Məhkəmə qərarları › İş №e-2(011)-3109/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3109/2025

08.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3109/2025 08.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair ddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 553,64 manat ödənilməmiş hissə, 180,36 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 582 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1314,84 manat ödənilməmiş hissə, 270,16 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 315,11 manat ödənilməmiş hissə, 93,89 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 74,94 manat ödənilməmiş hissə, 21,06 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 397,98 manat ödənilməmiş hissə, 85,02 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 939,81 manat ödənilməmiş hissə, 151,19 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 746,71 manat ödənilməmiş hissə, 165,29 manat dəbbə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3924,9 manat ödənilməmiş hissə, 691,1 manat dəbbə pulu, ümumilikdə 10684 manat borc və 122,06 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı MMC ilə bağlanmış müqavilələrin şərtlərini pozmuş və nəticədə onun İddiaçı MMC-yə qeyd olunan məbləğdə borcu yaranmışdır. İddiaçı MMC məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2022-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən, 18 ay müddətinə hər ay 150,76 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 2713,68 manat təşkil edən “Hoffman” markalı kombi və “Hoffman Siac” markalı kondisionerin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2022-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 98 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 1764,06 manat təşkil edən “Samsung” markalı soyuducunun alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2022-ci il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 24 ay müddətinə hər ay 82,54 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 1980,96 manat təşkil edən mətbəx mebelinin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 26,67 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 480,06 manat təşkil edən “Hoffman” markali aspirator və plitənin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 12 ay müddətinə hər ay 12,5 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 150 manat təşkil edən 128 GB Flash USB və “Magna” markalı paltarqurudanın alqısatqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 26,88 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 483,93 manat təşkil edən “Terra” markalı xalça və Tekstil-süfrənin alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 24 ay müddətinə hər ay 42,72 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 1025,28 manat təşkil edən “Gunes” markalı 6 ədəd stulun alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 46,67 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 840,06 manat təşkil edən “Hoffman” markalı dondurucunun alqı-satqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. xx.xx.2023-cü il tarixli müqavilədən, müqavilənin tərkib hissəsi olan Əlavədən və təhvil-təslim aktından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ilkin ödəniş etmədən 18 ay müddətinə hər ay 256,05 manat hissə-hissə ödəniş etmək şərtilə, ümumilikdə dəyəri 4608,89 manat təşkil edən “İphoneı 14 PRO MAX” markalı telefon və Apple adapterin alqısatqısına dair müqavilə bağlanılmış və alıcı məhsulu tam qüsursuz halda təhvil almışdır. Müqavilələrin 2.6-cı bəndinə əsasən müştəri ödəniş cədvəli üzrə ödənişlərini vaxtında ödəməsə, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 faizi həcmində mübahisəsiz olaraq peniya ödəyir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh öhdəliyini icra etməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 553,64 manat ödənilməmiş əsas, 180,36 cərimə, cəmi 734 manat borcu, xx.xx.2022-ci il tarixli alqı-saqı müqaviləsi üzrə 582 manat əsas, 176 manat cərimə, cəmi 758 manat borcu, xx.xx.2022-c il tarixli alqı-satqı müqaviləsi üzrə 1314,84 manat əsas, 270,16 manat cərimə, cəmi 1585 manat borcu, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 315,11 manat ödənilməmiş əsas, 93,89 cərimə, cəmi 409 manat borcu, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 74,94 manat ödənilməmiş əsas, 21,06 cərimə, cəmi 96 manat borcu, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 397,98 manat ödənilməmiş əsas, 85,02 cərimə, cəmi 483 manat borcu, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 939,81 manat ödənilməmiş əsas, 151,19 cərimə, cəmi 1091 manat borcu, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə cavabdehin 746,71 manat ödənilməmiş əsas, 165,29 cərimə, cəmi 912 manat borcu olmaqla, ümumilikdə 9 müqavilə üzrə 8849,93 manat əsas, 1834,07 manat cərimə borcu və yekunda 10684 manat borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə görə, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601-ci maddəsinə əsasən, əşyanın nisyə alınması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmənin mövqeyi: Məhkəməyə təqdim olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə öz öhdəliklərini icra edərək, müqavilənin predmeti olan məhsulları cavabdehə təhvil vermiş, cavabdeh isə müqavilə üzrə müəyyən olunmuş şərtlər daxilində malları əldə etməsinə, həmin malların dəyərini hissə-hissə ödəməsinə dair öhdəlik götürməsinə baxmayaraq, malların dəyərinin yalnız bir hissəsini ödəmiş, qalan hissəni ödəməkdən yayınmışdır. Məhkəmə hazırda cavabdehin alqı-satqı müqavilələri üzrə 8849,93 manat ödənilməmiş əsas borcunun qaldığını nəzərə alaraq hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, ümumilikdə 9 müqavilə üzrə1834,07 manat cərimə borcu tənasübsüz surətdə yüksək olduğu üçün azaldılmalıdır. Cavabdehdən xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 30 manat, xx.xx.2022-ci-cü il tarixli müqaviləyə əsasən 30 manat, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 50 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 10 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 5 manat, xx.xx.2023-cü il tarixli (02055595 saylı) müqaviləyə əsasən 40 manat, xx.xx.2023-cü il tarixli (02055597 saylı) müqaviləyə əsasən 15 manat, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 20 manat və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 120 manat dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 553,64 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 582 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 1314,84 manat əsas borc, 50 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 315,11 manat əsas borc, 10 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 74,94 manat əsas borc, 5 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 939,81 manat əsas borc, 40 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 397,98 manat əsas borc, 15 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 746,71 manat əsas borc, 20 manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 3924,9 manat əsas borc, 120 manat cərimə borcu olmaqla, ümumilikdə 9 müqavilə üzrə 9169,93 manat və 111,7 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar