Məhkəmə qərarları › İş №e-2(011)-3238/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-3238/2022

10.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3238/2022 10.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi İddiaçı Şahinlər MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Şahinlər MMC-nin cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Şahinlər MMC cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İMəhkəmə iclasında iddiaçı Şahinlər MMC-nin nümayəndəsi və vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək izahatında göstərmişdir ki, iddiaçı Maraqlı şəxs cavabdeh Şahinlər MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, hal-hazırda mülki iş həmin məhkəmənin icraatındadır. Qeyd olunan iş üzrə iddia tələbləri və tərəflər eyni predmet barəsində olduğundan qeyd olunan mülki işlər bir icraatda birləşdirilməlidir. Ona görə də Şahinlər MMC-nin cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı pul tələbinə dair 2(011)-3238/2022 nömrəli mülki işin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan 2(007)- 107/2022 nömrəli mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin mülki işlərin bir icraatda birləşdirilməsinə dair vəsatətini tədqiq edib, mülki işin sənədlərini nəzərdən keçirib hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.1.-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2.-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi məqsədi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan mülki mübahisə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan mülki mübahisəyə bir icraatda baxılması məqsədəmüvafiq olduğundan vəsatət təmin edilərək mübahisəyə mülki işi ilkin olaraq icraatına qəbul etmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 43, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iddiaçı Şahinlər MMC-nin cavabdehlər Cavabdeh və Maraqlı şəxs qarşı pul tələbinə dair 2(011)-3238/2022 nömrəli mülki iş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olan iddiaçı Maraqlı şəxs cavabdeh Şahinlər MMC-yə qarşı pul tələbinə dair 2(007)-107/2022 nömrəli mülki işlə bir icraatda birləşdirilərək baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar