Məhkəmə qərarları › İş №e-2(011)-3266/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3266/2025

03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3266/2025 03.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE WATCH 6 40 MM markalı qol saatı üçün 963 manat ödənilməmiş hissə, 481.50 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, LENOVO L3 markalı kompüter üçün 658.96 manat ödınilməmiş hissə, 329.48 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MULTİBİŞİRİCİ PHİLİPS üçün 127 manat ödənilməmiş hissə, 63.50 manat cərimə pulu, ümumilikdə, 2623.44 manat borc, 46.24 manat ödənilmiş dövlət rüsumu olmaqla borc pulun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, cavabdeh APPLE WATCH 6 40 MM markalı qol saatı, LENEVO L3 markalı kompüter, MULTİBİŞİRİCİ PHİLİPS almış və nəticədə 2623.44 manat borcu yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 963 (doqquz yüz altmış üç) manat, (yəni 12 ay * 80.25 manat + 0 manat ilkin ödəniş) olan APPLE WATCH 6 40 MM markalı qol saatı üçün ümumilikdə, 1444 (min dörd yüz qırx dörd) manat 50 (əlli) qəpik olmaqla, ondan 963 (doqquz yüz altmış üç) manat ödənilməmiş hissə, güzəşt olunaraq 481 (dörd yüz səksən bir) manat 50 (əlli) qəpik cərimə pulu borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1668 (min altı yüz altmış səkkiz) manat 96 (doxsan altı) qəpik, (yəni 12 ay * 139.08 manat + 0 manat ilkin ödəniş) olan LENEVO L3 markalı kompüter üçün ümumilikdə, 988 (doqquz yüz səksən səkkiz) manat 44 (qırx dörd) qəpik olmaqla, ondan 658 ( altı yüz əlli səkkiz) manat 96 (doxsan altı) qəpik ödənilməmiş hissə, güzəşt olunaraq 329 manat (üç yüz iyirmi doquz) 48 (qırx səkkiz) qəpik cərimə pulu borcu, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 396 (üç yüz doxsan altı) manat (yəni 12 * 139.08 manat + 0 manat ilkin ödəniş) olan MULTİBİŞİRİCİ PHİLİPS üçün ümumilikdə, 190(yüz doxsan) manat 50 (əlli) qəpik olmaqla, ondan 127 (yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 63 (altmış üç) manat 50 (əlli) qəpik olmaqla cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MULTİBİŞİRİCİ PHİLİPS, QİZİL ZƏMANƏT ULTRA 3 İL (SİĞORTA) xidmətindən xx.xx.2023-cü il tarixində imtina etmiş və məhsul 203 manat qiymətləndirilərək borcundan silinmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 66 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 203 manat, ümumilikdə 269 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1010 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 03723216 saylı; xx.xx.2022-ci il tarixli, 04092127 saylı; xx.xx.2022-ci il tarixli, 02053134 saylı müqavilələr bağlanmışdır, müqavilələrə əsasən, "xxxx" MMC özünə məxsus olan APPLE WATCH 6 40 MM markalı qol saatı, LENEVO L3 markalı kompüter, MULTİBİŞİRİCİ PHİLİPS-i müştəriyə vermiş, o isə malları müqavilələrdə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, APPLE WATCH 6 40 MM markalı qol saatı, xx.xx.2022-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, LENEVO L3 markalı kompüter, xx.xx.2022-ci il tarixli bildirişdən və əşyaların təhvil-təlim aktından görünür ki, MULTİBİŞİRİCİ PHİLİPS cavabdeh X2 tam və qüsursuz şəkildə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 963 manat, cərimə pulu borcu 481.50 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 1444.50 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 658.96 manat, cərimə pulu borcu 329.48 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 988.44 manat; xx.xx.2022-ci il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 66 manat, cərimə pulu borcu 63.50 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 190.50 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli dövlət rüsumunun ödənilməsi haqqında mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 46.24 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında APPLE WATCH 6 40 MM qol saatı üçün xx.xx.2022-ci il tarixli; LENEVO L3 markalı kompüter üçün xx.xx.2022-ci il tarixli; MULTİBİŞİRİCİ PHİLİPS üçün xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqavilələrə əsasən satıcı müqavilələr üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu ödənilməmiş məbləğ 1748.96 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, xx.xx.2022-ci il tarixli, 03723216 saylı; xx.xx.2022-ci il tarixli, 04092127 saylı; xx.xx.2022-ci il tarixli, 02053134 saylı müqavilələr üzrə 120 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, APPLE WATCH 6 40 MM markalı qol saatı, LENEVO L3 markalı kompüter, MULTİBİŞİRİCİ PHİLİPS üçün 1748.96 manat ödənilməmiş hissə, 120 manat cərimə, ümumilikdə 1868.96 manat borc cavabdeh X1 alınaraq "xxxx" MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia qismən təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 38.69 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən, 1748.96 manat ödənilməmiş hissə, 120 manat cərimə olmaqla, ümumilikdə 1868 ( min səkkiz yüz altmış səkkiz) manat 96 (doxsan altı) qəpik borc və dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 38 (otuz səkkiz) manat 69 (altmış doqquz) qəpik pul məbləği Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar