Məhkəmə qərarları › İş №e-2(011)-3426/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3426/2022

11.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3426/2022 11.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" X2 Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı ona vurulmuş maddi ziyandan qalıq qalan 1448 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, cavabdeh xx.xx.2021-ci il tarixdə mülkiyyətində olan “Mercedes Benz 200” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) Xətai rayonu, 8 noyabr küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə iddiaçıya məxsus 1 ədəd “Çuğun” altlıqlı “Polermo” tipli 2 çıraqlı işıq dirəyi sıradan çıxaraq müəssisəyə maddi ziyan dəymişdir. Bakı şəhər Xətai rayon DYPŞ-nin İXP ******* saylı, xx.xx.2021-ci il tarixli İnzibati xəta haqqında protokoluna əsasən cavabdeh İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inibati xətanı törətməkdə təqsirli bilinərək, xx.xx.2021-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərarla 40 manat məbləğində cərimə edilmişdir. Dəymiş zərər iddiaçı tərəfindən 6448 manat məbləğində müəyyən edilmiş (xx.xx.2021-ci il tarixdə tərtib edilmiş Akta əsasən) və həmin zərərin 5000 manat hissəsi cavabdehin mülki məsuliyyətini icbari qaydada sığortalamış “Dövlət Sığorta” Kommersiya şirkəti tərəfindən iddiaçıya ödənilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə cavabdeh idarə etdiyi “Mercedes Benz 200 minik” markalı, **-CJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini, Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr küçəsində idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və nəticədə müəssisəyə 6448 manat məbləğində maddi ziyan yetirmişdir. Hadisə yerinə gəlmiş Bakı şəhər DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilən İXP ******* saylı İnzibati xəta haqqında protokola və xx.xx.2021-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərara əsasən təqsirli şəxs cavabdeh tanınmışdır. Cavabdehin avtomobilini sığortalamış “Dövlət Sığorta” Kommersiya şirkəti tərəfindən iddiaçının bank hesabına 5000 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin 1448 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh maddi ziyanın ödənilməsi üçün iddiaçıya dəfələrlə dəvət edilsə də, gəlməməklə ödənişdən imtina etmişdir. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddanın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü olması barədə məhkəməyə əvvəlcədən məlumat vermədiyindən, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsiri tam sübuta yetirilərək, onun barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə, inzibati qaydada tənbeh edilmişdir. Cavabdehin təqsiri nəticəsində iddiaçıya maddi zərər dəymişdir. Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Qeyd edilən müddəaların mənasından aydın olur ki, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərərvuran şəxsin təqsirli (qəsd və ya ehtiyyatsızlığı) olması, zərərçəkənə zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu hesab edilməsini şərtləndirən əsaslardır. MM-nin 1108-ci maddəsində isə zərər vurulmasının və kim tərəfindən ödənilməsinin konkret halı nəzərdə tutulmuşdur. Həmin normada zərərvuran şəxs yüksək təhlükə mənbəyinə mülkiyyət və digər qanuni əsasla sahiblik edən şəxsdir (fiziki və ya hüquqi şəxsdir). Müddəadan göründüyü kimi, avtomobil yüksək təhlükə mənbəyi hesab edilir və əgər mənbəyə mülkiyyət və digər qanuni əsasla sahiblik edən şəxs mənbənin onun sahibliyindən iradəsindən kənar (digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində) çıxdığını sübuta yetirərsə, bu halda dəymiş zərəri ödəməkdən azad edilir (Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır, MM-nin 1108.2-ci maddəsi). Qeyd edilən qanunvericilik normalarına əsaslanaraq məhkəmə hesab edir ki, iddia təmin edilərək cavabdehin təqsiri nəticəsində iddiaçıya dəymiş zərərin əvəzi ödənilməldir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1448 manat məbləğində pul iddiaçı "xxxx" X2 xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar