Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3297/2025 11.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynova Nuranə Rafiq qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir və Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(006)-1553/2025 saylı qərardadına əsasən mülki iş məhkəmənin icraatına qəbul edilmişdir.
2. xx.xx.2025-ci il tarixidə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti vəsatətlə məhkəməyə müraciət edərək mülki işin Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan 2(006)-1553/2025 saylı mülki işə birləşdirilməsini xahiş etmişdir.
3.Tətbiq edilən hüquq: 43.1. Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. 43.2. bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. 169.3. hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır.
Məhkəmənin mövqeyi:
4. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında olan iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbi barədə 2(006)-1553/2025 saylı mülki işə birləşdirilməlidir.
5. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə həmin iddia ərizəsi hakim Samirə Eyvazovanın icraatına qəbul edilmişdir. İddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Qeyd edilən iddia ərizəsi isə məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə hakim Ramin Xəlilovun icraatına götürülmüşdür.
6. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 43-cü maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir.
7. Məhkəmə hesab edir ki, hakim Ramin Xəlilovun icraatında olan 2(006)-1553/2025 saylı mülki iş üzrə iddia tələbi 2(011)-3297/2025 saylı iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan, həmçinin gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün və səmərəli həyata keçirilməsi üçün hazırki 2(011)-3297/2025 saylı mülki iş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilovun icraatında 2(006)-1553/2025 saylı işə birləşdirilməlidir.
8. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏRARA ALDİ:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair 2(011)-3297/2025 nömrəli mülki iş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair 2(006)-1553/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin.
2. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən Samirə Eyvazova