Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3325/2023 06.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin halları:
1. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh “Samsung” markalı mobil telefon və smart saata görə 18 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, 719.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2022-ci il tarixində 40 manat ödəniş etmiş, qalan 479.90 manat məbləğində borcu qaytarmamışdır. Müqavilə üzrə gecikdirdiyi günlərə görə cərimə borcu 1439 manat təşkil etsə də, bu məbləğin 90%-i güzəşt edilərək, sadəcə 10% hissəsi – 143.90 manat tələb edilir. Hazırda xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə cavabdehin 479.90 manat məbləğində əsas, 143.90 manat məbləğində cərimə olmaqla, ümumilikdə 623.80 manat məbləğində borcu mövcuddur.
2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh “Apple” markalı smart saata görə 18 ay ödəniş cədvəli üzrə hər ay 87 manat olmaqla, 1557.60 manat ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə gecikdirdiyi günlərə görə cərimə borcu 4672 manat təşkil etsə də, bu məbləğin 90%-i güzəşt edilərək, sadəcə 10% hissəsi – 467.20 manat tələb edilir. Hazırda xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə cavabdehin 1557.60 manat məbləğində əsas, 467.20 manat məbləğində cərimə olmaqla, ümumilikdə 2024.80 manat məbləğində borcu mövcuddur.
3. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh “Samsung” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 58 manat olmaqla, 1033.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 58 manat ödəniş etmiş, qalan 163.90 manat məbləğində borcu qaytarmamışdır. Müqavilə üzrə gecikdirdiyi günlərə görə cərimə borcu 491 manat təşkil etsə də, bu məbləğin 90%-i güzəşt edilərək, sadəcə 10% hissəsi – 49.10 manat tələb edilir. Hazırda xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə cavabdehin 163.90 manat məbləğində əsas, 49.10 manat məbləğində cərimə olmaqla, ümumilikdə 213 manat məbləğində borcu mövcuddur.
4. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh “Xiaomi” markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla, 653 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 37 manat ödəniş etmiş, qalan 616 manat məbləğində borcu qaytarmamışdır. Müqavilə üzrə gecikdirdiyi günlərə görə cərimə borcu 1848 manat təşkil etsə də, bu məbləğin 90%-i güzəşt edilərək, sadəcə 10% hissəsi – 184.80 manat tələb edilir. Hazırda xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə cavabdehin 616 manat məbləğində əsas, 184.80 manat məbləğində cərimə olmaqla, ümumilikdə 800.80 manat məbləğində borcu mövcuddur.
5. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh “Samsung” markalı mobil telefon və hard diskə görə 18 ay ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla, 1187 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2023-cü il tarixində 66 manat ödəniş etmiş, qalan 989.10 manat məbləğində borcu qaytarmamışdır. Müqavilə üzrə gecikdirdiyi günlərə görə cərimə borcu 2967 manat təşkil etsə də, bu məbləğin 90%-i güzəşt edilərək, sadəcə 10% hissəsi – 296.70 manat tələb edilir. Hazırda xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə cavabdehin 989.10 manat məbləğində əsas, 296.70 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1285.80 manat məbləğində borcu mövcuddur.
6. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, cavabdeh “Xiaomi” markalı mobil telefona görə 15 ay ödəniş cədvəli üzrə hər ay 77 manat olmaqla, 1149.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə şərtlərini pozaraq, sonuncu dəfə xx.xx.2022-ci il tarixində 77 manat ödəniş etmiş, qalan 456.90 manat məbləğində borcu qaytarmamışdır. Müqavilə üzrə gecikdirdiyi günlərə görə cərimə borcu 1370 manat təşkil etsə də, bu məbləğin 90%-i güzəşt edilərək, sadəcə 10% hissəsi – 137 manat tələb edilir. Hazırda xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə cavabdehin 456.90 manat məbləğində əsas, 137 manat məbləğində cərimə olmaqla, ümumilikdə 593.90 manat məbləğində borcu mövcuddur.
İddiaçının tələbi:
7. xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 479.90 manat əsas, 143.90 manat cərimə, cəmi 623.80 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1557.60 manat əsas, 467.20 manat cərimə, cəmi 2024.80 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 163.90 manat əsas, 49.10 manat cərimə, cəmi 213 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 616 manat əsas, 184.80 manat cərimə, cəmi 800.80 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 989.10 manat əsas, 296.70 manat cərimə, cəmi 1285.80 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 456.90 manat əsas, 137 manat cərimə, cəmi 593.90 manat məbləğində borc, ümumilikdə 6 müqavilə üzrə 4263.40 manat əsas, 1278.80 manat məbləğində cərimə olmaqla, cəmi 5542.10 manat məbləğində borcun və 75.42 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Cavabdehin etirazı:
8. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
9. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, lakin iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə xx.xx.2023-cü il tarixli ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında əsas borcu qəbul etdiyini, lakin cərimə borcu ilə razılaşmadığını, qəbul etmədiyini və rüsumla bağlı məsələni isə məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər:
11. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona 1 nömrəli əlavəyə əsasən,“X2 11S” markalı telefona görə cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla, ümumilikdə 653 manat ödəməyi öhdəsinə götürmüşdür;
12. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 616 manat əsas, 1848 manat cərimə borcu olmaqla, cəmi 2464 manat məbləğində borcu vardır;
13. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona 1 nömrəli əlavəyə əsasən,“Samsung A536” markalı telefon və “Honor X8 Hard Case”ə görə cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 66 manat olmaqla, ümumilikdə 1187.18 manat ödəməyi öhdəsinə götürmüşdür;
14. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 989.10 manat əsas, 2967 manat cərimə borcu olmaqla, cəmi 3956.10 manat məbləğində borcu vardır;
15. 10. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona 1 nömrəli əlavəyə əsasən,“Xiaomi Poco F3” markalı telefona görə cavabdeh 15 ay ödəniş cədvəli üzrə hər ay 77 manat olmaqla, ümumilikdə 1149.99 manat ödəməyi öhdəsinə götürmüşdür;
16. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 456.90 manat əsas, 1370 manat cərimə borcu olmaqla, cəmi 1826.90 manat məbləğində borcu vardır;
17. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona 1 nömrəli əlavəyə əsasən,“Samsung A225” markalı telefon və “X3 2” markalı smart saata görə cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, ümumilikdə 719.99 manat ödəməyi öhdəsinə götürmüşdür;
18. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 479.90 manat əsas, 1439 manat cərimə borcu olmaqla, cəmi 1918.90 manat məbləğində borcu vardır;
19. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona 1 nömrəli əlavəyə əsasən,“X1 7 ” markalı smart saata görə cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 87 manat olmaqla, ümumilikdə 1557.601 manat ödəməyi öhdəsinə götürmüşdür;
20. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə 1557.60 manat əsas, 4672 manat cərimə borcu olmaqla, cəmi 6229.60 manat məbləğində borcu vardır;
21. xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi və ona 1 nömrəli əlavəyə əsasən,“Samsung A525” markalı mobil telefona görə cavabdeh 18 ay ödəniş cədvəli üzrə hər ay 58 manat olmaqla, ümumilikdə 1033.90 manat ödəməyi öhdəsinə götürmüşdür;
22. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən, cavabdehin xx.xx.2021-ci il tarixli müqavilə üzrə 163.90 manat əsas, 491 manat cərimə borcu olmaqla, cəmi 654.90 manat məbləğində borcu vardır;
23. Xəbərdarlıq məktubu və onun göndərilməsinə dair xx.xx.2023-cü il tarixli poçt qəbzinə əsasən, Cavabdeh 6 müqavilə üzrə cəmi 17050.40 manat məbləğində borcunu ödəməli olduğu, əks halda onun barəsində qanunvericiliyə uyğun məhkəmə qarşısında iddia qaldırılacağı barəsində xəbərdarlıq edilmişdir.
Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müdətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir 284-1. Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir.
Məhkəmənin mövqeyi:
26. Məhkəmə iş materiallarını, tərəflərin izahını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
27. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmış (MM m.601.1), həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir.
28. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. (MM m.600.4)
29. Məhkəmə iş materiallarını nəzərə alaraq qeyd edir ki, təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Ona görə də məhkəmə məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsas borc hissəsində tam təmin edilməlidir.
30. Məhkəmə həmçinin iddia tələbinin cərimənin ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. İşin hallarını nəzərə alınmaqla, məhkəmə cəriməni ayrı-ayrı müqavilələr üzrə azaldaraq iddia ərizəsində göstərilən ümumi cəriməni 1278.70 manat məbləğində deyil, 426.25 manat məbləğində müəyyən edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. (MM m.467)
31. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 479.90 manat əsas, 47.90 manat cərimə, cəmi 527.80 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 1557.60 manat əsas, 155.76 manat cərimə, cəmi 1713.36 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 163.90 manat əsas, 16.39 manat cərimə, cəmi 180.29 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 616 manat əsas, 61.60 manat cərimə, cəmi 677.60 manat məbləğində borc, xx.xx.2022-ci il tarixli, ********* saylı müqavilə üzrə 989.10 manat əsas, 98.91 manat cərimə, cəmi 1088.01 manat məbləğində borc, xx.xx.2021-ci il tarixli, ********* saylı müqavilə üzrə 456.90 manat əsas, 45.69 manat cərimə, cəmi 502.59 manat məbləğində borc, ümumilikdə 6 müqavilə üzrə 4263.40 manat əsas, 426.25 manat məbləğində cərimə olmaqla, cəmi 4689.65 manat pul məbləği İddiaçı MMC-nin xeyrinə tutulmalıdır.
Məhkəmə xərcləri:
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
33. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66.89 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia tələbi qismən təmin edilsin.
2. Cavabdeh müxtəlif vaxtlarda bağlanmış müqavilələrə əsasən 4263.40 manat məbləğində əsas, 426.25 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 4689.65 (dörd min altı yüz səksən doqquz manat altmış beş qəpik) manat pul tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 66.89 (altmış altı manat səksən doqquz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin
4. İddia tələbi qalan hissədə təmin edilməsin.
5. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova