Məhkəmə qərarları › İş №e-2(011)-3280/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3280/2023

23.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3280/2023 23.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı iddiaçı “X6 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “borcun tutulması barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı “X6 Azərbaycan” QSC Cavabdeh qarşı “borcun tutulması barədə” kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh əsas məbləğ üzrə borc 222.70 manat (iki yüz iyirmi iki manat yetmiş qəpik), hesablanmış və ödənilməmiş faiz borcu 28.59 manat (iyirmi səkkiz manat əlli doqquz qəpik), cərimə borcu 27.05 manat (iyirmi yeddi manat beş qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 manat (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0.00 manat (sıfır manat), cəmi borc 280.34 manat (iki yüz səksən manat otuz dörd qəpik) məbləğində kredit kartı borcunun və dövlət büdcəsinə köçürülmüş 30 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə «X6 Azərbaycan» QSC və X3 oğlu arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanılmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Bank tərəfindən borcalan X3 oğluna istehlak yönümlü 500.00 manat (beş yüz manat) məbləğində kredit kartı limiti ayrılmışdır. «X6 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, X3 oğlu kredit müqaviləsinin şərtlərini pozaraq kredifin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən «X6 Azərbaycan» QSC-yə olan borcu əsas məbləğ üzrə borc 222.70 manat (iki yüz iyirmi iki manat yetmiş qəpik), hesablanmış və ödənilməmiş faiz borcu 28.59 manat (iyirmi səkkiz manat əlli doqquz qəpik), cərimə borcu 27.05 manat (iyirmi yeddi manat beş qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 manat (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0.00 manat (sıfır manat), cəmi borc 280.34 manat (iki yüz səksən manat otuz dörd qəpik) kredit borcu yaranmışdır. Sənədlərə əsasən X3 oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Vərəsəliyin müəyyən edilməsi ilə bağlı sorğu verilmiş 6 Saylı notariat ofisinin xx.xx.2023-tarixli cavabına əsasən Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh rəsmi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı “X6 Azərbaycan” QSC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir, lakin cavabdeh iddiaya dair etirazını məhkəməyə bildirməmişdir. Odur ki, məhkəmə iddia ərizəsini, işin materiallarını araşdıraraq, hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, “X6 Azərbaycan” QSC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2015-ci ildə «X6 Azərbaycan» QSC ilə X3 oğlu arasında “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilə bağlanılmışdır. Həmin Müqavilənin 4.2-ci maddəsinə görə Bank Kart sahibinin müraciət ərizəsində təqdim edilən və ya özünün aparacağı təhlil əsasında əldə etdiyi məlumatlar əsasında kredit kart verməyi uyğun gördüyü təqdirdə Kart sahibinə Kart hesabı təhvil verir. Kart sahibi kart hesabı istifadəsindən yaranmış və yarana biləcək bütün borlcara görə məsuliyyət daşıyır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, “X6 Azərbaycan” QSC ilə X3 oğlu arasında bağlanılmış xx.xx.2015-ci il tarixli “Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında” qarışıq müqavilənin şərtlərinə görə bank tərəfindən ona 500 manat məbləğində kredit kartı limiti ayrılmışdır. X3 oğlunun borcu aşağıdakılardan ibarətdir: əsas məbləğ üzrə borc 222.70 manat (iki yüz iyirmi iki manat yetmiş qəpik), hesablanmış və ödənilməmiş faiz borcu 28.59 manat (iyirmi səkkiz manat əlli doqquz qəpik), cərimə borcu 27.05 manat (iyirmi yeddi manat beş qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 manat (iki manat), bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri 0.00 manat (sıfır manat), cəmi borc 280.34 manat (iki yüz səksən manat otuz dörd qəpik). İş materiallarında olan 797/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisinin məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vəfat etmiş X3 oğlundan miras qalmış əmlaka dair 6 saylı Bakı Asan Xidmət Mərkəzində notariat ofisində vərəsəlik işi başlanılmış, vərəsələrin dairəsi müəyyənləşdirilərək miras əmlakın miras qoyanın atası X3 oğlu, arvadi Cavabdeh, oğlu X1 və qızı X2 tərəfindən qəbul edildiyi müəyyən olunmuşdur. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti üzrə əsas borcu, ona hesablanmış faizləri, cəriməni və müqavilə üzrə digər xərclərin tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Həmin Qərarda qeyd edilmişdir ki, vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, X3 oğlu kredit müqaviləsi üzrə ödənişlər etmək vəzifəsini icra etməmişdir. Odur ki, iddiaçı əsas borcun və ona hesablanmış faizlərin X3 oğlunun vərəsəsi Cavabdeh ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü, cavabdehdən kredit borcuna görə 222.70 manat (iki yüz iyirmi iki manat yetmiş qəpik), hesablanmış və ödənilməmiş faiz borcu 28.59 manat (iyirmi səkkiz manat əlli doqquz qəpik), cərimə borcu 27.05 manat (iyirmi yeddi manat beş qəpik), müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc 2.00 manat (iki manat), cəmi borc 280.34 manat (iki yüz səksən manat otuz dörd qəpik) məbləğində borcunun tutulması barədə tələb əsaslıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. 222.70 manat (iki yüz iyirmi iki manat yetmiş qəpik) əsas borc, 28.59 manat (iyirmi səkkiz manat əlli doqquz qəpik) faiz borcu, 27.05 (iyirmi yeddi manat beş qəpik) manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 2.00 (iki) manat, cəmi 280.34 (iki yüz səksən manat otuz dörd qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “X6 Azərbaycan” QSC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar