Məhkəmə qərarları › İş №e-2(011)-3280/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3280/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3280/2025 23.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İş üzrə Cavabdeh İddiaçı MMC ilə müddəti 18 ay olmaqla 03 mart 2020-ci il tarixli EHK5834133-M saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1240 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 944 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 10761 (on min yeddi yüz altmış bir) manat cərimə borcu yaranmışdır (944 manat x 1140 gün x 1%=10761 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində tələb edir.

2. Bundan başqa iş üzrə Cavabdehİddiaçı MMC ilə müddəti 10 ay olmaqla 03 mart 2020-ci il tarixli EHK5834135 saylı tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1204 manat olan məişət avadanlığı əldə edib. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 868 manat əsas borcu qalıb. Qeyd edilən borc müqaviləsinə əsasən cavabdeh müqavilə müddəti bitdikdən sonra iddiaçıya qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün üçün 1% miqdarında cərimə ödəməyi öhdəsinə götürüb. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 11978 (on bir min doqquz yüz yetmiş səkkiz) manat cərimə borcu yaranmışdır (868 manat x 1380 gün x 1%=11978 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 200 (iki yüz) manat məbləğində tələb edir.

3. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 03 mart 2020-ci il tarixli EHK5834133-M saylı borc müqaviləsinə əsasən 944 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu, 03 mart 2020-ci il tarixli EHK5834135saylı borc müqaviləsinə əsasən 868 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu və 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2255 manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir.

İddiaçının tələbi:

4. xx xxxx 1976-cı il təvəllüdlü CavabdehYasər qızından 03 mart 2020-ci il tarixli EHK5834133-M saylı borc müqaviləsinə əsasən 944 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu, 03 mart 2020-ci il tarixli EHK5834135 saylı borc müqaviləsinə əsasən 868 manat əsas borc, müqavilə üzrə hesablanmış 200 manat cərimə borcu və 43 manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi 2255 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin etirazı:

5. Cavabdeh tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İş materiallarına əlavə edilmiş sənədlər:

6. xx.xx.2019-cu il tarixli, EHK5834133 №-li borc müqaviləsinə əsasən, borcun əsas məbləği 1204 manat, ilkin ödənilən məbləğ 16 olmaqla, qalıq əsas borc məbləği 1188 manat təşkil edir.

7. xx.xx.2019-cu il tarixli, EHK5834135 №-li borc müqaviləsinə əsasən, borcun əsas məbləği 1240 manat, ilkin ödənilən məbləğ 0 olmaqla, qalıq əsas borc məbləği 1240 manat təşkil edir.

8. xx.xx.2019-cu il tarixli, EHK5834133 №-li qaimə.

9. xx.xx.2019-cu il tarixli, EHK5834135 №-li qaimə

10. xx.xx.2023-cü il tarixli, 2947 №-li maliyyə arayışına əsasən, xx.xx.2019-cu il tarixli, EHK5834133 №-li borc müqaviləsi üzrə qalıq borc 944 manat, xx.xx.2019-cu il tarixli, EHK5834135 №-li borc müqaviləsi üzrə qalıq borc 868 manat məbləğindədir.

11. xx.xx.2025-ci il tarixli pretenziya məktubuna (xx.xx.2025-ci il tarixli poçt qəbzi) əsasən, Cavabdeh xx.xx.2019-cu il tarixli, EHK5834133 №-li borc müqaviləsi üzrə 944 manat qalıq borcu, xx.xx.2019-cu il tarixli, EHK5834135 №-li borc müqaviləsi üzrə 868 manat qalıq borcu vardır. Borcun 3 gün müddətində icra etməyi tələb edilmiş, əks halda həmin məbləğin və əlavə olaraq ödənilmiş məhkəmə xərclərinin məcburi qaydada tutulması üçün məhkəməyə müdaciət ediləcəyi bildirilmişdir.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.

15. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilələr əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)

16. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin qismən əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə qeyd ki, iddiaçı iddia ərizəsində hər müqavilə üçün ayrılıqda 200 manat borclarının cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. Məhkəmə cərimə məbləğlərinin əsas borca mütənasib olmadığı qənaətinə gələrək, cərimə məbləğlərinin əsas borclara mütənasib olaraq azaldılaraq 94,40 manat və 86,80 manat məbləğində müəyyən olunmasını məqsədəmüvafiq hesab edir.

18. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 03 mart 2020-ci il tarixli, EHK5834133 müqavilə üzrə 944 manat əsas borc, 94,40 manat cərimə borcu, 03 mart 2020-ci il tarixli, EHK5834135 müqavilə üzrə 868 manat əsas borc, 86,80 manat cərimə borcu olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 1993,20 manat pul məbləği İddiaçı MMCnin xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

20. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq azaldılaraq 39,93 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

21. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

1. İddia qismən təmin edilsin.

2. Cavabdeh 03 mart 2020-ci il tarixli, EHK5834133 müqavilə üzrə 944 manat əsas borc, 94,40 manat cərimə borcu, 03 mart 2020-ci il tarixli, EHK5834135 müqavilə üzrə 868 manat əsas borc, 86,80 manat cərimə borcu olmaqla, ümumilikdə 1993,20 (min doqquz yüz doxsan üç manat iyirmi qəpik) manat borc məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin.

3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,93 (otuz doqquz manat doxsan üç qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.

4. İddia qalan hissədə təmin edilməsin.

5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar