Məhkəmə qərarları › İş №e-2(011)-3063/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3063/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3063/2022 19.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” barədə ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun tutulması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 04 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, Sazz modem üçün 57 manat ödənilməmiş hissə, 5 manat cərimə borcu; 18 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********76848 olan X1 A markalı tablet, Gorenje markalı tozsoran, 1More qulaqlıq üçün 177 manat ödənilməmiş hissə, 17 manat cərimə borcu; 18 mart 2020-ci il tarixli müqaviləyə əsasən, Hoffmann LED TV üçün 432 manat ödənilməmiş hissə, 43 manat cərimə borcu; 10 aprel 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********36409 olan Samsung Galaxy A10 markalı telefon üçün 242 manat ödənilməmiş hissə, 24 manat cərimə borcu; 22 iyul 2020-ci il tarixli müqaviləyə əsasən, BT Smart Segway üçün 381 manat ödənilməmiş hissə, 38 manat cərimə borcu; 04 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********96485 olan Xiaomi Redmi 9 markalı telefon üçün 260 manat ödənilməmiş hissə, 26 manat cərimə borcu; 13 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, Mykronoz Zetrack markalı saat üçün 48 manat ödənilməmiş hissə, 4 manat cərimə borcu; 18 avqust 2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********62885 olan Samsung Galaxy A41 markalı telefon üçün 225 manat ödənilməmiş hissə, 22 manat cərimə borcu olmaqla, ümumilikdə 2.001 manat borc və 40.01 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 04 dekabr 2019-cu il, 18 dekabr 2019-cu il, 18 mart 2020-ci il, 10 aprel 2020-ci il, 22 iyul 2020-ci il, 04 avqust 2020-ci il, 13 avqust 2020-ci il və 18 avqust 2020-ci il tarixli alğı-satqı müqavilələrinə əsasən, cavabdeh Sazz modem, X1 A markalı tablet, Gorenje markalı tozsoran, 1More qulaqlıq, Hoffmann LED TV, Samsung Galaxy A10 markalı telefon, BT Smart Segway, Xiaomi Redmi 9 markalı telefon, Mykronoz Zetrack markalı saat, Samsung Galaxy A41 markalı telefon almış və nəticədə cavabdehin 2.001 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.324,60 manat təşkil edir. Cavabdeh qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə iddiaya dair əsaslandırılmış etirazını və ona əlavə edilmiş sənədləri göndərməsi barədə məlumatlandırılmışdır. Cavabdehin əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında alğı-satqı müqavilələri bağlanmış, cavabdeh Sazz modem, X1 A markalı tablet, Gorenje markalı tozsoran, 1More qulaqlıq, Hoffmann LED TV, Samsung Galaxy A10 markalı telefon, BT Smart Segway, Xiaomi Redmi 9 markalı telefon, Mykronoz Zetrack markalı saat, Samsung Galaxy A41 markalı telefon almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən onun 05 aprel 2022-ci il tarixə borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İş materialları ilə müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nisyə alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borclara aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 18 dekabr 2019-cu il tarixli müqavilə üzrə hesablanmış 17 manat cərimə məbləği azaldılaraq 1 manat məbləğində; 18 mart 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 43 manat cərimə məbləği azaldılaraq 4 manat məbləğində; 10 aprel 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 24 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 22 iyul 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 38 manat cərimə məbləği azaldılaraq 3 manat məbləğində; 04 avqust 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 26 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində; 18 avqust 2020-ci il tarixli müqavilə üzrə hesablanmış 22 manat cərimə məbləği azaldılaraq 2 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 04 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 57 manat əsas borc, 5 manat cərimə borcu; 18 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 177 manat əsas borc, 1 manat cərimə borcu; 18 mart 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 432 manat əsas borc, 4 manat cərimə borcu; 10 aprel 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 242 manat əsas borc, 2 manat cərimə borcu; 22 iyul 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 381 manat əsas borc, 3 manat cərimə borcu; 04 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 260 manat əsas borc, 2 manat cərimə borcu; 13 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 48 manat əsas borc, 4 manat cərimə borcu; 18 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 225 manat əsas borc, 2 manat cərimə borcu olmaqla, cəmi 1.845 manat pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iş materiallarından göründüyü kimi iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən 40.01 manat məbləğində dövlət rüsumu ödəmişdir, iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 40.01 manat məbləğində rüsum tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 04 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 57 (əlli yeddi) manat əsas borc, 5 (beş) manat cərimə borcu; 18 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş 177 (bir yüz yetmiş yeddi) manat əsas borc, 1 (bir) manat cərimə borcu; 18 mart 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 432 (dörd yüz otuz iki) manat əsas borc, 4 (dörd) manat cərimə borcu; 10 aprel 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 242 (iki yüz qırx iki) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 22 iyul 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 381 (üç yüz səksən bir) manat əsas borc, 3 (üç) manat cərimə borcu; 04 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 260 (iki yüz altmış) manat əsas borc, 2 (iki) manat cərimə borcu; 13 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 48 (qırx səkkiz) manat əsas borc, 4 (dörd) manat cərimə borcu; 18 avqust 2020-ci il tarixli müqaviləyə əsasən ödənilməmiş 225 (iki yüz iyirmi beş) manat əsas borc, 2 (iki) manat cərimə borcu olmaqla, cəmi 1.845 (bir min səkkiz yüz qırx beş) manat pul vəsaiti və 40.01 (qırx manat bir qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar