Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-3376/2025 17.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Eyvazova Samirə Əli qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb MÜƏYYƏN ETDİ:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunan sənədlərin, həmçinin, ödənilmiş dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir.
3. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) 152.1.hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.9. iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda.
İşə baxan məhkəmənin mövqeyi:
4. Məhkəmə ərizəni, 2(011)-9988/2024 nömrəli materialı nəzərdən keçirib hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hazırki mülki iş xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, iddia ərizəsinin geri qaytarılması barədə ərizə isə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmişdir.
5. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən iddia ərizəsi geri qaytarılmalıdır.
6. İddiaçının iddia ərizəsi geri qaytarıldığından iddiaçı tərəfindən ödənilmiş 90 manat dövlət rüsumu da geri qaytarılmalıdır.
7. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 152, 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
1. İddiaçı Cavabdeh qarşı alğı-satqı müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılsın.
2. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ödənilmiş ********** qəbz nömrəli 90 (doxsan) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın.
3. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Bakı şəhəri üzrə Baş Maliyyə İdarəsinə həvalə edilsin.
4. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova