Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3155/2022 12.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, "xxxx" X2 Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: "xxxx" Bank ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1419.84 (bir min dörd yüz on doqquz manat 84 qəpik) manat əsas, borcu 35.65 (otuz beş manat 65 qəpik) manat faiz, cəmi 1455.49 (bir min dörd yüz əlli beş manat 49 qəpik) manat borcun, həmçinin ödənilmiş 34.56 (otuz dörd manat 56 qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 60 (altmış) ay müddətinə nağd şəkildə istifadə оlunmaqla 1419.84 (bir min dörd yüz on doqquz manat) manat məbləğində krеdit vеrilmiş və bununla bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 27.05.2019-cu il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin еtmək məqsədilə 27.05.2019-cu il tarixli saylı Zaminlik Müqavilələrinə əsasən Cavabdeh Bank qarşısında öhdəlikləri tam yеrinə yеtirilənədək ona zamin durmuşlar. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə görə, Bоrcalan Bank qarşısında öz öhdəliklərini tam yеrinə yеtirinədək Zaminlər, Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh 04.04.2022-ci il tarixinə əsas borcu 1419.84 (bir min dörd yüz on doqquz manat 84 qəpik) manat, faiz borcu 35.65 (otuz beş manat 65 qəpik) manat, cəmi 1455.49 (bir min dörd yüz əlli beş manat 49 qəpik) manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdeh Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır. Hаl-hаzırdа cavabdehlərin, krеdit müqaviləsinə əsаsən "xxxx" Аçıq Səhmdаr Cəmiyyətinə оlаn əsаs və оnа hеsаblаnmış fаiz bоrcu 1455.49 (bir min dörd yüz əlli beş manat 49 qəpik) manat təşkil еdir ki, bu bоrcun dа cavabdehlər tərəfindən ödənilməsi təmin еdilməlidir Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Cavabdeh 27 may 2019-cu il tarixdə iddiaçıya ərizə ilə müraciət edərək, bankla bağladığı 14 dekabr 2017-ci il tarixli ******* kreit müqaviləsi üzrə əsas kredit borcunu retruktruzasiya etməklə, onunla 5 il müddətinə nəzərdə tutulmuş yeni güzəştli kredit müqaviləsi bağlanmasını xahiş etmişdir. İş materiallarında olan 27.05.2019-cu il tarixli ******* saylı Krеdit Müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh 5 il müddətinə (1 il güzəşt müddəti olmaqla) illik 1 faizlə 1419,84 manat kredit verilməsi barədə tərəflər arasında müqavilə bağlanmışdır. İş materiallarında olan Ödəniş Cədvəlindən görünür ki, kredit alan Cavabdeha verilən kredit məbləği (valyutası) 1419,84 AZN, faiz dərəcəsi 1, müddət 60 aydır. İş materiallarında olan Kredit hesabından Çıxarışdan görünür ki, Cavabdeh 27.05.2019-cu il tarixdə 1419,84 manat məbləği götürmüşdür, onun hazırda müqavilə üzrə əsas borc qalığı 1419,84 manat, faiz borc qalığı 36,01 manat, ümumilikdə borcu 1455,85 manatdır. İş materiallarında olan Maliyyə arayışından görünür ki, Cavabdeh 27.05.2019-cu il tarixli ******* saylı Krеdit Müqaviləsi üzrə ödənilməli 1419,84 manat əsas, 35,65 manat faiz, ümumilikdə 1455,49 manat borcu vardır. İş materiallarından görünür ki, "xxxx" Bank ASC tərəfindən borclu Cavabdeh 29.03.2022-ci ildə xəbərdarlıq məktubu göndərilməklə ondan kredit müqaviləsinə əsasən 1419,84 manat borcun 5 iş gün müddətində ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 08.04.2022-ci il tarixli, ********* saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən 34,56 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, illik 1 faiz olmaqla 60 ay müddətinə 1419,84 manat məbləğində kredit ayrılması barədə tərəflər arasında 27.05.2019-cu il tarixli ******* saylı Krеdit Müqaviləsi bağlanmış, cavabdeh müqavilədə nəzərdə tutulan 1419,84 manat kredit məbləğini iddiaçıdan qəbul edərək götürmüş, hazırda onun iddiaçıya 1419,84 manat əsas, 35,65 manat faiz, cəmi 1455,49 manat borcu qalmışdır, iddiaçı tərəfindən cavabdehə borcunun olması və həmin borc məbləğinin qaytarılması barədə xəbərdarlıq məktuu göndərilmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehdən 1419,84 manat əsas, 35,65 manat faiz, cəmi 1455,49 manat məbləğində kredit borcu alınaraq "xxxx" Bank ASC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə ödənilmiş 34,56 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 27.05.2019-cu il tarixli ******* saylı Krеdit Müqaviləsi üzrə 1419,84 manat əsas, 35,65 manat faiz, cəmi 1455 (min dörd yüz əlli beş) manat 49 (qırx doqquz) qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 34 (otuz dörd) manat 56 (əlli altı) qəpik alınaraq "xxxx" X2 Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3155/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3155/2022
12.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver