Məhkəmə qərarları › İş №e-2(011)-3406/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3406/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3406/2022 26.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Kondisioner üçün 1623.4 (min altı yüz iyirmi üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, 162.6 (yüz altmış iki manat, altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21576 Samsung GalaxyA71 markalı telefon üçün 621.4 (altı yüz iyirmi bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, 62.6 (altmış iki manat, altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********23301 Samsung GalaxyA21s markalı telefon üçün 384.4 (üç yüz səksən dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, 38.6 (otuz səkkiz manat, altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lenovo Komputer üçün 374 (üç yetmiş dörd) manat ödənilməmiş hissə, 37 (otuz yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73590 Samsung GalaxyA20s markalı telefon üçün 168.2 (yüz altmış səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, 16.8 (on altı manat, səksən qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********81186 Samsung Galaxy A70 markalı telefon üçün 163 (yüz altmış üç) manat ödənilməmiş hissə, 16 (on altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********539** BQ ***5 markalı telefon üçün 21.2 (iyirmi bir manat, iyrmi qəpik) manat ödənilməmiş hissə, 2.8 (iki manat, səksən qəpik) manat cərimə, ümumilikdə, 3692 manat borc, 56.92 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Kondisioner, İMEİ kodu **********21576 Samsung Galaxy A71, İMEİ kodu **********23301 Samsung Galaxy A21s markalı telefonlar, Lenovo Komputer, İMEİ kodu **********73590 Samsung Galaxy A20s, İMEİ kodu **********81186 Samsung Galaxy A70, İMEİ kodu **********539** BQ ***5 markalı telefonlar almış və nəticədə 3692 (üç min altı yüz doxsan iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2100 (iki min yüz) manat (18 ay x 116 manat + 12 manat ilkin ödəniş) HOFFMANN Kondisioner üçün ümumilikdə, 1786 (min yeddi yüz səksən altı) manat olmaqla ondan, 1623.4 (min altı yüz iyirm üç manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 162.6 (yüz altmış iki manat, altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1421.4 (min dörd yüz iyirmi bir manat, qırx qəpik) manat (12 ay x 103.7 manat + 177 manat ilkin ödəniş) İMEİ kodu **********21576 Samsung Galaxy A71 markalı telefon üçün ümumilikdə, 684 (altı yüz səksən dörd) manat olmaqla ondan, 621.4 (altı yüz iyirmi bir manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 62.6 (altmış iki manat, almtış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 473.4 (dörd yüz yetmiş üç manat, qırx qəpik) manat (12 ay x 38.7 manat + 9 manat ilkin ödəniş İMEİ kodu **********23301 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 423 (dörd yüz iyirmi üç) manat olmaqla ondan, 384.4 (üç yüz səksən dörd manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 38.6 (otuz səkkiz manat altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 892.8 (səkkiz yüz doxsan iki manat, səksən qəpik) manat (12 ay x 74.4 manat + 0 manat ilkin ödəniş) Lenovo Komputer üçün ümumilikdə, 411 (dörd yüz on bir) manat olmaqla ondan, 374 (üç yetmiş dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 472.6 (dörd yüz yetmiş iki manat, almtış qəpik) manat (12 ay x 33.8 manat + 67 manat ilkin ödəniş) İMEİ kodu **********73590 Samsung GalaxyA20s markalı telefon üçün ümumilikdə, 185 (yüz səksən beş) manat olmaqla ondan, 168.2 (yüz altmış səkkiz manat, iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.8 (on altı manat, səksən qəpik) manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1079 (min yetmiş doqquz) manat (12 ay x 82 manat + 95 manat ilkin ödəniş) İMEİ kodu **********81186 Samsung Galaxy A70 markalı telefon üçün ümumilikdə, 179 (yüz yetmiş doqquz) manat olmaqla ondan, 163 (yüz altmış üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16 (on altı) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 73.2 (yetmiş üç manat, iyirmi qəpik) manat (3 ay x 23.4 manat + 3 manat ilkin ödəniş) İMEİ kodu **********539** BQ ***5 markalı telefonüçün ümumilikdə, 24 (iyirmi dörd) manat olmaqla ondan, 21.2 (iyirmi bir manat, iyrmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2.8 (iki manat, səksən qəpik) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3156.8 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 21012145 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", HOFFMANN Kondisioner müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, HOFFMANN Kondisioner əşyası Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20288738 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İMEİ kodu **********21576 Samsung GalaxyA71 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********21576 Samsung GalaxyA71 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 21148470 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İMEİ kodu **********23301 Samsung Galaxy A21s markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********23301 Samsung GalaxyA21s markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20205784 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", Lenovo Komputeri müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Lenovo Komputer Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə 20205735 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “ABC TELECOM İMEİ kodu **********73590 Samsung GalaxyA20s markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********73590 Samsung GalaxyA20s markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 01083169 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İMEİ kodu **********81186 Samsung Galaxy A70 markalı telefon müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ kodu **********81186 Samsung Galaxy A70 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli 21148514 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx", İMEİ kodu **********539** BQ ***5 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli tarixli bildirişdən və əşyaların təhviltəslim aktından görünür ki, İMEİ kodu **********539** BQ ***5 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əlavələrdən görünür ki, Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müştəri müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Kondisioner üçün 1623.4 manat ödənilməmiş hissə, 162.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21576 Samsung GalaxyA71 markalı telefon üçün 621.4 manat ödənilməmiş hissə, 62.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********23301 Samsung Galaxy A21s markalı telefon üçün 384.4 manat ödənilməmiş hissə, 38.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lenovo Komputer üçün 374 manat ödənilməmiş hissə, 37 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73590 Samsung Galaxy A20s markalı telefon üçün 168.2 manat ödənilməmiş hissə, 16.8 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********81186 Samsung Galaxy A70 markalı telefon üçün 163 manat ödənilməmiş hissə, 16 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********539** BQ ***5 markalı telefon üçün 21.2 manat ödənilməmiş hissə, 2.8 manat cərimə, ümumilikdə ödənilməmiş borcunun məbləği 3692 manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı ABC Telecom MMC tərəfindən 56,92 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı "xxxx" MMC cavabdehə borcunu ödəməsinə dair xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubu göndərmiş, borcunu qısa müddət ərzində ödəməsi, əks halda aidiyyəti dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar olunmuşdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında HOFFMANN Kondisioner, İMEİ kodu **********21576 Samsung GalaxyA71 markalı telefon, İMEİ kodu **********23301 Samsung Galaxy A21s markalı telefon, Lenovo Komputer, İMEİ kodu **********73590 Samsung Galaxy A20s markalı telefon, İMEİ kodu **********81186 Samsung Galaxy A70 markalı telefon, İMEİ kodu **********539** BQ ***5 markalı telefon üçün xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2019-cu il tarixlərdə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən, satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin müqavilələr üzrə iddiaçıya olan borcu ümumilikdə 3692 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN Kondisioner üçün 1623.4 manat ödənilməmiş hissə, 162.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********21576 Samsung GalaxyA71 markalı telefon üçün 621.4 manat ödənilməmiş hissə, 62.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********23301 Samsung Galaxy A21s markalı telefon üçün 384.4 manat ödənilməmiş hissə, 38.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, Lenovo Komputer üçün 374 manat ödənilməmiş hissə, 37 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73590 Samsung Galaxy A20s markalı telefon üçün 168.2 manat ödənilməmiş hissə, 16.8 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********81186 Samsung Galaxy A70 markalı telefon üçün 163 manat ödənilməmiş hissə, 16 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********539** BQ ***5 markalı telefon üçün 21.2 manat ödənilməmiş hissə, 2.8 manat cərimə, ümumilikdə 3692 manat borc məbləği Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, hazırkı iş üzrə iddia tələbi təmin edildiyindən, cavabdehin dövlət rüsumunu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən olunmadığından, dövlət rüsumu cavabdehə aid edilməli və dövlət rüsumuna görə iddiaçı tərəfindən ödənilmiş 56,92 manat caavbdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, HOFFMANN Kondisioner üçün 1623.4 manat ödənilməmiş hissə, 162.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********21576 Samsung GalaxyA71 markalı telefon üçün 621.4 manat ödənilməmiş hissə, 62.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********23301 Samsung Galaxy A21s markalı telefon üçün 384.4 manat ödənilməmiş hissə, 38.6 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, Lenovo Komputer üçün 374 manat ödənilməmiş hissə, 37 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********73590 Samsung Galaxy A20s markalı telefon üçün 168.2 manat ödənilməmiş hissə, 16.8 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********81186 Samsung Galaxy A70 markalı telefon üçün 163 manat ödənilməmiş hissə, 16 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********539** BQ ***5 markalı telefon üçün 21.2 manat ödənilməmiş hissə, 2.8 manat cərimə olmaqla, ümumilikdə 3692 (üç min altı yüz doxsan iki) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 56 (əlli altı) manat 92 (doxsan ik) qəpik tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar