərbaycana gedib-gəlməli olmuş, ona 9000 manat maddi ziyan vurulub və 6000 manat məbləğində isə mənəvi zərər yetirilib. Həmçinin iddiaçının gördüyü qüsurlu işin nəticəsində və qanuna zidd hərəkətləri nəticəsində ona 1000 manat məbləğində mənəvi zərər yetirilmişdir. Cavabdeh İddiaçı qarşı pul tələbi barədə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin, xx.xx.2025-ci il 2(001)-377/2025 saylı iş üzrə Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçı Cavabdeh İddiaçı Zeinalovaya qarşı pulun ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İddiaçı təşəbüsü ilə işin qeyd edilən halı iş materialları əlavə edilmiş fotoşəkillər və “Hüquqçu“ MMC-nin 0146 saylı qiymətləndirilmə hesabatı öztəsdiqini tapmışdır. Qiymətləndirmə hesabatının tədqiqi hissəsində göstərilmişdir ki,“Tədqiqat obyekti olan mətbəx mebelinə xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən Tac Residence yaşayış binasının 20-ci mərtəbəsində İddiaçı aid mənzilə baxış keçirilmişdir. Qiymətləndirmə prosesində iddiaçının nümayəndəsi (vəkili) Vəkil2, iddiaçıya aid mebel fabrikinin baş mütəxəssisi X1 və cavabdeh Xatın Zeynaloava iştirak etmişlər. Müəyyən edilmişdir ki, İddiaçı aid mənzil studio tiplidir və mətbəx mebeli sözügedən mənzilin studiosunda quraşdırılmışdır. Mətbəx mebelinin qiymətləndirilməsi bu sahə üzrə zəruri texniki və digər bilikləri tələb etdiyində yaranmış zərurətlə əlaqədar qiymətləndirmə prosesinə mütəxəssis qismində X4 (62YRFJC) cəlb edilmişdir. O, qiymətləndirmə obyektinə vizual baxış keçirərək, mətbəx mebelinin quraşdırılması zamanı görülmüş işlər barədə məlumat vermiş, o cümlədən həmin işlərin icrasında yol verilmiş qüsurları təsbit edib göstərməklə onların aradan qaldırılması yollarını izah etmişdir. Həmin izahatlara dair tərəflərin etiraz və əlavələri olmamışdır. X1 göstərilən qüsurları aradan qaldırmağa hazır olsalar da, İddiaçı buna zəruri şərait yaratmaması səbəbindən işlərin icrasının mümkünsüz olduğunu bildirmişdir. Baxış zamanı aparılan müvafiq ölçü işləri nəticəsində mətbəx mebelinin ölçülərinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilmişdir. Bu hissədə tərəflər arasında da hər hansısa mübahisənin olmadığı aydın olmuşdur. Həmçinin müəyyən edilmişdir ki, mətbəx mebelinin karkas (korpusu) DSP, fasadı isə AGT panel materialından yığılmışdır. Mebel ağ və antrasid rənglərdən ibarətdir. Mebelin dəzgahı corian materialındandır. Mebelin petlələri blustom (54 ədəd), siyirmələri GTV (5ədəd), şüşə qapaqlar Aristo firmalarına, kargo mexanizmi isə Çin istehsalı olan KEL firmasına aiddir. Mebeldə istifadə edilən basaclar və mebelin yuxarı hissəsindəki qabaqların qaldırıcı mexanizmləri Çin istehsalıdır. Mətbəx mebelinin dəhlizə doğru olan böyür hissəsində tavanadək füme güzgü quraşdırılmışdır. İddiaçı həmin güzgünü sonradan özünün quraşdırdığını bildirmişdir. Fəxrəddin Novruzov bu faktı etiraf etmiş, o cümlədən bildirmişdir ki, onlar zatən həmin güzgünü quraşdırıracaqdılar, lakin İddiaçı buna imkan vermədiyindən bu işi görə bilməmişlər. Göstərilən hissə üçün nəzərdə tutulan güzgü hal-hazırda da onların fabrikindədir. Qiymətləndirmə obyekti olan mətbəx mebelində aşağıdakı qüsurlar müəyyən edilmişdir: - Basaclar əyri quraşdırılıb, ara məsafələri düzgün deyil. – Fasad qapaqların ölçüləri düzgün təyin edilməmişdir. Bu səbəbdən bəzi qapaqların açılıb bağlanmasında problemlər müşahidə edilir. Həmin problemlər petlələrə müdaxilə etməklə aradan qaldırıla bilmir. - Korpusun ölçüsündə olan nöqsanları aradan qaldırmaq üçün əlavə detal (DSP panel) quraşdırılmışdır. Fəxrəddin Novruzov bildirdi ki, həmin detalı corian önlüklə korpus arasında yaranmış boşluğu qapatmaq üçün əlavə etmişlər. Üst fasadın qapaqlarının qaldırıcı mexanizmləri düzgün işləmir. Üst korpusda və korpusun digər hissələrində lüzumsuz deşiklər açılmışdır. Corian dəzgahın işçiliyində nöqsanlar müşahidə edilir. Dəzgahın səthində çökmə var, əyridir. Dəstəyin profilində son tamamlama işləri aparılmamışdır. Fəxrəddin Novruzov bu işləri aparmağa İddiaçı imkan vermədiyini bildirmişdir. Şüşə qapaqların arxasındakı korpusda olan rəflərin quraşdırılması zamanı simmetriya pozulmuşdur. Qab qurudan paslanmışdır. Həmçinin düzgün quraşdırılmamışdır. Beləliklə, aparılmış tədqiqat nəticəsində qiymətləndirmə obyekti olan mətbəx mebelinin yuxarıda qeyd edilən qüsurla son tamamlama işləri icra edilmədən tam şəkildə quraşdırıldığı müəyyən edilmişdir. Mebel bazarında mətbəx mebelləri əksər hallarda paqon metrə üzrə qiymətləndirilərək təklif edilsə də, hər sifarişə fərdi yanaşılmaqla təklifin verilməsi halları da az müşahidə edilmir. Qiymətlər başlıca olaraq satıcı-podratçıdan (fərdi qaydada fəaliyyət göstərən mütəxəssis olmasından və ya çoxsaylı mütəxəssislər i özündə cəmləşdirən ixtisaslaşmış peşəkar müəssisə olmasından), istifadə edilən materiallardan, materialların keyfiyyətindən, istehsal edildiyi ölkədən (mənşəyindən), markasından, istehsalatda istifadə edilən dəzgahlardan, o cümlədən sifarişin fərdi yanaşma tələb etməsindən və i. asılı olaraq dəyişə bilir. Bununla belə, mebel bazarında mətbəx mebellərinin qiymətləri əsasən tərəflərin sövdələşməsindən asılıdır. Bu səbəbdən qiymətləndirmə obyekti olan mətbəx mebelinin bazar dəyərini konkret rəqəmlə ifadə etmək çətindir. Bununla belə, sifarişçi məhkəmə tərəfindən təqdim edilən sənədlər, tədqiqat zamanı verilən məlumatlar, internet resurslarından, mebel istehsalı ilə fərdi qaydada məşğul olan satıcı-podratçılardan və bu sahədə ixtisaslaşmış müəssisələrdən şifahi qaydada (telefon və sosialşəbəkələr vasitəsilə) əldə edilən məlumatlar əsasında qiymətləndirmə obyekti olan mətbəx mebelinə oxşar (hündürlüyünün çox olduğu nəzərə alınmaqla) mətbəx mebellərinin paqon metrəsinin satıcıdan asılı olaraq hazırda təxminən 500-850 manata təklif olunduğu müəyyən edilmişdir. Bəzi hallarda isə mətbəx mebelləri kv.m əsas götürülməklə 1 kv.m 250-450 manat məbləğində təklif edilir. Corian dəzgahın metrəsinin qiyməti isə 300-450 manat arasında dəyişir. Bu isə o deməkdir ki, baxış keçirilən mebelə bənzər qüsursuz mebelin ərsəyə gətirilməsi üçün satıcıdan asılı olaraq yuvarlaq hesabla təxminən 5500-9000 manat xərc çəkilə bilər. Müəyyən olunmuş qüsurların aradan qaldırılması ilə bağlı aşağıdakılar qeyd edilir: Basaclar sökülərək yenidən quraşdırılmalıdır. Sökülmə nəticəsində korpusda əlavə (lüzumsuz) deşiklərin yaranması istisna edilmir. Fasad qapaqları düzgün ölçülər götürülməklə yenidən hazırlanmalı və quraşdırılmalıdır. Korpusdakı əlavə detal (DSP panel) və corian önlük sökülməli, düzgün ölçülər götürülməklə yenisi ilə əvəzlənməlidir. Zərurət olarsa, həmin hissədəki əsas DSP panel də sökülərək yenilənməlidir (belə ki, həmin hissəyə quraşdırılmış əlavə DSP panelin sökülməsi nəticəsində əsas DSP panel zədələnə bilər; zədələnməsə belə, orada lüzumsuz deşiklərin yaranması istisna edilmir). Üst fasadın qapaqlarının qaldırıcı mexanizmlərini daha keyfiyyətliləri ilə dəyişdirmək lazımdır. Üst korpusda və korpusun digər hissələrində olan lüzumsuz deşiklər sifarişçi ilə razılaşdırılmaqla dekorativ mebel stikerləri yapışdırılmaqla aradan qaldırıla bilər. Sifarişçi ilə razılıq əldə edilmədiyi təqdirdə, korpus hissəvi və ya tamamilə yenilənməlidir. Corian dəzgahın səthində olan çökməni aradan qaldırmaq üçün dəzgahın oturduğu korpusa əlavə dayanlar quraşdırılmalıdır.Mümkündür ki, bu zaman dəzgah sökülərək yenidən quraşdırılsın. Corian dəzgahın künclərində olan izlər cilalama ilə aradan aparılmalıdır. Dəstəyin profilində son tamamlama işləri aparılmalıdır. Şüşə qapaqların arxasındakı korpusda olan rəflərdə simmetriya bərpa edilməlidir. Bu zaman korpusda əlavə (lüzumsuz) deşiklər yaranacaqdır. Həmin deşiklər sifarişçi ilə razılaşdırılmaqla dekorativ mebel stikerlər ilə aradan qaldırıla bilər. Razılıq olmadığı təqdirdə, həmin korpus hissəvi və ya tamamilə yenilənməlidir. Qab qurudanın paslandığı nəzərə alınaraq yenisi ilə əvəzlənməli, o cümlədən düzgün ölçülər əsasında yenidən quraşdırılmalıdır. Bu zaman korpusda əlavə (lüzumsuz) deşiklər yaranacaqdır. Həmin deşiklər sifarişçi ilə razılaşdırılmaqla dekorativ mebel stikerlər ilə aradan qaldırıla bilər. Razılıq olmadığı təqdirdə, həmin korpus hissəvi və ya tamamilə yenilənməlidir. Qeyd edildiyi kimi, qüsurların aradan qaldırılmasının müxtəlif üsulları vardır. Hansı üsuldan istifadə ediləcəyini əvvəlcədən müəyyən etmək mümkün olmadığından bunun üçün tələb olunan vəsait barədə fikir bildirmək də mümkün deyildir.
İddiaçının tələbi:
2. İddiaçı xeyrinə Cavabdeh 3300 (üç min üç üz) manat və dəymiş ziyan 2000 (iki min) manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ərizə ilə müraciət edərək 2000 manat mənəvi ziyan yazmaq əvəzinə 2000 manat ziyan qeyd etdiyini bildirmişdir.
Cavabdehin etirazı:
4. Cavabdeh iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, iddianı qəbul etmir və rədd edilməsini möhtərəm sədrlik edən hakimdən və hörmətli məhkəmədən xahiş edir. Belə ki, iddia ərizəsi tamamilə əsassız və qanunsuzdur. İddiaçının sübut hesab etdiyi söz və subyektiv mülahizələrdən ibarətdir. Bunu məhkəmə iclasında sübut etməyə çalışacaqdır. O fərdi sahibkarlıqla (xırda) məşğuldur. Dövlət büdcəsinə qanunla müəyyən edilmiş vergiləri vaxtlı-vaxtında ödəyir.
Tərəflərin izahatı:
5. xx.xx.2025-ci tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O cavabdehin nümayəndəsinin (vəkili) suallarına cavab olaraq 14150 manat məbləğində tərəflərin razılaşdığını və iddiaçının 9000 manat ödədiyini, mebelin quraşdırıldığını, iddiaçının məhkəmə prosesləri ilə bağlı Azərbaycan Respublikasına gəlibgetdiyini bildirmişdir.
6. xx.xx.2025-ci tarixli məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisə predmeti olan mətbəx mebelinin tərkib hissəsi olan adanın tərkibində mərmər mövcuddur və bu səbəbdən hazırki iş üzrə cavabdeh başqa sahibkar ilə bununla bağlı müqavilə bağlamış və ona pul vəsaiti ödəmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
7. Əcnəbilərin və Vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə bildiriş.
8. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-377/2025 saylı qətnaməyə əsasən iddiaçı Cavabdeh Khatın Zeinalovaya qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir.
9. Fotolar və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikası Mülki Məcəlləsi (AR MM): 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 24.1. Alıcıya lazımi keyfiyyətli olmayan mal satıldıqda, əgər malın qüsurları satıcı tərəfindən qabaqcadan bildirilməyibsə, alıcı öz seçimi ilə tələb edə bilər ki: 624.1.1. keyfiyyətsiz mal lazımi keyfiyyətli malla əvəz edilsin; 624.1.2. alış qiyməti mütənasib surətdə azaldılsın; 624.1.3. malın qüsurları təxirə salınmadan əvəzsiz qaydada aradan qaldırılsın; 624.1.4. malın qüsurlarının aradan qaldırılmasına çəkilmiş xərclərin əvəzi ödənilsin. 624.3. Malın xassələri onun aşkar edilmiş qüsurlarını aradan qaldırmağa imkan vermədikdə (qida məhsulları, məişət kimyası malları və i.a.) alıcı öz seçimi ilə həmin malın lazımi keyfiyyətli malla dəyişdirilməsini və ya alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb edə bilər. 624.4. Bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər. 625.3. Malın alış qiymətinin mütənasib surətdə azaldılması tələbinin irəli sürüldüyü halda malın həmin tələbin irəli sürüldüyü an üçün qiyməti, alıcının tələbi könüllü surətdə yerinə yetirilmədikdə isə məhkəmə tərəfindən qiymətin mütənasib surətdə azaldılmasına dair qərarın çıxarıldığı gün üçün qiyməti hesaba alınır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarı.
13. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il Qərarı.
14. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli Qərarı.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir.
16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” (§13)
17. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. (§13)
18. İddiaçının tələbi İddiaçı xeyrinə Cavabdeh 3300 (üç min üç üz) manat və mənəvi ziyana görə 2000 (iki min) manat məbləğində pul vəsaitinin tutulması tələbidir.
19. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesinin ilk addımı kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
20. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Cavabdeh X3 qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-377/2025 saylı qətnaməyə əsasən iddiaçı Cavabdeh Khatın Zeinalovaya qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi rədd edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)- 377/2025 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, cavabdeh Khatın Zelnalova xx.xx.2023cü il tarixdə vergi ödəyicisi kimi ********** eyniləşdirmə nömrəsi ilə uçota alınmış fərdi sahibkar Cavabdeh (İddiaçıya) aid "Velioğlu Mebel" mağazasından mətbəx mebeli sifariş etmişdir. Tərəflər arasında imzalanmış 4142 nömrəli müqavilədən görünür ki, həmin müqavilədə sifariş edilən mətbəx mebelinin xx.xx.2023-cü il tarixdə təhvil verilməsi nəzərdə tutulmaqla yanaşı, mətbəx mebelinin ölçüləri, istifadə ediləcək materiallar, aksessuarlar və onların markaları haqqında razılıq əldə edilmişdir. Müqavilədən həmçinin aydın olur ki, ümumi dəyəri 14150 manat olaraq müəyyənləşdirilmiş mətbəx mebelinə görə cavabdeh Khatın Zeynalova 9000 manat ödəniş etmiş və onun 5150 manat borcu qalmışdır. İddiaçı Cavabdeh xx.xx.2024-cü il tarixili pretenziya məktubundan görünür ki, aralarında bağlanılmış müqavilə üzrə 5150 manat məbləğində pul vəsaitinin ödənilməsi cavabdeh Khatın Zeynalovadan tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Aparılmış məhkəmə araşdırması zamanı mülki iş üzrə qiymətləndirmə hesabatı təqdim edilmiş və qeyd edilən hesabata əsasən Cavabdeh tərəfindən təhvil verilmiş mətbəx mebelinin dəyəri 5500-9000 manat həcmində dəyərləndirilmişdir.
21. Məhkəmə araşdırması zamanı Bakı Şəhəri Binəqədi Rayon məhkəməsinin qətnaməsi ilə iddiaçının mübahisə predmetinin qiyməti 9000 manat həcmində qiymətləndirilmiş, müki qanunvericiliyin tələbinə uyğun olaraq malın qüsurlu olması qənaətinə gəlinmiş, hazırki iş üzrə cavabdehin həmin qüsurları aradan qaldırması təklifinin mövcud olması müəyyən edilmişdir. Məhkəmə iddiaçının ziyanla bağlı iddiasını əsaslı hesab etmir, belə ki, iddiaçıya təhvil verilmiş mətbəx mebelinin dəyəri iddiaçının ödədiyi məbləğə uyğun hesab edilmiş, iddiaçı 3300 manat zərərin nəyin əsasında vurulması ilə bağlı hər hansı əlavə sübutu məhkəməyə təqdim etməmişdir. Maddi ziyanın olması faktı mülki iş materialları ilə aşkar edilmir.
22. Həmçinin məhkəmə iddiaçının mənəvi ziyan tələbinə münasibətdə qeyd edir ki, cavabdhin təqsirli hərəkətləri nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi sübuta yetirilməmişdir.
23. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir.
Məhkəmə xərcləri:
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. İddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
26. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. İddia rədd edilsin.
2. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin.
3. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova