Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3185/2023 13.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddiaçı Bank "xxxx" ASC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:
1. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2021-ci il tarixli FM-00515-05/21A saylı kredit müqaviləsinə əsasən, bank tərəfindən cavabdehə istehlak məqsədi ilə 48 ay müddətinə illik 18 faiz ödəmək şərtilə 23000 manat məbləğində, aylıq əsasla qaytarılmaq şərti ilə kredit verilmişdir.
2. Cavabdeh2 xx.xx.2021-ci il tarixdə iddiaçı ilə FMZ-00515-05/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur.
3. Cavabdeh1 kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlə arasında olan müqaviləsinə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
İddiaçının tələbi:
4. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli FM-00515-05/21A saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn xx.xx.2023-cü il tarixinə ödənilməmiş 16444.70 manat əsas borc, 1018.77 manat faiz borcu, 537.74 manat dəbbə borcu, ümumilikdə 18001.21 manat məbləğində borcun, məhkəməyə müraciət etmək üçün ödənilmiş 144 AZN dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq Bank "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir.
Cavabdehin şəxsin etirazı:
5. Cavabdeh1 tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, cavabdeh bildirmişdir ki, o xx.xx.2021-ci il tarixdə iddiaçı ilə FM-00515-05/21A saylı kredit müqaviləsi bağlamışdır və tələb edilən borc məbləğini tam şəkildə qəbul edir, iddia tələbinə heç bir etirazı yoxdur.
6. Cavabdeh2 tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, cavabdeh bildirmişdir ki, o xx.xx.2021-ci il tarixdə iddiaçı ilə FMZ-00515-05/21A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh1 kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdeh2 həmçinin ərizəsində qeyd etmişdir ki, Bank "xxxx" ASC tərəfindən tələb edilən borc məbləğini tam şəkildə qəbul edir və iddia tələbinə heç bir etirazı yoxdur.
İşdə iştirak edən şəxslərin izahatları:
7. İddiaçının nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab edir.
8. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında ona 18000 manat borc yazıldığını, ancaq onun 1000 manat ödədiyini, həmçinin borcu qəbul etdiyini bildirmişdir.
9. Məhkəmə iclasında (xx.xx.2023-cü il tarixində) iştirak edən Cavabdeh2 tələb edilən borc məbləğinə etirazı olmadığını qeyd etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
10. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli FM- 00515-05/21A saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 faiz hesablanması şərti ilə 48 ay müddətinə 23000 manat məbləğdə kredit verilmişdir;
11. xx.xx.2021-ci il tarixli FM-00515-05/21A saylı kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh1 48 ay müddətinə hər ay 675.62 manat ödəmək şərti ilə əsas borc üzrə 23000 manat, faiz borcu üzrə 9430.01 manat olmaqla, ümumilikdə 32430.01 manat məbləği ödəməyi öhdəsinə götürmüşdür;
12. Bank "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli FMZ- 00515-05/21A saylı zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 Cavabdeh1 xx.xx.2021-ci il tarixli FM-00515-05/21A saylı kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur;
13. xx.xx.2021-ci il tarixli ərizəyə əsasən, Cavabdeh1 ona 48 ay müdətinə 23000 manat məbləğində kredit ayrılmasını xahiş etmişdir;
14. xx.xx.2023-cü il tarixli xəzinə məxaric orderinə əsasən, Cavabdeh1 23000 manat məbləğində pul verilmişdir;
15. xx.xx.2023-cü il tarixli AZD-F-2023/019 saylı bildiriş və onun göndərilməsinə dair xx.xx.2023-cü il tarixli poçt qəbzinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc hesablanmış faizləri və cərimə məbləğini 2 gün müddətində ödəmələri tələb edilmiş, əks təqdirdə aralarında bağlanmış kredit müqaviləsinin ləğv olunacağı və bankın məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq edilmişdir;
16. xx.xx.2023-cü il tarixli, RİED2023/1123 saylı arayışa əsasən, xx.xx.2023-cü il tarixə Cavabdeh1 banka əsas borc məbləği 16444.70 manat, ümumi faiz borcu 1018.77 manat, dəbbə borcu 537.74 manat, cəmi borc 18001.21 manat təşkil edir.
Tətbiq edilən hüquq:
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada borc müqaviləsi bağlanılmış (MM m.739.1, 739.2), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli (MM m.442) və cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir (MM m. 443.1, 448.1 və 448.2). Həmçinin digər Cavabdeh2 zamin qismində kredit müqaviləsindən irəli gələn öhdəliklərin yerinə yetirilməməsinə görə borc alanla birgə məsuliyyəti öz üzərinə götürməsi müəyyən olunmuşdur.
20. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 öz izahatında ona 18000 manat borc yazıldığını, ancaq onun 1000 manat ödədiyini, həmçinin borcu qəbul etdiyini bildirsə də bunu sübut edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, iddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
22. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16444.70 manat məbləğində əsas kredit borcunun, 1018.77 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 537.74 manat dəbbə borcu olmaqla, cəmi 18001.21 manat pul məbləği Bank "xxxx" ASC -nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. İddia tələbi təmin edilsin.
2. İddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli FM-00515-05/21A saylı kredit müqaviləsi ləğv edilsin.
3. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 16444.70 manat məbləğində əsas kredit borcunun, 1018.77 manat məbləğində faiz borcu, 537.74 manat dəbbə borcu olmaqla, cəmi 18001.21 (on səkkiz min bir manat iyirmi bir qəpik) manat pul vəsaiti tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin.
4. İddiaçı tərəfindən ödənilmiş 144 (yüz qırx dörd) manat dövlət rüsumunun əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin.
5. İddiaçı tərəfindən ödənilmiş 0.40 manat bank xidmət haqqının əvəzi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin.
6. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova