Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-330/2023 06.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi barədə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh1 xx.xx.2015-ci il tarixli, 039 saylı kredit müqaviləsi üzrə 5.284,00 ABŞ dolları əsas borc, 3.443,96 ABŞ dolları faiz borc, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 704,45 ABŞ dolları, cəmi 9.432,41 USD (doqquz min dörd yüz otuz iki ABŞ dolları, 41 sent) ABŞ dolları, Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 038 saylı kredit müqaviləsi üzrə 3.418,13 ABŞ dollarıəsas, 2.459,86 ABŞ dolları faiz, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 453,55 ABŞ dolları məbəğində faiz (5%) borcu, cəmi 6.331,54 USD (altı min üç yüz otuz bir ABŞ dolları, 54 sent) ABŞ dolları və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 128,80 (bir yüz iyirmi səkkiz manat 80 qəpik) manat dövlət rüsumunun müştərək qaydadada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi, tutmanın ipoteka predmeti “Mersedes Benz E220 CDİ” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh2 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə yazılı ərizə təqdim edərək və ərizəsinə uyğun izahat verərək, mülki iş üzrə zaminlər Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbindən imtina etdiyini bildirərərk onlar barəsində icraata xitam verilməsini məhkəmədən xahiş etmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(011)-330/2023 saylı Qərardadı ilə iş üzrə icraata cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qarşı hissədə xitam verilmişdir. Həmçinin məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə bildirdi ki, hazırki iş üzrə iddiaçı ilə Cavabdeh2 arasında razılıq əldə olunmuş və barışıq sazişi hazırlanmışdır, bu səbəbdən həmin barışıq sazişinin təsdiq olunmasını, mülki iş üzrə icraata xitam verilməsini xahiş edir, icraata xitam verilməsinin nəticələri ona aydındır. Məhkəmə iclasında Cavabdeh2 qarşı tərəf ilə razılığa gələrək, barışıq sazişi bağladıqlarını, bunun nəticəsi barədə məlumatlı olduğunu bildirdi, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsini və cavabdehin izahatlarını dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixində ”Barışıq sazişi” bağlanmışdır, saziş hər iki şəxs, bir tərəfdən İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru X1, digər tərəfdən Cavabdeh2 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, hazırki mülki iş üzrə iddiaçı və Cavabdeh2 arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iş materiallarında olan xx.xx.2022-ci il tarixli ********* saylı Qəbzdən görünür ki, İddiaçı ASC (ləğv prosesindədir) tərəfindən 171 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, mülki iş üzrə icraata xitam verildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 171 manat dövlət rüsumu da geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191 və 261-264-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixində bağlanmış aşağıdakı məzmunlu “Barışıq sazişi” təsdiq edilsin: 2.1.xx.xx.2015-ci il tarixli, 039 saylı kredit müqaviləsi üzrə 5.284 (beş min iki yüz səksən dörd) ABŞ dolları əsas borcun, 3.443,96 (üç min dörd yüz qırx üç ABŞ dolları, 96 sent) ABŞ dolları faiz borcun, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 704,45 (yeddi yüz dörd ABŞ dolları, 45 sent) ABŞ dolları faiz borcun, cəmi 9.432,41 USD (doqquz min dörd yüz otuz iki ABŞ dolları, 41 sent) ABŞ dolları məbləğində borcun və xx.xx.2015-ci il tarixli, 038 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.418,13 (üç min dörd yüz on səkkiz ABŞ dolları, 13 sent) ABŞ dolları əsas borcun, 2.459,86 (iki min dörd yüz əlli doqquz ABŞ dolları, 86 sent) ABŞ dolları faiz borcun, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 453,55 (dörd yüz əli üç ABŞ dolları, 55 sent) ABŞ dolları məbləğində faiz (5%) borcun, cəmi 6.331,54 USD (altı min üç yüz otuz bir ABŞ dolları, 54 sent) ABŞ dolları məbləğində borcun olmasını iddiaçı və cavabdeh təsdiq edirlər. 2.2.İddiaçı cavabdehin olan ünvanlandığı ərizəsini nəzərə alaraq güzəşt olaraq xx.xx.2015-ci il tarixli, 039 saylı kredit müqaviləsi üzrə 5.284 (beş min iki yüz səksən dörd) ABŞ dolları əsas borcun, 797.87 (yeddi yüz doxsan yeddi ABŞ dolları, 87 sent) ABŞ dolları faiz borcun və xx.xx.2015-ci il tarixli, 038 nömrəli kredit müqaviləsi üzrə yaranmış 3.418,13 (üç min dörd yüz on səkkiz ABŞ dolları, 13 sent) ABŞ dolları əsas borcun, 500 (beş yüz) ABŞ dolları faiz borcun, cəmi 10.000 (on min) ABŞ dolları məbləğində borcun Mərkəzi Bankın müəyyən etdiyi 1.70 manat məzənnə ilə konvertasiya olunaraq, 17.000 (on yeddi min) manat məbləğində borcun müəyyən edilməsini və həmin məbləği cavabdeh tərəfindən 12 (on iki) ay müddətinə rüblük ödənişlə, hər rüb 4.250 (dörd min iki yüz əlli) manat ödənilməsinə möhlət verilməsini təsdiq edirlər. 2.3.Tərəflər razılaşırlar ki, xx.xx.2015-ci il tarixli, 039 saylı kredit müqaviləsi üzrə 2.646,09 (iki min altı yüz qırx altı ABŞ dolları, 09 sent) ABŞ dolları faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 704,45 (yeddi yüz dörd ABŞ dolları, 45 sent) ABŞ dolları faiz borcu, cəmi 3.350,54 USD (üç min üç yüz əlli ABŞ dolları, 54 sent) ABŞ dolları məbləğində borc və xx.xx.2015-ci il tarixli, 038 nömrəli kredit müqaviləsi üzrə yaranmış 1.959,86 (bir min doqquz yüz əlli doqquz ABŞ dolları, 86 sent) ABŞ dolları faiz borcun, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 453,55 (dörd yüz əli üç ABŞ dolları, 55 sent) ABŞ dolları məbləğində faiz (5%) borcun, cəmi 2.413,41 USD (iki min dörd yüz on üç ABŞ dolları, 41 sent) ABŞ dolları məbləğində borc iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən cavabdehə tam şəkildə güzəşt edilir. 2.4.Hər rüb ödəniləcək məbləğ cavabdeh tərəfindən 1 dəfə lazımınca icra edilməməsi Sazişin bu 2.2.-ci bəndinin şərtlərinin pozulması və güzəştin ləğv edilməsi kimi qiymətləndirilir. Cavabdeh ona verilən güzəşt şərtlərini pozduğu halda 10.000 (on min) ABŞ dolları məbləğində borcun Mərkəzi Bankın müəyyən etdiyi 1.70 manat məzənnə ilə konvertasiyası ləğv edilir. Bundan başqa iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli, 039 saylı kredit müqaviləsi üzrə silinən 2.646,09 (iki min altı yüz qırx altı ABŞ dolları, 09 sent) ABŞ dolları faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 704,45 (yeddi yüz dörd ABŞ dolları, 45 sent) ABŞ dolları faiz borcu, cəmi 3.350,54 USD (üç min üç yüz əlli ABŞ dolları, 54 sent) ABŞ dolları borc və xx.xx.2015-ci il tarixli, 038 nömrəli kredit müqaviləsi üzrə silinən 1.959,86 (bir min doqquz yüz əlli doqquz ABŞ dolları, 86 sent) ABŞ dolları faiz borcu, kredit üzrə müddət bitəndən sonra Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına əsasən hesablanan 453,55 (dörd yüz əlli üç ABŞ dolları, 55 sent) ABŞ dolları məbləğində faiz (5%) borcu, cəmi 2.413,41 USD (iki min dörd yüz on üç ABŞ dolları, 41 sent) ABŞ dolları borc güzəşt edilməsi ləğv edilir. 2.5.Cavabdeh təsdiq edir ki, bu Sazişin 2.4-cü bəndində göstərilən şərtlər pozulduqda və icra edilmədikdə o bu sazişin 1-ci maddəsində qeyd olunan borc məbləğlərini iddiaçıya tam şəkildə ödənilməsinə, tutmanın kredit müqavilələri üzrə öhdəliklərin təminatı olan “Mersedes Benz E220 CDİ” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin yönəldilməsinə və açıq hərracdan satılmasına, əldə olunan pul məbləğinin ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsinə etiraz etmir. 2.6.Tərəflər razılaşırlar ki, 17.000 (on yeddi min) manat məbləğindəki öhdəlik cavabdeh tərəfindən tam və vaxtında icra edilərək ödənildikdən sonra ipoteka predmeti olan “Mersedes Benz E220 CDİ” markalı, **-TM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehin müraciəti əsasında ipoteka yüklülüyündən azad olunur. 3.1.Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2.Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.2-ci bəndi ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3.Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5.Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6.Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7.Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: - bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; - bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; - mediasiya və ya hazırkı Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; - qarşı tərəfin yazılı icazəsi ilə; - yaxın qohumlara; - Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8.Bu Sazişin məzmununun Sazişin 3.7.1. və 3.7.5. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. 4.1.Tərəflər bu Saziş üzrə öhdəliklərin pozulması və ya lazımi qaydada icra edilməməsinə görə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq məsuliyyət daşıyırlar. 4.2.Bu Sazişin hər hansı müddəasının, o cümlədən də yeni normativ-hüquqi aktların qəbul edilməsi ilə bağlı etibarsızlığı həmin Sazişin digər müddəalarının və bütövlükdə müqavilənin etibarsızlığına səbəb olmur. 4.3.Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik olan 4 (dörd) nüsxədə tərtib olunur və imzalandığı gündən qüvvəyə minir. Tərəflər Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262-ci maddəsinin nəticələri barədə xəbərdar olunurlar. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi” barədə tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı ləğv prosesində olan İddiaçı ASC tərəfindən ödənilmiş 171 (yüz yetmiş bir) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-330/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-330/2023
06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver