Məhkəmə qərarları › İş №e-2(011)-320/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-320/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-320/2023 31.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nümayəndəsi X4, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X13 Olmayan Kredit Təşkilatı” MMC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı borcun tutulması barədə ilkin iddiasına, Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X13 Olmayan Kredit Təşkilatı” MMC-yə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X13 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı– Cavabdeh "xxxx" BOKT MMC-nin xeyrinə 250000 manat əsas, 43953,47 manat faiz, 34165.80 manat cərimə borcu, 618.12 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 01MK005421 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 aymüddətinə illik 16.7 % faiz dərəcəsi ilə 250 000 AZN məbləğində kredit verilmişdir Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Belə ki, Cavabdeh krediti aldığı gündən bu günədək heç bir ödəniş etməmişdir. Nəticədə cavabdehin "xxxx" BOKT MMC-yə xx.xx.2022-ci il tarixinə 250 000 AZN əsas, 43 953.47 AZN faiz , 34 165.80 AZN cərimə borcu yaranmışdır. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X13 Olmayan Kredit Təşkilatı” MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Cavabdeh ilə “X13 Olmayan Kredit Təşkilatı” MMC arasında xx.xx.2021-cu il tarixli, 01MK005421 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh "xxxx" BOKT MMC-nin xeyrinə 250000 manat əsas, 43953,47 manat faiz, 34165.80 manat cərimə borcu, 618.12 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X13 Olmayan Kredit Təşkilatı” MMC-yə qarşı City Finance” BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 01MK005421 saylı kredit müqaviləsi etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" BOKT MMC ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı iddia qaldıraraq ondan "xxxx" BOKT MMC-nin xeyrinə 250 000 AZN əsas, 43 953,47 AZN faiz, 34 165,80 AZN cərimə borcu və 618.12 AZN məbləğində ödənilmiş dövlət rüsumunun və 0.40 AZN dövlət rüsumunun ödənilməsi ilə bağlı xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlk iddia üzrə iddiaçı "xxxx" BOKT MMC ilk iddia üzrə Cavabdeh ilə xx.xx.2021 -ci il tarixdə bağlanmış 01MK005421 saylı kredit müqaviləsinə istinad edərək bildirmişdir ki, həmin müqavilə çərçivəsində Cavabdeh 24 ay müddətinə illik 16.7% faiz dərəcəsi ilə 250 000 AZN məbləğində kredit verilmişdir. Cavabdeh ilə xx.xx.2021 -ci il tarixində bağlanmış 01MK005421 saylı kredit müqaviləsi aşağıdakılara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsi tərəfindən müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlandığından etibarsız hesab edilməlidir. İlk iddia üzrə Cavabdeh Mover MMC-nin əsas payçısı və direktorudur. 2021 -ci il tarixində X10 QSC-yə daxil olan şirkətlərdən "xxxx" BOKT MMC tərəfindən Cavabdeh adma kredit rəsmiləşdirilməsi ilə bərabər X10 QSC-yə daxil olan Ferrum Kapital MMC tərəfindən də Cavabdeh əsas payçı olduğu Mover MMC üçün ümumilikdə 320 000 AZN kredit rəsmiləşdirmişdir. Mover MMC-nin mühasibatlıq və sənədləşmə işlərini 2018, 2019, 2020 və 2021-ci illərdə Caspian Audit MMC (Reyetrdə adı Kaspian Audit MMC) həyata keçirmişdir. Kaspian Audit MMC X10 QSC-yə daxil olmuşdur. İlk iddia üzrə iddiaçı "xxxx" BOKT MMC də həmçinin X10 QSC-yə daxildir. Yəni Mover MMC-nin mühasibatlıq və maliyyə işlərinin aparılması xidmətini həyata keçirən Kaspian Audit MMC X10 QSC çərçivəsində fəliyyət göstərməklə həm Cavabdeh, həm də onun təsisçi və direktor olduğu Mover MMC-nin X10 QSC-dən kredit ayrılmasının rəsmiləşdirilməsini həyata keçirmişdir. Beləliklə kredit verən təşkilatların eyni qrupa daxil olması və kreditin alınmasını eyni qrupa daxil olan şirkətin rəsmiləşdirilməsi bunu deməyə əsas verir ki, X10 QSC Cavabdeh və onun təsisçisi olduğu Mover MMC-nin adına kredit rəsmiləşdirməklə məqsədli olaraq onu borclandırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh oğunun və təsisçisi olduğu Mover MMC-nin maliyyə və mühasibatlıq işlərinin Kaspian Audit MMC tərəfindən həyata keçirilməsini təsdiq edən müqavilə və digər sənədlər Kaspian Audit MMC-də olduğundan həmin sənədlərin məhkəməyə tərəfimizdən təqdim edilməsi mümkün olmasa da, Kaspian Audit MMC ilə Mover MMC-nin əməkdaşları arasında mühasibatlıq fəaliyyəti ilə əlaqədar qarşılıqlı yazışmalar və Mover MMC tərəfindən mühasibatlıq xidmətlərinin göstərilməsinə görə Kaspian Audit MMC-yə ödənilmiş xidmət haqqı barədə elektron qaimələr iddia ərizəsinə əlavə edilir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh nümayəndəsi X4 məhkəmə iclasında ilkin iddianı müdafiə edərək, ilkin iddianın təmin, qarşılıqlı iddanın rədd edilməsini xahiş etdi. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslı olduğundan qismən təmin, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “X13 Olmayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında xx.xx.2021-cu il tarixli, 01MK005421 saylı kredit müqaviləsinə əsasən bank Cavabdeh 24 ay müddətinə, 16.7% faiz dərəcəsi ilə 250.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan “X13 Olmayan Kredit Təşkilatı” MMC cavabdehə kredit borcunun ödənməsi ilə bağlı xəbərdarlıq məktubları və ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesabdan çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-cu il tarixli, 01MK005421 saylı kredit müqaviləsi üzrə 328.119,27 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2021-cu il tarixli, 01MK005421 saylı kredit müqaviləsi üzrə 250 000 AZN əsas, 43 953.47 AZN faiz , 34 165.80 AZN cərimə borcu vardır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/8935 saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X1 xx.xx.2022-ci il tarixə əsas borc üzrə 250 000 manat, borcu üzrə 43 953.47 manat məbləğində müəyyən olunur. Kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı Borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. İddia ərizəsində Cavabdeh tərəfindən heç bir ödəniş aparılmadığı qeyd edilmişdir. Qeyd edilən ekspertizanın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.2008-ci il tarixdə dövlət qeydiyyatına alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) təsisçisi “X11" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN **********), qanuni təmsilçilik funksiyasına malik direktoru Hacı-X6r. xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən vergi ödəyicisi "xxxx" MMC-nin fəaliyyəti və digər vergi tutulan əməliyyatları dayandırılmış vəziyyətdədir. Məhkəmə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X13 Olmayan Kredit Təşkilatı” MMC Cavabdeh qarşı–Cavabdeh "xxxx" BOKT MMC-nin xeyrinə 250000 manat əsas, 43953,47 manat faiz, 34165.80 manat cərimə borcu, 618.12 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun ödənilməsi tələbinə dair ilkin iddiasına qiymət verərək belə qənaətə gəlir ki, ilkin iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh müqavilə əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini tam həcmdə yerinə yetirməmiş, öhdəliyinin icrasını gecikdirmişdir. Odur ki, iddiaçı əsas borcun və əsas borca hesablanmış faizləri tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissələrdə təmin edilməlidir. Məhkəmə ilkin iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, ilkin iddianın həmin hissəsi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından, tələb edilən cərimə məbləği azaldılaraq 17500 manat məbləğində cərimə Cavabdeh tutularaq "xxxx" BOKT MMC-yə ödənilməlidir. Məhkəmə həmçinin ilkin iddianın 618.12 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat dövlət rüsumunun Cavabdeh alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, ilkin iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddia üzrə iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehdən alınmaqla yanaşı eyni zamanda, cavabdehdən ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu Cavabdeh aid edilməli və buna görə də "xxxx" BOKT MMC tərəfindən ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, ekspertiza xərci ilkin iddia üzrə cavabdehdən tutulmalıdır. Belə ki, ekspert rəyindən göründüyü kimi, ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, işə baxılması ilə əlaqədar məsrəflər də – ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti də ilkin iddia üzrə cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə ilkin iddianın müqavilənin ləğv edilməsinə dair hissəsini araşdıraraq, hesab edir ki, ilkin iddia tələbi göstərilən hissədə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia üzrə cavabdeh tərəflər arasında bağlanılmış kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozduğundan, müqavilənin ləğv edilməsi tələbini ilkin iddia üzrə iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl ilkin iddia üzrə cavabdeh tərəfə təklif etdiyindən və təklifdə göstərilmiş müddətdə cavabdehlərdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də ilkin iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X13 Olmayan Kredit Təşkilatı” MMC-yə qarşı "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 01MK005421 saylı kredit müqaviləsi etibarsız hesab edilməsi ilə bağlı qarşılıqlı iddiasında göstərdiyi dəlillərə qiymət verərək belə qənaətə gəlir ki, həmin dəlillər Cavabdeh ilə "xxxx" BOKT MMC ilə bağlanmış xx.xx.2021-ci il tarixdə bağlanmış 01MK005421 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyil. Belə ki, qarşlıqlı iddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 340.1-cü maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə qarşılıqlı iddia üzrə iddiaçının istinad etdiyi dəlillərə qiymət verərə qeyd edir ki, mülki işin məhkəmə aradırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" BOKT MMC ilə xx.xx.2021-ci il tarixdə 01MK005421 saylı kredit müqaviləsini fiziki şəxs olaraq bağlamış və müqavilədə kreditin şəxsi istehlak məqsədləri üçün verildiyi qeyd edilmişdir. Digər tərəfdən qarşılıqlı iddia üzrə iddiaçının qarşılıqlı iddianı əsaslandırdığı Hacı-X5 “X12" Qapalı Səhmdar Cəmiyyətinin direktoru olması, "xxxx" LLC və “X12" Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlığı ilə bağlı mail yazışması, "xxxx" LLC-nin borc cədvəlində əks olunan məlumatlar, "xxxx" MMC-nin "xxxx" QSC qarşısında olan öhdəlliklərinin “X3”yə verilməsi barədə müqavilədə əks olunan məlumatlar mübahisələndirilən kredit müqaviləsinin etibarsız olmasına dəlalət etmir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 01MK005421 saylı kredit müqaviləsi etibarlılığını şübhə altına alan halların mövcudluğu sübuta yetirilməmişdir. Odur ki, qarşılıqlı iddia əsassız hesab edilərək rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin iddia qismən əsaslıdır. Buna görə də ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin iddia qismən təmin edilsin. "xxxx" BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 01MK005421 saylı kredit müqaviləsi ləğv edilsin 250000 (iki yüz əlli min) manat əsas, 43953,47 (qırx üç min doqquz yüz əlli üç manat, qırx yeddi qəpik) manat faiz, 17.500 (on yeddi min beş yüz) manat cərimə borcu, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 618.12 manat, bank xidmət haqqının əvəzi olaraq 0,40 manat pul vəsaitinin Cavabdeh tutularaq "xxxx" BOKT MMC-yə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh “X13 Olmayan Kredit Təşkilatı” MMC-yə qarşı City Finance” BOKT MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 01MK005421 saylı kredit müqaviləsi etibarsız hesab edilməsi tələbi barədə qarşılıqlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar