Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3178/2022 02.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı – Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi, müqavilənin predmeti olan avtomobilin geri verilməsi, əks təqdirdə dəymiş zərərin əvəzi kimi 18978,5 manat əsas borc pulun, 3766,4 manat məbləğində cərimə pulunun, 26750 manat məbləğində icarə haqqın və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC xx.xx.2011 ci il tarixli, ********** saylı Nizamnamə əsasında fəaliyyət göstərən və vergi ödəyicisi olan hüquqi şəxsdir. Onun əsas fəaliyyəti avtomobillərin alqı-satqısı ilə məşğul olmaqdır. İddiaçı mülkiyyətində olan “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil üçün Cavabdeh2 ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2000 manat, 36 ay müddətinə, hər ay üzrə 704 manat ödəniş etməklə, 30314,5 manata satılmışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh1 müqavilə üzrə zaminlik edərək xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ödəniş etmədiyi təqdirdə zamin olaraq ödənişləri edəcəyini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən ilkin ödəniş 2000 manat, əlavə xərclər üçün 3000 manat, 9 ay 704 manat ödəniş edərək, cəmi 11336 manat ödəniş etmiş və xx.xx.2020-ci il tarixdən sonra "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Cavabdeh2 xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-yə heç bir ödəniş etməyərək 18978,5 manat məbləğində əsas borcu qalaraq ödənilməmişdir. Qalan borcun ödənilməsi barədə dəfələrlə Cavabdeh2 şifahi xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və "xxxx" MMC-yə heç bir ödəniş etməmişdir. Bu səbəbdən xx.xx.2022-ci il tarixdə borclunun qeydiyyat ünvanına “Pretenziya” məktubu ünvanlanaraq borcun 10 iş günü ərzində ödənilməsi tələb olunmuş, lakin borclu bu tələbə də məhəl qoymamışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin 4.5-ci bəndinə əsasən hər aylıq ödənişi gecikdirildiyi halda, avtomobilin təhvil verildiyi günə qədər gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə haqqı ödənilməlidir . Belə ki, Cavabdeh2 “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 535 gün istifadə edərək təhvil vermədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün 50 manat məbləğində icarə (535x50) haqqı hesablanmaqla 26750 manat məbləğində icarə pulu hesablanmışdır. Bu Müqavilənin 4.6-cı bəndinə əsasən aylıq ödənişin gecikdirildiyi hər gün üçün ödəməli olan ödənişin 1%-i məbləğində cərimə ödənilməlidir və cavabdeh “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilin ödənişini xx.xx.2020-ci il tarixdən iddia verildiyi günədək, 535 gün istifadə edərək ödəniş etmədiyindən, ödənişi gecikdirdiyi hər gün üçün ödəməli olduğu aylıq ödənişin 1%-i məbləğində cərimə hesablanılmaqla 3766,4 manat məbləğində cərimə pulu hesablanmışdır. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı müqaviləsinin 5.1.3-cü bəndinə əsasən Alıcıdan alğı-satqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün gecikdirəcəyi təqdirdə avtomaşını qeyd-şərtsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək satıcının hüququdur. xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı Müqaviləsinin 7.2-ci bəndinə əsasən müqavilə üzrə Alıcının öhdəliklərini yerinə yetirməməsi səbəbindən müqavilə ləğv edildikdə Alıcı Satıcıya qarşı hər hansı bir iddia tələbi ilə dövlət orqanlarına, müvafiq hüquq mühafizə orqanlarına (Polis, Prokurorluq, Məhkəmə və s.) müraciət etmək hüququnu itirir. Həmin müqavilənin 8.1.1ci bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya müqavilənin digər şərtlərini pozduqda avtomaşın onun müvəqqəti sahibliyindən mübahisəsiz geri qaytarılır, bu müddətə qədər ödədiyi heç bir məbləğ geri qaytarılmır. Eyni zamanda müqavilənin 8.1.2-ci bəndinə əsasən Alıcı bu müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədikdə və ya digər səbəblərdən avtomaşını geri alındıqda və ya qaytarıldıqda 5 (beş) gün ərzində borcunu ödəməzsə, satıcı birtərəfli qaydada müqaviləni ləğv edib avtomaşını başqa şəxsə satmaqda haqlıdır. Məhkəmənin xx.xx.2022-ci il tarixli iclasında "xxxx" MMC əsl İddiaçı ilə əvəz edilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, İddiaçı "xxxx" MMC-yə verdiyi AR-İ № 455435 saylı, xx.xx.2016-cı il tarixli etibarnamə əsasında "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, müqavilənin predmeti olan “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçi İddiaçı geri verilməsi, bu mümkün olmadıqda dəymiş zərərin əvəzi olaraq 18978,5 manat əsas borc pulun, 3766,4 manat məbləğində cərimə pulunun, 26750 manat məbləğində icarə haqqının və dövlət rüsumu qismində ödənilmiş 238,49 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh2 tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və işə iştirakı olmadan baxılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Əşyanın nisyə alğı-satqısı haqqında xx.xx.2019-cu il tarixli 2647 saylı müqavilənin surətindən görünür ki, satıcı İddiaçı etibarnaməsi əsasında "xxxx" MMC tərəfindən 2012-ci il buraxılışlı “Hyundai Elantra” minik markalı avtomobil alıcı Cavabdeh2 qiyməti müqavilə ilə 30314,50 manat müəyyən edilməklə satılmışdır. Alıcı avtomobilin dəyərindən ilkin olaraq 5000 manat ödəniş etmişdir. Müqavilənin bitmə tarixi xx.xx.2022-ci il müəyyən edilmişdir. Müqaviləyə əlavə edilmiş təhvil-təslim aktının surətindən görünür ki, “Hyundai Elantra” minik markalı **-KA-*** dövlət nömrə nişanlı avtomobil X1 tərəfindən təhvil alınmışdır. Müqaviləyə əlavə edilmiş kredit ödəniş cədvəlindən görünür ki, hər növbəti ay üzrə avtomobil üçün alıcı tərəfindən ödəniləcək məbləğ 704 manat, sonuncu xx.xx.2022-ci il üçün isə 674,5157 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 müqaviləni imzalamamışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, “Hyundai Elantra” markalı ** KA *** dövlət qeydiyyat nömrəli avtomobil Cavabdeh2 tərəfindən təhvil alınmışdır. Beləliklə məhkəmə araşdırılması zamanı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixdə “Hyundai Elantra” minik markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən alğı-satqı müqaviləsi əsasında Cavabdeh2 kredit yolu ilə satılmış, avtomobilin dəyəri 30314,5 manat müəyyən edilmişdir. Cavabdeh2 avtomobilin dəyərinin 5000 manat hissəsini ödəmiş, qalan 25314,5 manat hissəsindən isə 6336 manat ödəniş edərək, cəmi 18978,5 manat isə ödənilmədən qalmışdır. Göründüyü kimi, hazırkı mülki iş üzrə yaranmış münasibətlər mülki qanunvericiliyin nisyə alğı-satqı müqaviləsinin bağlanması barədə tələblərinə aiddir. Tərəflər arasında bağlanmış 2647 nömrəli əşyanın nisyə alqı-satqısı haqqında xx.xx.2019-cu il tarixli müqavilənin 5.1.3-cü maddəsinə əsasən, satıcının alıcıdan alqısatqı müqaviləsinə əlavə edilmiş əsas ödəniş cədvəlinə müvafiq qaydada avtomaşının pulunu 15 gün müddətə gecidirəcəyi təqdirdə avtomaşını mübahisəsiz geri götürmək, birtərəfli olaraq müqaviləni ləğv edərək, avtomobilin harada olmasına baxmayaraq, evakuator vasitəsi ilə götürülüb öz dayanacağına gətirərkən çəkilən bütün xərcləri alıcıdan tələb etmək və avtomobilin sürülməsinə məhdudiyyət qoyulması üçün avtomobilin dövlət qeydiyyat nişanı nömrələrini istənilən yerdə satıcı tərəfindən açıb götürmək və 5.1.5-ci maddəsinə əsasən, avtomaşını geri alarkən yararsız olduğu və ya baxımsızlıqdan yararsız hala düşdüyü halda avtomaşına vurulmuş zərəri alıcıdan tələb etmək və onun əmlakına yönəldilməsi tələbi irəli sürmək hüquqları vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh bağlanmış müqavilə əsasında mal almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin malın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin malın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Qeyd edilən Məcəllənin 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən xüsusatlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı nisyə alğı-satqı müqaviləsi üzrə cavabdehdən icra edilməmiş öhdəliklərin icra edilməsini tələb etməkdə və ödənilməmiş qalan əsas borcu və müqavilə üzrə ona hesablanmış cəriməni tələb etməkdə haqlıdır. Belə ki, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən, iddiaçının müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğu halda avtomobili ondan geri tələb etmək hüququ olduğundan, “Hyundai Elantra” minik markalı **-KA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalı, avtomobilin geri qaytarılması mümkün olmadıqda isə ödənilməmiş pul öhdəliyi cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göstərilən Məcəllənin 443.5-ci maddəsinə əsasən, borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Eyni Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən əsas borcun tutulması hissəsində təmin edilərək, ödənilməmiş 18978,50 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə pulu əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia tələbində göstərilən cərimə pulunun 3766,40 manat məbləğində deyil, 1500 manat məbləğində müəyyən edilməsini məqsədə müvafiq sayır. Məhkəmə iddianın “26750 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia qeyd edilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Ona görə ki, tərəflər arasında bağlanmış nisyə alğı-satqı müqaviləsində icarə haqqının ödənilməsi barədə razılaşma olmamışdır. Məhkəmə iddianın “xx.xx.2019-cu il tarixli, 2647 saylı müqavilənin ləğv edilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin məcəllənin 421.2.-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə hesab edir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımı qaydada və vaxtında icra etmədiyindən, cavabdeh müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Odur ki, iddia qeyd edilən hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə həmçinin iddianın 238,49 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, borc cavabdehdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 242-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı ("xxxx" MMC-yə verilmiş etibarnamə əsasında) ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 2647 saylı nisyə alğı-satqı müqaviləsinin ləğv edilsin. Cavabdeh2 tərəfindən “Hyundai Elantra” minik markalı, 2012-ci il buraxılışlı, sedan tipli, KMHDH41EBCU540757 şassi nömrəli, qara rəngli, ** KA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı geri qaytarılsın, bu mümkün olmadıqda Cavabdeh2 18978,50 (on səkkiz min doqquz yüz yetmiş səkkiz manat əlli qəpik) manat əsas, 1500 (min beş yüz) manat cərimə borcu və 238,49 (iki yüz otuz səkkiz manat qırx doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli
Məhkəmə qərarları › İş №e-2(011)-3178/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3178/2022
02.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver