Məhkəmə qərarları › İş №e-2(011)-323/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-323/2023

24.02.2023 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-323/2023 24.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi, Ərizəçilərin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 Maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin xəbərsiz itkin düşümüş elan edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 14 sentyabr 1970-ci il təvəllüdlü X6 2014-cü il tarixdən xəbərsiz itkin düşmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdirlər. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi1 xx.xx.1973-cü il tarixdə, Ərizəçi3 xx.xx.1978-ci il tarixdə, təxminən 25 ildirki Azərbaycan Respublikasının ərazisini tərk edən qardaşları xx.xx.1970-ci il təvəllüdlü X12 və xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi2 Bakı şəhərində anadan olmuşlar. Faktiki olaraq valideyinlərinə məxsus olan Bakı şəhəri General Mehmandarov küçəsi 76 nömrəli evin 42 nömrəli mənzilində yaşayırlar. X3 xx.xx.2020-ci ildə Covid-19 virusundan ölmüşdür. Anaları xx.xx.2017-ci ildə ölmüşdür. Qardaşları xx.xx.1970-ci il təvəllüdlü X12 2014-cü il tarixdən artıq 8 ildən çox müddətdir ki, Azərbaycan Respublikasının ərazisini tərk etmişdir. Bu müddət ərzində o, qardaşları olaraq onlarla və ailə üzvləri ilə və s, digər yaxın qohular ilə heç biri ilə əlaqə saxlamamışdır. Onun hal-hazırda hansı ölkədə yaşaması barədə ərizəçilərin heç birinin məlumatı yoxdur. Rusiya Federasiyyasında yaşayan tanışlarla telefon əlaqəsinə girərək onun haqqında məlumatlar almaq istəmişlər , lakin bunun heç bir müsbət nəticəsi olmamışdır. Qardaşları xx.xx.1970-ci il təvəllüdlü X6 itkin düşmüş hesab edilməsi üçün məhkəməyə müraciət etməkdə məqsədləri valideyinlərindən onlara miras qalmış Bakı şəhəri General Mehmandarov küçəsi 76 nömrəli evin 42 nömrəli mənzilin vərəsələr arasında bölünməsində yaşadıqları problem olmuşdur. Belə ki, valideyinlərindən onlara miras qalmış Bakı şəhəri, General Mehmandarov küçəsi, 76 nömrəli evin 42 nömrəli mənzilə dair vərəsəlik şəhadətnaməsi alaraq həmin miras əmlakdan payları müəyyən edilib daşınmaz əmlakın Dövlət reyesterindən çıxarış verilsə də, qardaşları xx.xx.1970-ci il təvəllüdlü X12 vərəsəliyin açılmasında iştirak etmədiyi üçün ona çatacaq pay hissəsi açıq qalmışdır. Bu səbəbdən digər vərəsə olaraq onlara valideyinlərindən miras qalmış və halhazırda mülkiyyət hüququ əldə etdikləri əmlakdan qanunla müəyyən edilmiş qaydada istifadə edə bilmədikləri üçün mülkiyyət hüquqları məhdudlaşdırılır. Onlara valideyinlərindən miras qalmış evin mənzil şəraiti 3 qardaş olaraq şərait baxımından birlikdə yaşmaqları üçün əlverişli deyil və bu səbəbdən qardaşları X12 məhkəmə qətnaməsi ilə itkin düşmüş hesab edilməsi barədə qərar qəbul edildikdə onun miras əmlakında açıq qalmış, ona çatacaq pay hissəsini onun ailəsinə verilməsinə də etiraz etmirlər. Məhkəmə iclasında ərizəçilərin nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə, məhkəmə iclasına çağırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin gələməməsinin səbəbi barədə məlumat olmadığından, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçi tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə təmin edilməməlidir. Mülki işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X14 ilə Kasumova (Nəcəfova) Taliya Baqratdin qızı xx.xx.1970-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşdurlar. Onların xx.xx.1970-ci il təvəllüdlü X15, xx.xx.1973-cü il təvəllüdlü X16, xx.xx.1978-ci il təvəllüdlü X17 və xx.xx.1987-ci il təvəllüdlü X18 adlı övladları anadan olmuşdur. X4 xx.xx.2017-ci il tarixində, X13 isə xx.xx.2020-ci il tarixdə vəfat etmişdirlər. xx.xx.2020-ci il tarixdə vəfat etmiş X5 qalan miras əmlak – ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80,41 kv/m olan mənzilə dair onun vərəsələri Ərizəçi1 (1/4 irs), Ərizəçi2 (1/4 irs), Ərizəçi3 (1/4 irs) və X7 ( ¼ payı açıq saxlanılır) adına Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu X10 tərəfində xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə təsdiq edilmişdir. Həmin şəhadətnamə əsasən Ərizəçi1, Ərizəçi2 Tofiq oğlu, Ərizəçi3 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 80,41 kv/m olan mənzilə dair hər birinin ¼ hissədə mülkiyyət hüququ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, 1\4 hissə açıq saxlanılmışdır. Ərizəçilər qardaşları xx.xx.1970-ci il təvəllüdlü X6 2014-cü il tarixdən, yəni 8 ildən artıq müddətdir ki, Azərbaycan Respublikası hüdudlarını tərk etdiyini, bu müddət ərzində ərizəçilərin digər ailə üzvləri ilə əlaqə saxlamadığını, Rusiya Federasiyasında yaşayan tanışları vasitəsi ilə onu axtardıqlarını, lakin heç bir nəticə əldə etmədiklərini iddia edərək, xx.xx.1970-ci il təvəllüdlü X6 2014-cü il tarixdən itkin düşmüş hesab edilməsini tələb etsələr də, istinad etdikləri hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri xidmətinin xx.xx.2022-ci il tarixli 05/2-10730/13 nömrəli məktubundan məlum olmuşdur ki, X12 xx.xx.1992-ci il tarixində Qasımova (Əhmədova) Validə Qabil qızı ilə nikaha daxil olmuş, həmin nikahdan onların xx.xx.1992-ci il təvəllüdlü Qasımova Fəridə, xx.xx.1993-cü il təvəllüdlü Qasımov Tofiq adlı uşaqları doğulmuşdur. Şəxsin itkin düşməsi barəsində Xətai RPİ-nə heç bir müraciət olmamışdır. ( Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Xətai Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, 101-45-457- 1222 nömrəli məktubu). Eyni zamanda onun xx.xx.2014-cü il tarixdən bu günə qədər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” phş-nin Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X9” X21 xx.xx.2022-ci il tarixli məktubu). Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin məhkəməyə verdiyi məlumata görə X12 xx.xx.2014-cü il tarixində ölkə hüdudlarını tərk etmişdir (Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2022-ci il tarixli, 33/5178 nömrəli məktubu). Azərbaycan Respublikasının xx.xx.2022-ci il tarixli 05/8468-11 nömrəli məktubu və 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin 08.02.203-cü il tarixli 203 nömrəli məktubundan aydın olur ki, X12 ofisə Dnepropetrovsk vilayəti Dnepr şəhər notariat dairəsi xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək anası X2 ölümündən sonra qanuna və/ və ya vəsiyyətnaməyə əsasən ona çatası miras hissəsindən onun həyat yoldaşı xx.xx.1950-ci il təvəllüdlü X8 xeyrinə imtina etmişdir. Həmin ərizədən də müəyyən edilir ki, X1 yaşayış yeri Dnepropetrovsk vilayəti, Dnepr şəhəri, Mikola Mixnovski küçəsi, ev 19, mənzil 59 ünvanında yerləşir. Hazırkı tələbin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 40.1-ci maddəsinə əsasən əgər fiziki şəxsin olduğu yer məlum deyildirsə və iki il ərzində o, yaşayış yerində görünməmişsə, maraqlı şəxslərin ərizəsinə əsasən məhkəmə fiziki şəxsi xəbərsiz itkin düşmüş hesab edə bilər. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən itkin düşmə haqqında son məlumatların alındığı günü müəyyənləşdirmək mümkün olmadıqda, xəbərsiz itkin düşmüş sayılma üçün müddətin hesablanması itkin düşmüş haqqında son məlumatların alındığı aydan sonrakı ayın birinci günündən, həmin ayı müəyyənləşdirmək mümkün olmadıqda isə növbəti ilin yanvar ayının 1-dən başlanır. Normadan da görünur ki, fiziki şəxs iki halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin olduğu yerin məlum olmamaması və iki il ərzində onun yaşayış yerində görünməməsidir. Bu hallar həmin şəxsin xəbərsiz itkin düşmüş sayılmasına əsas verir. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı xx.xx.1970-ci il təvəllüdlü X6 nə Azərbaycan Respublikası, nə də son məlum olan yaşayış yeri Ukrayna Respublikası, Dnepropetrovsk vilayəti, Dnepr şəhəri, Mikola Mixnovski küçəsi, ev 19, mənzil 59 ünvanında son iki il ərzində görünmədiyi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmiş, onun barədə məlumat verə biləcək şəxslərin məlumatları məhkəməyə təqdim edilməmiş, şəxsin Azərbaycan Respublikası və ya Ukrayna Respublikasına axtarışı ilə bağlı hər hansı tədbirlər görülməmişdir. Digər tərəfdən ərizəçilər şəxsin 2014-cü ildən Azərbaycan Respublikasının hüdudlarını tərk etdiyini və ondan hər hansı bir xəbər almadıqlarını bildirsələr də, ərizəçilərin bu dəlilinin həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, X12 2 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək xx.xx.2018-ci il tarixli ərizə ilə müraciət edərək anası X2 ölümündən sonra qanuna və/ və ya vəsiyyətnaməyə əsasən ona çatası miras hissəsindən onun həyat yoldaşı xx.xx.1950-ci il təvəllüdlü X8 xeyrinə imtina etmişdir. Belə olan halda, X6 2014-cü ildən etibarən itkin düşmüş elan edilməsi də mümkün deyildir. Digər tərəfdən, yuxarıda qeyd edilən ərizədə X6 yaşayış yerinin Ukrayna Respublikasında olduğu göstərildiyini halda, ərizəçilərin qardaşları barəsində Rusiya Federasiyasında yaşayan tanışları vasitəsi ilə məlumat almaq istədikləri, lakin bu cəhdlərin hər hansı nəticə vermədiyi ilə bağlı dəlilləri də ağlabatan deyildir. Şəxsin Azərbaycan Respublikası hüdudlarını tərk etməsi və bir daha geri qayıtmaması isə özü-özlüyündə həmin şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi üçün yetərli deyildir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, ərizəçilər tərəfindən məhkəməyə təqdim edilmiş dəlil və sübutlar xx.xx.1970-ci il təvəllüdlü X6 2014-cü ildən xəbərsiz itkin düşmüş elan edilməsi üçün yetərli olmadığına görə Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 14 sentyabr 1970-ci il təvəllüdlü X6 2014-cü il tarixdən xəbərsiz itkin düşümüş elan edilməsi barədə ərizəsi sübuta yetirilmədiyinə görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsassızdır. Buna görə də ərizə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 14 sentyabr 1970-ci il təvəllüdlü X6 2014-cü il tarixdən xəbərsiz itkin düşümüş elan edilməsi barədə ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar