Məhkəmə qərarları › İş №e-2(011)-3381/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3381/2025

24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3381/2025 24.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ““ MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMC-nin xeyrinə 1499.99 manat məbləğində əsas borc, 182 manat məbləğində cərimə, ümumilikdə 1681.99 manat məbləğində borcun və 36.82 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış ********** nömrəli, xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh “Cərəyan“ MMC-dən 1799.99 manat dəyərində olan 1 ədəd LG GN-B502PLGB model məhsul almışdır. Cavabdeh borclu olduğu 1799.99 manat məbləğdən 0 manat ilkin ödəniş etmiş və onun xx.xx.2024-cü il tarixli, ********** saylı Nisyə alqı-satqı müqaviləsi üzrə 1799.99 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixli, ********** saylı Nisyə alqı-satqı müqaviləsinə 1 saylı Əlavəyə əsasən, cavabdeh xx.xx.2024-cü il tarixindən xx.xx.2026-cı il tarixinə kimi hər ay 100 manat olmaqla İddiaçı MMC-yə olan borcunu tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında olan təhvil-təslim aktından görünür ki, cavabdeh nisyə aldığı məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli, ********** saylı Nisyə alqı-satqı müqaviləsi üzrə cəmi ödədiyi məbləğ 300 manat təşkil edir. Cavabdeh sonradan müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 2.4.4-cü bəndinə əsasən, alıcı müqavilə üzrə üzərinə götürdüyü borc öhdəliklərini yerinə yetirmədiyi (lazımınca yerinə yetirmədiyi) təqdirdə Satıcı öz mülahizəsinə uyğun olaraq nisyə mala görə hesablanmış borcu və dəbbə (penya) pulunu dərhal tələb etməkdə haqlıdır. Cavabdeh xx.xx.2025-ci il tarixinə İddiaçı MMC-yə xx.xx.2024-cü il tarixli, ********** saylı Nisyə alqı-satqı müaviləsi üzrə 1499.99 manat əsas borcu və 182 manat cərimə borcu olmaqla, ümumilikdə 1681.99 manat borcu vardır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında ********** nömrəli, xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqaviləsi bağlanmışdır, müqaviləyə əsasən İddiaçı MMC 18 ay müddətinə 1799.99 manat dəyərində malı-LG GN-B502PLGB model məhsulu alqı-satqı şərtləri əsasında alıcıya verməyi, alıcı aldığı əmtəənin qiymətini müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən, ödənişlər 30 (otuz) gündən artıq müddət ərzində ödənilmədikdə və ya müqavilə müddəti ərzində 2 (iki) dəfədən çox gecikdirildikdə müqavilə üzrə bütün qalıq borcu tam tələb edə bilər. Həmçinin müqavilənin 2.4.4-cü bəndinə əsasən, “Alıcı” qalan borcun ödənilməsini gecikdirdiyi halda gecikdirilmiş hər gün üçün gecikdirilmiş borc məbləğinin 0.5% həcmində cərimə (dəbbəpulu) ödəməyi öhdəsinə götürür. İş materiallarında olan ********** nömrəli, xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqaviləsinə Əlavə 1 “Ödəniş cədvəli”ndən görünür ki, borcalan Cavabdeh aldığı əmtəənin cəmi məbləği 1799.99 manat, ilkin ödəniş 0 manat, aylıq məbləğ 100 manatdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, M-087352 saylı “Maliyyə arayışı”nın surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** nömrəli müqavilə üzrə xx.xx.2025-ci il tarixinə 1499.99 manat əsas borc və 182 manat cərimə borcu olmaqla, ümumilikdə 1681.99 manat borcu qalmışdır. İş materiallarında olan “Malların təhvil-təslim aktı”nın surətindən görünür ki, LG GN- B502PLGB model məhsul Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən 32,32 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC, xx.xx.2025-ci il tarixində Cavabdeh xx.xx.2024-cü il tarixli, ********** saylı Nisyə alqı-satqı müqaviləsi üzrə borcunu 3 iş günü müddətində ödəməsinə dair xəbərdarlıq məktubu (Pretenziya) göndərmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında LG GN-B502PLGB markalı məhsula dair xx.xx.2024-cü il tarixində müqavilə bağlanmışdır, müqaviləyə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə - aylıq ödənişləri etməməklə müqavilənin şərtlərini pozmuşdur, hazırda cavabdehin müqavilə üzrə iddiaçıya əsas borc 1499.99 manat təşkil edir, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair xəbərdarlıq məktubu göndərilmişdir. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsini öz riski ilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə də məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilə üzrə tənasübsüz surətdə yüksək hesablanmış cərimə məbləğinin azaldılaraq, ********** nömrəli, xx.xx.2024-cü il tarixli Nisyə alqı-satqı müqaviləsi üzrə 120 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, ********** nömrəli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LG GN-B502LGB markalı məhsul üçün 1499.99 manat ödənilməmiş hissə, 120 manat cərimə borcu olmaqla, ümumilikdə 1619.99 manat borc məbləği Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq (1619.99 manat ) cavabdehə aid edilməli və iddia tələbinin 1000 manatdan çox olması nəzərə alınmaqla, dövlət rüsumuna görə ödənilmiş 36.20 manat ondan alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış ********** nömrəli xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1499.99 manat ödənilməmiş hissə, 120 manat cərimə borcu olmaqla, ümumilikdə 1619 (min altı yüz on doqquz) manat 99 (doxsan doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 36 (otuz altı) manat 20 (iyirmi) qəpik tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar