Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3179/2022 14.04.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, X1 müqavilə üzrə 1510 manat qalıq borcu və 235,11 manat cərimə borcu olmaqla cəmi 1745,11 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 37,45 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər baxılmanın sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, kreditor İddiaçı MMC-dir, borclu X2r, kreditor tərəflər arasında bağlanmış 04.01.2020-ci il tarixli MGK00040 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, borcludan 1745,11 manat pul tələb edir, ərizəyə İddiaçı MMC ilə iş üzrə tərəf olmayan Cavabdeh arasında bağlanmış 10.01.2020-ci il tarixli MGK00050 saylı nisyə alqı satqı müqaviləsi, təhvil-təslim aktı, habelə Cavabdeh dair sənədlər əlavə edilmişdir. Məhkəmə hesab edir ki, verilmiş tələbi təsdiq edən sənədlər məhkəməyə təqdim olunmadığından ərizə işin əmr icraatı qaydasında baxılaraq məhkəmə əmri çıxarılması üçün yetərli hesab oluna bilməz və buna görə də ərizənin qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.2-ci maddəsinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə əmrinin qəbul edilməsindən imtina edilir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276, 279, 284, 263, 264, 266-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı “X1 müqavilə üzrə 1510 manat qalıq borcu və 235,11 manat cərimə borcu olmaqla cəmi 1745,11 manat borcun, həmçinin ərizə verilməsi üçün ödənilmiş 37,45 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulmasına dair” ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-3179/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3179/2022
14.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver