Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3119/2023 02.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “nisyə alqı satqı” və zaminlik müqavilələrinin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbindən dəymiş zərərin əvəzi kimi 9.616 (doqquz min altı yüz on altı) manat əsas borc pulun, 2.650 (iki min altı yüz əlli) manat məbləğində cərimə pulunun, 16.500 (on altı min beş yüz) manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 176,30 (yüz yetmiş altı manat otuz qəpik) manat pulun, cəmi 28.942,30 (iyirmi səkkiz min doqquz yüz qırx iki manat otuz qəpik) manat pulun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “nisyə alqı satqı” və zaminlik müqavilələrinin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbindən dəymiş zərərin əvəzi kimi 9.616 (doqquz min altı yüz on altı) manat əsas borc pulun, 2.650 (iki min altı yüz əlli) manat məbləğində cərimə pulunun, 16.500 (on altı min beş yüz) manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 176,30 (yüz yetmiş altı manat otuz qəpik) manat pulun, cəmi 28.942,30 (iyirmi səkkiz min doqquz yüz qırx iki manat otuz qəpik) manat pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixə təyin edilmiş, tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, İddiaçı MMC-nin nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 heç bir səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişlər. Bundan əlavə mülki iş üzrə ilk məhkəmə hazırlıq iclası xx.xx.2023-cü il tarixinə təyin edilmiş, lakin tərəflərdən heç biri həmin tarixli məhkəmə hazırlıq iclasında da iştirak etməmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa; 259.0. məhkəmə aşağıdakı hallarda iddia ərizəsini baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı: 9.1. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. 9.2. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. İşə baxan məhkəmənin mövqeyi: Azərbaycan Respublikası MPM-nin 259-cu maddəsinin tələblərindən də aydın olduğu kimi mülki iş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etmirsə, iddia ərizəsinin baxılmamış saxlanılması mümkündür. Göründüyü kimi mülki iş üzrə tərəflərə məlumat verilsə də, iddiaçı və cavabdeh heç biri məhkəmə iclasında iştirak etməmişlər. Bu isə mülki iş üzrə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Odur ki, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı MMC tərəfindən Hökumət ödəniş portalı vasitəsilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 176,30 (yüz yetmiş altı manat otuz qəpik) dövlət rüsumu da geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 114, 259.0.6, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “nisyə alqı satqı” və zaminlik müqavilələrinin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə avtomobilin geri verilməməsi səbəbindən dəymiş zərərin əvəzi kimi 9.616 (doqquz min altı yüz on altı) manat əsas borc pulun, 2.650 (iki min altı yüz əlli) manat məbləğində cərimə pulunun, 16.500 (on altı min beş yüz) manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 176,30 (yüz yetmiş altı manat otuz qəpik) manat pulun, cəmi 28.942,30 (iyirmi səkkiz min doqquz yüz qırx iki manat otuz qəpik) manat pulun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı MMC tərəfindən Hökumət ödəniş portalı vasitəsilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə xx.xx.2023-cü il tarixdə ödənilmiş ********** qəbz nömrəli 176,30 (yüz yetmiş altı manat otuz qəpik) dövlət rüsumu geri qaytarılsın. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər. Sədrlik edən Samirə Eyvazova
Məhkəmə qərarları › İş №e-2(011)-3119/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3119/2023
02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver