Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3056/2022 05.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 298 manat əsas, 65 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 505 manat əsas, 117 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 835 manat əsas, 245 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1104 manat əsas, 327 manat dəbbə pulunun, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2514 manat əsas, 777 manat dəbbə pulunun, cəmi 6787 manat pulun və 87,87 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin mübahisəsiz hallarına görə, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Xiaomi Redmi 8” markalı telefonun nisyə alqı-satqısı barədə 20331833 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən əşyanın ümumi dəyəri 675 manat, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ödəniş müddəti 24 ay olmaqla, ilkin ödəniş 15 manat olmaqla, aylıq ödəniş 27,50 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Paltaryuyan LG” markalı məişət avadanlığının satılması barədə 22048862 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əşyanın ümumi dəyəri 898,20 manat, ödəniş cədvəlinə əsasən ödəniş müddəti 18 ay olmaqla, aylıq ödəniş 49,90 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “Paltaryuyan LG” markalı məişət avadanlığının satılması barədə 21273380 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əşyanın ümumi dəyəri 1226,40 manat, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 102,20 manat müəyyən edilmişdir. Əşya cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “İphone Xs” markalı telefon və 2 ədəd aksesuarın satılması barədə 20078875 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əşyaların ümumi dəyəri 3086,4 manat, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə, əsasən ödəniş müddəti 18 ay olmaqla, ilkin ödəniş 273 manat olmaqla, aylıq ödəniş 156,30 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Həmçinin, tərəflər arasında xx.xx.2020-ci il tarixdə “İphone Xs” markalı telefonun və 2 ədəd aksesuarın satılması barədə 21097163 saylı nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən əşyanın ümumi dəyəri 3891,60 manat, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə əsasən ödəniş müddəti 12 ay olmaqla, aylıq ödəniş 324,30 manat müəyyən edilmişdir. Əşyalar cavabdehə xx.xx.2020-ci il tarixdə təhvil verilmişdir. Müqavilələr üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçının verdiyi maliyyə və ödəniş cədvəlinə görə cavabdehin birinci müqavilə üzrə ödədiyi pul məbləği 377 manat, qalıq borcu 298 manat, dəbbə pulu 65 manat, ikinci müqavilə üzrə ödədiyi pul məbləği 393,20 manat, qalıq borcu 505 manat və dəbbə pulu 117 manat, üçüncü müqavilə üzrə ödədiyi pul məbləği 391,40 manat, qalıq borcu 835 manat və dəbbə pulu 245, dördüncü müqavilə üzrə ödədiyi pul məbləği 1982,40 manat, qalıq borcu 1104 və dəbbə pulu 327 və beşinci müqavilə üzrə ödədiyi pul məbləği 1377,60 manat, qalıq borcu 2514 manat və dəbbə pulu 777 manat təşkil edir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış 5 müqavilə üzrə cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə onun birinci müqavilə üzrə “Xiaomi Redmi 8” markalı telefon üçün qalıq borcu 298 manat, dəbbə pulu 65 manat, ikinci müqavilə üzrə “Paltaryuyan LG” markalı məişət avadanlığı üçün qalıq borcu 505 manat və dəbbə pulu 117 manat, üçüncü müqavilə üzrə “Paltaryuyan LG” markalı məişət avadanlığı üçün qalıq borcu 835 manat və dəbbə pulu 245, dördüncü müqavilə üzrə “İphone Xs” markalı telefon və 2 ədəd aksesuar üçün qalıq borcu 1104 və dəbbə pulu 327 manat və beşinci müqavilə üzrə “İphone Xs” markalı telefonun və 2 ədəd aksesuar üçün qalıq borcu 2514 manat və dəbbə pulu 777 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 4521,60 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, iddia ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 576-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. İşin yuxarıda qeyd edilən mübahisəsiz hallarından da görünür ki, tərəflər arasında 5 nisyə alqı-satqı müqaviləsi bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Lakin cavabdeh aldığı malların qiymətini ödəniş cədvəlinə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilə əsasında cavabdeh iddiaçıdan mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə qeyd edir ki, qeyd edilən müddəada göstərildiyi kimi, cərimə borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi, həmçinin borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlı olmasıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq dəbbə pulunun birinci müqavilə üzrə 20 manat, ikinci müqavilə üzrə 40 manat, üçüncü müqavilə üzrə 50 manat, dördüncü müqavilə üzrə 55 manat, beşinci müqavilə üzrə 100 manat olmaqla, cəmi 265 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 87,87 manat məbləğində dövlət rüsumu, habelə mütəxəsis və ekspert xərcələri iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 81%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 298 manat əsas, 20 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 505 manat əsas, 40 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 835 manat əsas, 50 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 1104 manat əsas, 55 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2514 manat əsas, 100 manat dəbbə pulu olmaqla, cəmi 5521 manat borc və 71,17 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 16,70 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №e-2(011)-3056/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3056/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver