Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3378/2025 02.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, iddiaçının nümayəndəsi X7, cavabdehlərin nümayəndəsi Nümayəndə3 iştiraki ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələbi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı X2 vərəsələri Cavabdeh2 və Cavabdeh1 (Cavabdeh2 vasitəsilə) oğlundan iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, BPM**********78 nömrəli müqaviləyə əsasən nağd kredit üzrə 8646,14 manat əsas borc, vəfat etdiyi tarixə 61,64 manat faiz borcu olmaqla, cəmi 8707,78 manat, xx.xx.2023-cü il tarixli, BPM**********78 nömrəli müqaviləyə əsasən kart krediti üzrə isə 2728,99 manat əsas borc olmaqla, cəmi 2728,99 manat, ödənilmiş 112,17 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli, BPM**********78 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 16%-lə, 36 ay müddətinə 10000 manat nağd kredit verilmişdir. Bundan əlavə olaraq, "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli, BPM**********78 nömrəli tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X5 illik 24%-lə, 36 ay müddətinə 5000 manat məbləğində krediti xətti açılmışdır. Tərəflər arasında bağlanmış Kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. 425842 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 6 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş 3344/2024 nömrəli məktubdan görünür ki, X2 mirasını qəbul etmiş vərəsələri Cavabdeh2 və Cavabdeh1 olduğu müəyyən edilmişdir. Filial tərəfindən verilmiş maliyyə arayışına əsasən X5 xx.xx.2025-ci il tarixədək nağd kredit üzrə banka 8646.14 manat əsas, vəfat etdiyi tarixə 61.14 manat faiz borcu olmaqla, cəmi 8707.78 manat təşkil edir. Təqdim olunmuş digər maliyyə arayışına əsasən X2 xx.xx.2025-ci il tarixədək tam kart kredit xətti üzrə banka 2728.99 manat əsas borc olmaqla, cəmi 2728.99 manat təşkil edir. Cavabdehlər mərhum X1 qalmış mirası qəbul barədə ərizə ilə müraciət etmələrinə baxmayaraq onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişlər. Mübahisənin məhkəmədən kənar həlli üçün cavabdehlərə xx.xx.2025-ci il tarixində 6-2-22/2-3233/2025 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişlər. Cavabdehin etirazının dəlilləri: Cavabdehlərin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddiaçının cavabdeh kimi göstərdiyi Cavabdeh1 cavabdeh kimi göstərilə bilməz. Çünki xx.xx.2015-ci il tarixdə anadan olmuşdur, azyaşlıdır, yetkinlik yaşına çatmamışdır və fəaliyyət qabiliyyəti olmayan şəxsdir. Bundan əlavə o, mərhum X1 heç bir miras qəbul etməmişdir. Cavabdeh2 mərhum X1 aktiv miras olaraq orta aylı əmək haqqının 3 misli miqdarında, yəni 2780 manat miras qəbul etmişdir və həmin miqdarda məsuliyyət daşıyır. Qeyd edilənlər nəzərə alınaraq Cavabdeh1 barəsində iddianın tam rədd edilməsi Cavabdeh2 2780 manat pulun "xxxx" ASC-nin xeyrinə tutulması barədə, iddiaların qalan hissədə tam həcmdə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə etdiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərin nümayəndəsi məhkəmədə iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 16%-lə, 36 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli Tam kart müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24%-lə, 36 ay müddətinə 5000 manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2024-cü il tarixli, 287 saylı “Ölüm haqqında şəhadətnamə”yə əsasən, X5 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş - X2 vərəsələri: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 46, 46A, 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A, 58B, 60, 60A, 60B, 60C, 62, mənzil 2 ünvanında qeydiyyatda olan əri Cavabdeh2 (AA*******, xx.xx.2022 - Asan 5, FİN: xxxxxxx, d/t: xx.xx.1989) və Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, ev 46, 46A, 48, 48A, 50, 50A, 52, 52A, 54, 54A, 54B, 56, 56A, 56B, 56C, 58, 58A. 58B, 60, 60A, 60B, 60C, 62, mənzil 2 ünvanında qeydiyyatda olan oğlu Cavabdeh1dur (AA*******, xx.xx.2020 - Asan 2, FİN: xxxxxxx, d/t: xx.xx.2015) və onların hər biri miras əmlakdan 1/2 irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X12 "Bakı Baş Səhiyyə Mərkəzi" X12 Respublika Müharibə Veteranları Xəstəxanasının xx.xx.2024-cü il tarixli, 18-1-1-73/2-116/2024-cü il tarixli məktubuna əsasən 3701,21 (üç min yeddi yüz bir manat 21 qəpik) manat pul vəsaitindən ibarətdir. xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli Tam kart müqaviləsi ilə bağlı təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 2728,99 manat əsas borcu qalmışdır. xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli Kredit Müqaviləsi ilə bağlı təqdim edilmiş maliyyə arayışına əsasən, X2 xx.xx.2025-ci ilədək Banka ödənilməmiş 8646,14 manat əsas, 61,64 manat faiz borcu olmaqla, cəmi 8707,78 manat borcu qalmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə 739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir.385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1244. Mirasın fəaliyyət qabiliyyəti olmayan şəxs tərəfindən qəbul edilməsi Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Maddə 1307. Vərəsələr tərəfindən kreditorların təmin edilməsi zamanı sübutetmə yükü Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından göründüyü kimi, iddiaçı bankla mərhum X6 arasında xx.xx.2023-cü il tarixində kredit müqaviləsi və kredit xətti müqaviləsi bağlanmış, xx.xx.2023-cü il tarixdə borclu vəfat etmiş, həmin anda isə bank qarşısnda icra olunmamış öhdəlik qalmışdır. X2 ölümündən sonra cavabdehlər mərhumun vərəsələri Cavabdeh1 və Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə digər şəxslərə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır və miras qoyanın vərəsələri ola biləcək şəxslər mirasın açıldığı andan vərəsəliyə çağırılmış hesab edilirlər. Qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə, əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Belə olan halda isə, kreditorun vərəsəyə qarşı iddia irəli sürmək hüququ yaranır və vərəsə miras qoyanın kreditoru qarşısında da miras əmlak kütləsi həcmində öhdəlik daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1307-ci maddəsinə əsasən mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. Sübutetmə ilə bağlı qeyd olunmalıdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İlkin olaraq sübutetmə yükü tələb edənin (iddiaçının) üzərinə qoyulsa da, maddi hüquq normalarında işin hansı hallarının sübut edilməsi vəzifəsi konkret tərəfin üzərinə qoyula bilər. Yuxarıda qeyd olunan Mülki Məcəllənin 1307-ci maddəsinin dipozitiv şərtlərindən isə açıq-aydın görünür ki, mirasın notarius tərəfindən siyahıya alındığı hal istisna olmaqla, vərəsə qəbul etdiyi mirasın miras qoyanın borclarından çox olmadığını sübut etmək yükünü daşıyır. Vərəsəlik şəhadətnaməsi isə mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması, və ya şəhadətnamədə qeyd edilən əmlakın mərhumun miras əmlakı kütləsinə daxil olmaması (mərhumun ölümü ilə bağlı ödənilən sığorta haqları və ya müavinətlar), vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Hazırkı halda isə, cavabdehin tərəfin etirazının onunla bağlıdır ki, mərhum X3 hər hansı miras əmlakı qalmamışdır. Lakin cavabdeh tərəf bu halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eləcə də, iş materiallarından mirasın notarius tərəfindən siyahıya alınması halı da müəyyən edilmir (bununla da bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Sadalanan xüsusatlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı "xxxx" ASC kredit müqavilələri üzrə əsas və faiz borcunun mərhum borclunun vərəsələrindən ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, yuxarıda qeyd edilən kredit müqaviləsi və kredit xətti müqaviləsi üzrə əsas və faiz borcları cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bankın xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin 112,17 manat məbləğində dövlət rüsumunun və 0,40 manat məbləğində ödənilmiş bank xidmət haqqının alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi əsaslıdır. Belə ki, cavabdehlər iddiaçı qarşısında aralarındakı müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, kredit borcu cavabdehlərdən alınmaqla yanaşı eyni zamanda, ziyanın ödənilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır və iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. "xxxx" ASC ilə X5 arasında xx.xx.2023-ci il tarixli BPM**********78 nömrəli Tam kart müqaviləsi üzrə əsas borca görə 2728,99 (iki min yeddi yüz iyirmi səkkiz manat doxsan doqquz qəpik) manat, xx.xx.2023-cü il tarixli BPM**********78 nömrəli Kredit Müqaviləsi üzrə əsas borca görə 8646,14 (səkkiz min altı yüz qırx altı manat on dörd qəpik) manat, faiz borcuna görə 61,64 (altmış bir manat altmış dörd qəpik) manat, ümumilikdə 8707,78 (səkkiz min yeddi yüz yeddi manat yetmiş səkkiz qəpik) manat məbləğində pul vəsaiti, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 112,17 (yüz on iki manat on yeddi qəpik) manat və xidmət haqqının əvəzi olaraq 0,40 (qırx) qəpik məbləğində pul vəsaiti Cavabdeh1 (Cavabdeh2 vasitəsi ilə) və Cavabdeh2 tutularaq "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-3378/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3378/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver