Məhkəmə qərarları › İş №e-2(011)-343/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-343/2023

11.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-343/2023 11.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi ilə İddiaçı BOKT ASC-nin cavabdehlər X5, Cavabdeh2 və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: İddiaçı BOKT ASC-nin cavabdehlər X5 və Cavabdeh2 qarşı-cavabdehlərdən müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsi üzrə 8542.99 ABŞ dolları əsas, 767.81 ABŞ dolları hesablanmış faiz, 17990.09 ABŞ dolları hesablanmış dəbbə, cəmi 27300.89 ABŞ dolları kredit borcunun və 229.24 manat ödənilmiş dövlət rüsumunun tutulması; Kredit müqaviləsi üzrə tələbin Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 41 saylı, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 54.4 kv.m yaşayış, 38.5 kv.m yardımçı sahə olmaqla 92.4 kv.m ümumi sahədən ibarət, 4 otaqlı mənzilə (RX seriyalı, ******* nömrəli, **********08-05101-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsi; Əmlakın dəyərinin 60 000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi; Mənzildə yaşayanların - Cavabdeh2 Bayrm oğlu, X3, X9, X7 və X6 mənzilə istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, mənzilin məcburi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə İddiaçı BOKT ASC arasında xx.xx.2015ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 21 faiz olmqla, 0 ay güzəşt müddəti ilə 33 000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsinin təminatı kimi xx.xx.2015ci il tarixli, 0075/15/PB saylı İpoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən, 41 saylı, 9 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən 54.4 kv.m yaşayış, 38.5 kv.m yardımçı sahə olmaqla 92.4 kv.m ümumi sahədən ibarət, 4 otaqlı mənzili (RX seriyalı, ******* nömrəli, **********08- 05101-093027 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2014 qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. Həmçinin tərəflər arasında xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən Cavabdeh1 Cavabdeh2 xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kredit müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşdur. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən zamin - faizləri, cərimələrin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirləri ilə birgə məsuliyyət daşıyır. İpoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Cavabdeh2 BOKT-a xx.xx.2015-ci il tarixli, 0075/15/PB saylı kart kredit müqaviləsi üzrə 8542.99 ABŞ dolları əısas, 767.81 ABŞ dolları hesablanmış faiz, 17 990.09 ABŞ dolları hesablanmış dəbbə pulu olmaqla, cəmi 27 300.89 ABŞ dolları manat kredit borcu mövcutdur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. xx.xx.2018-ci il tarixli, 02/18/PB saylı İpoteka müqaviləsinə əsasən əmlakın dəyəri 47 000 manat dəyərində qiymətləndirilmişdir. Xətai rayon İcra Hakimiyyəti tərəfindən verilən Forma 2 arayışından da görünür ki, ipoteka predmeti olan mənzildə - mülkiyyətçi ilə yanaşı ailə üzvləri, Cavabdeh2 Bayrm oğlu, X3, X9, X7 və X10 yaşamaqdadır. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə, məhkəməyə çağırılsalar da, lakin məhkəməyə gəlməmiş və gəlməməlirinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: "xxxx" ASC ilə Cavabdeh2 arasında № 0075/15/PB saylı xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Göstərilən kredit müqaviləsinə əsasən cavabdehə evin təmiri üçün 36 ay müddətinə illik 21 % faiz hesablanmaqla 33000 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclunun göstərilən kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təminatı kimi ipoteka saxlayan "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh2 arasında xx.xx.2015-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 41 nömrəli evin 9-cu mərtəbəsində 92,9 kv.m. ümumi, 54.4 kv.m. yaşayış, 38,5 kv.m. yadımçə sahədən ibarət, 4 otaqlı, 18 nömrəli mənzilə dair ipoteka müqaviləsi bağlanmışdır. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, o Cavabdeh2 bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə bank qarşısında onunla birgə məsuliyyət daşımasına dair öhdəlik götürmüşdür. RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 41 nömrəli evin, 18 saylı mənzili "xxxx" ASC-nin xeyrinə 36 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin 8542,99 manat məbləğində əsas, 767,81 manat məbləğində faiz, 17990,09 manat məbləğində dəbbə, cəmi 27300,89 manat məbləğində borcu vardır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərardadı ilə ipoteka predmeti olan göstərilən daşınmaz əmlakın bazar qiymətinə və likvid qiymətinə uyğun qiymətləndirilməsi “X13” MMC-nə həvalə olunmuş və MMC-nin ünvan 2 ünvanında 9 mərtəbəli köhnə tikili binanın, 9-cu mərtəbəsində yerləşən 18 nömrəli, 4 otaqlı mənzilinin bazar və likvid dəyərinin müəyyənləşdirilməsi üzrə Ç-ME/032 saylı, xx.xx.2022-ci il tarixli hesabatla qeyd edilən mənzilin orta bazar dəyərinin 88000 manat, orta likvid dəyərinin 75000 manat olması müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS arayışın surətindən görünür ki, cavabdehlər Cavabdeh2, X3, X9, X7 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 41 nömrəli evin, 18 saylı mənzilində qeydiyyatdadırlar. İşin materiallarından görünür ki, iddiaçı cavabdehə ipoteka predmetinə yönəldilməsinə dair bildiriş göndərmişdir. İş materiallarından görünür ki, bildirişin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsində qeydə alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göstərilən Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən cərimə əsassız və şişirdilmiş məbləğdir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənəsübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə əsasən, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası MM-nin 203.1-ci maddəsinə əsasən mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyat yazısı ləğv edildikdə itirildiyindən, mülkiyyət hüququ itirilənə kimi ipoteka qoyanı həmin hüquqlardan məhrum etmək olmaz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenumunun qərarında göstərilir ki, alqı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (ABŞ dolları və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehə borcunu ödəməsini xatırlatmasına baxmayaraq cavabdeh borcunu ödəmədiyindən, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır və iddia qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə həmçinin iddianın 17990.09 ABŞ dolları məbləğində dəbbə borcunun ödənilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi qismən əsaslıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərilən dəbbə əsassız və şişirdilmiş məbləğdir. İşin hallarını nəzərə alaraq, məhkəmə iddia ərizəsində göstərilən dəbbənin 17990.09 ABŞ dolları məbləğində deyil, 932 manat ABŞ dolları məbləğində müəyyən edilməsini məqsədəmüvafiq və ədalətli sayır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehlərin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə eyni zamanda iddia tələbinin digər Cavabdeh1 qarşı hissəsini araşdıraraq, hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə həmçinin tələbin Cavabdeh2 məxsus ipoteka qoyulmuş daşınmaz əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini məhkəmə qaydasında tətbiq etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş göstərilən daşınmaz əmlaka yönəldilməsi ipoteka ilə yüklü edilmiş qeyd edilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiymətinə dair tərəflər arasında razılaşma olmadığından, ipoteka predmetinin ilkin satış qiyməti qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən ünvan 2 ünvanında 9 mərtəbəli köhnə tikili binanın, 9cu mərtəbəsində yerləşən 18 nömrəli, 4 otaqlı mənzilinin likvid qiyməti 75000 manat məbləğində müəyyən edilməklə, qeyd edilən daşınmaz əmlak açıq hərracdan satılmalı və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən kredit borcu ödənilməlidir. Məhkəmə eyni zamanda, iddia tələbinin “mənzildə yaşayanların Cavabdeh2, X3, X9, X7 və X6 mənzildən istifadə hüquqlarına xitam verilməklə mənzildən çıxarılması, mənzilin məcburi boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə qismən əsaslıdır əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, cavabdehlərin istifadə hüququna xitam verilməsi üçün mənzilə tutma yönəldilməli və o satılmalıdır, bundan əlavə, ipoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır, həmçinin, mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs – yeni mülkiyyətçi istifadə hüququna xitam verilməsi barədə məhkəmədə iddia qaldırmalıdır, habelə bu tələblərə yeni icraatda baxılmalıdır. İpotekaya qoyulmuş ev və ya mənzil satılmamış, münasibətlərə yeni mülkiyyətçi daxil olmamış, sabiq mülkiyətçinin və onun ailə üzvlərinin yeni mülkiyyətçi qarşısında mənzili 1 ay ərzində tərk etmək barədə öhdəliklərini könüllü icra etməkdən imtinası halı baş verməmiş, mülkiyyətçi olmayan kreditorun baş verməmiş və ümumiyyətlə baş veribverməyəcəyi məlum olmayan hüquqi faktlar (hərəkətlər) üzrə tələb hüququ yaranmadığından, “mənzildə yaşayanların qeyd olunan daşınmaz əmlaklara istifadə hüquqlarına xitam verilməsi” barədə iddia tələbi təmin edilə bilməz. İpoteka qoyanın və ailə üzvlərinin istifadə hüquqlarına xitam verilməsinə dair iddia ilkin mülkiyyətçinin hüququ itirildikdən sonra təmin edilə bilər. Həmçinin mənzil satıldıqdan sonra mənzilin mülkiyyətçisi iddiaçı olmaya da bilər. Buna görə də iddiaçı mənzildə yaşayanların mənzilə istifadə hüquqlarına xitam verilməsini tələb etməsi əsassızdır. Məhkəmə, iddia tələbinin “mənzildə yaşayanların mənzildən çıxarılmaları və mənzilin məcburi boşaldılması”na dair hissəsini araşdıraraq hesab edir ki, qeyd edilən mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğundan, iddia tələbi həmin hissədə də təmin edilməlidir və cavabdehlərdən yalnız Cavabdeh2, X3, X9, X7 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 41 nömrəli evin, 18 saylı mənzildən çıxarılmalıdırlar və mənzil boşaldılmalıdır. Cavabdeh (Murquzlu) X10 həmin ünvanda qeydiyyatda olmadığndan iddia tələbinin ona dair mənzildən çıxarılma hissəsi rədd edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iş üzrə aparılmış qiymətləndirmə xərci cavabdehlərdən tutulmalıdır. Belə ki, qiymətləndirmə hesabatından göründüyü kimi, tədqiqatın dəyəri 250 manat məbləğindədir. Məhkəmə həmçinin hesab edir ki, iddia qismən təmin edildiyindən, iş üzrə üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 250 manat məbləğində pul vəsaiti X2 və Cavabdeh2 tutularaq, “X13” MMC-nə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Ödəniş gününə qüvvədə olan məzənnə ilə 8542,99 (səkkiz min beş yüz qırx iki dollar 99 sent) ABŞ dolları məbləğində əsas borc, 767,81 (yeddi yüz altmış yeddi dollar səksən bir sent) ABŞ dolları məbləğində faiz borcu, 932 (doqquz yüz otuz iki) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, cəmi 10242,8 (on min iki yüz qırx iki dollar səksən sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı kredit borcu və 229,24 (iki yüz iyirmi doqquz manat iyirmi dörd qəpik) manat məbləğində iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu X2 və Cavabdeh2 tutularaq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Tələb Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 41 nömrəli evin, 18 saylı mənzilinə yönəldilsin. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 41 nömrəli evin, 18 saylı mənzilin ilkin satış qiyməti 75 000 (yetmiş beş min) manat məbləğində olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən ödəniş gününə qüvvədə olan məzənnə ilə 10242,8 (on min iki yüz qırx iki dollar səksən sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı və 229,24 (iki yüz iyirmi doqquz manat iyirmi dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı BOKT ASC-yə ödənilsin. Borc ödənildikdən sonra mənzilin satışından qalan məbləğ Cavabdeh2 qaytarılsın. Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə prospekti, 41 nömrəli evin, 18 saylı mənzilə tutma yönəldikdən və satıldıqdan 1 bir ay sonra Cavabdeh2, X3, X9, X7 mənzildən çıxarılsın və mənzil boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatının dəyəri olan 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti X2 və Cavabdeh2 alınaraq ““X13” MMC-nin hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar