Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3431/2024 24.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı Bakı şəhərində kabel şəbəkəsinin qurulması və əhaliyə kabel televiziyası xidmətləri göstərilməsi məqsədi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Milli Televiziya və Radio Şurasından 22 avqust 2005-ci il tarixli, TR 057 saylı və 22 avqust 2011-ci il tarixli, TR 066 saylı teleradio yayımı üçün lisenziyalar almış, hazırda Azərbaycan Respublikası Audiovizual $urasının 15 dekabr 2022-ci il tarixli UPO-001 qeydiyyat nömrəli xüsusi lisenziyası əsasında fəaliyyət göstərir. Bu məqsədlə İddiaçı MMC kabel şəbəkəsini qurmaqla kabel televiziyasının yayımlanması üçün müqavilə əsasında yaşayış və qeyri-yaşayış sahələrinə kabel xəttləri çəkir. Lakin bir çox vətəndaşlar İddiaçı MMC ilə müqavilə bağlamadan qanunsuz olaraq şirkətin kabel şəbəkəsinə qoşulurlar. Bu qanunsuzluqların qarşısının alınması məqsədi ilə İddiaçı MMC ilə “Ədalət-A” hüquq firması arasında xx.xx.2008-ci il, xx.xx.2011-ci il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixlərdə hüquqi xidmətlərin göstərilməsinə dair müqavilələr imzalanmışdır. DİN BPQMİ-nin MAPS şöbəsinin arayışına əsasən cavabdeh Bakı şəh., Xətai ray., Sarayev küşəsi 128, mənzil 39 qeydiyyatdadır. 120 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi cavabdehə məxsus olmuşdur. Belə ki, həmin ünvanda “K@TV1” xidmətlərinin göstərilməsinə dair analoq yayımıxx.xx.2017-ci il tarixdən təmin edilmişdir. Həmçinin, qanunsuz qoşulmanın həyata keçirildiyi sözügedən ünvandakı mənzilin sahibi Cavabdeh ilə İddiaçı MMC arasında kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair hər hansı müqavilə münasibətləri olmamışdır. xx.xx.2021-ci il tarixdə “Ədalət-A” hüquq firmasının və “K@TV1” kabel televiziyasının əməkdaşları Teleradio üzrə mütəxəssisin iştirakı ilə sözügedən ünvanda kabel şəbəkəsinə baxış keçirən zaman, həmin mənzilin kabel şəbəkəsinə qanunsuz qoşulması faktı aşkar edilmiş, mənzil sakini özünü təqdim etməkdən və aktı imzalamaqdan imtina etmiş, bu barədə 8573 N saylı akt tərtib olunmuş və qanunsuz qoşulmuş kabel şəbəkədən ayrılmışdır. 8573 N saylı akt tərtib edilənədək həmin ünvanda yerləşən binaya sonuncu dəfə xx.xx.2018-ci il tarixdə baxış keçirilmişdir. Beləliklə də yuxarıda qeyd olunan qanunsuz qoşulma nəticəsində İddiaçı MMC-yə maddi ziyan vurulmuşdur.
2. Belə ki, kabel televiziyasının xidmətlərindən istifadə üçün aylıq abunə haqqı 31 avqust 2015-ci il tarixədək 9 (doqquz) manat, 01 sentyabr 2015-ci il tarixdən isə 10 (on) manat təşkil edir. Eyni zamanda qanun pozuntusu vətəndaşın iradəsindən asılı olmayaraq aşkar edilmişdir. Yəni kabel şəbəkəsinə baxış keçirilməsə idi, cavabdeh bu xidmətlərdən qanunsuz olaraq istifadə etməkdə davam edəcəkdi. Sözügedən ünvana son baxışın keçirildiyi xx.xx.2018-ci il tarixdən qanunsuz qoşulma barədə aktın tərtib olunduğu xx.xx.2021-ci il tarixə qədər olan müddət 1180 gün təşkil edir. Bu isə həmin dövrdə hər gün üçün 33 qəpik maddi ziyan hesablamaq şərtilə müvafiq müqavilə bağlamadan kabel şəbəkəsinə qanunsuz olaraq qoşulma nəticəsində iddiaçıya vurulmuş zərərin məbləği 389 manat 40 qəpik təşkil edir. Bundan əlavə İddiaçı MMC “Ədalət-A” hüquq firması ilə bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair müqavilənin 4.1-ci bəndinə əsasən hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat pul ödəyir. Dəymiş zərərin əvəzinin könüllü ödənilməsi üçün cavabdehə pretenziya məktubları göndərilmiş və çatdırılmış, lakin bu günədək cavabdeh tərəfindən dəymiş zərərin əvəzi ödənilməmişdir.
İddiaçının tələbi:
3. Cavabdeh “K@TV1” əmtəə nişanı ilə fəaliyyət göstərən İddiaçı MMC-nin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz olaraq qoşulma nəticəsində 389 manat 40 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 569 manat 80 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
4. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
Tərəflərin izahatı:
6. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə öz izahatında qeyd etmişdir ki, hazırki iddia tələbi qanunsuz qoşulma nəticəsində vurulmuş ziyanın ödənilməsi tələbidir. 120 saylı MKİS-dən verilmiş arayışa əsasən Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, 12 B mənzil 39 Cavabdeh məxsusdur. Həmin ünvanda KATV xidmətləri və analoq yayımları 2017-ci ildən təmin edilmişdir, həmçinin, qanunsuz qoşulmanın həyata keçirildiyi sözügedən ünvandakı mənzilin sahibi Cavabdeh ilə AG Telekom arasında heç bir müqavilə münasibətləri olmamışdır. Yalnız xx.xx.2021-ci il tarixdə akt tərtib edilərək qanunsuz qoşulma halı aşkar edilmişdir. Həmin ünvana sonuncu baxış xx.xx.2018-ci il tarixdə keçirilmişdir. xx.xx.2018-ci ildən xx.xx.2021-ci il tarixədək 1180 gün müəyyən edilir ki, hər gün üçün 33 qəpik ziyan hesablanmaqla iddiaçıya vurulmuş ziyanın ümumi məbləği 389 manat 40 qəpik təşkil edir. Maddi ziyan yoxlama müddətləri arasındakı günlərlə hesablanmışdır. Müqavilə münasibətləri mövcud olmasa da burada qanunsuz qoşulma halında deliktdən irəli gələn öhdəlik yaranmış olur. Binaların yoxlanması üçün 150 manat xərc vardır ki, bu da məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində baş vermişdir. Odur ki, hazırda Cavabdeh maddi ziyanın əvəzi, eləcə də nəzarət baxışı zamanı binaların yoxlanması üçün 150 manat pul vəsaiti tələb olunur. Məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək mülki işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir.
9. AG Telekom MMC ilə Ədalət-A MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair 01 iyun 2019-cu il tarixli müqavilə.
10. AG Telekom MMC tərəfindən verilmiş arayışa əsasən AG Telekom MMC-nin K@TV1 Kabel Televiziyası xidmətinin bir teleqəbuledici üçün aylıq abunə haqqı xidməti xx.xx.2015-ci il tarixədək 9 manatdır, xx.xx.2015-ci il tarixdən etibarən 10 manat təşkil edir. Eyni mənzildə hər əlavə qoşulan teleqəbuledici üçün isə aylıq abunə haqqı xidməti 2 manatdır.
11. Azərbaycan Respublikası Audiovizual Şurası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixdə Xüsusi lisenziyaya əsasən AG Telekom MMC Azərbaycan Respublikası ərazisində yayım üsulu kabel, İPTV, OTT, mobil TV yayımı, xidmətin brend adı “K@TV1” olmaqla universal platforma operatoru xidməti göstərir.
12. xx.xx.2023-cü il tarixli ödəniş qəbzinə əsasən Ədalət-A MMC-yə 150 manat xidmət haqqı ödənilmişdir. (Xidmətin təyinatı- Cavabdeh hüquqi xidmət və nəzarətin göstərilməsidir).
13. AR Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyinin 120 saylı Mənzil Kommunal İstismar sahəsindən verilmiş 567№li xx.xx.2021-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 52 ünvanında yerləşən 35 saylı mənzil Cavabdeh məxsusdur.
14. AG Telekom MMC-nin “KATV1” kabel şəbəkəsinə qanunsuz qoşulmanın aşkar edilməsi haqqında 8573№li xx.xx.2021-ci il tarixli akta əsasən Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 52 ünvanında yerləşən 35 saylı mənzildə qanunsuz olaraq kabel şəbəkəsinə qoşulmuşdur.
15. AG Telekom MMC tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli arayışa əsasən Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 52 ünvanında yerləşən 35 saylı mənzilə 8573№li akt tərtib olunana qədər sonuncu dəfə xx.xx.2018-ci il tarixdə həmin binaya baxış keçirilmişdir.
16. AG Telekom MMC tərəfindən verilmiş 27 sentyabr 2022-ci il tarixli arayışa əsasən AG Telekom MMC tərəfindən ünvan 2 ünvanında yerləşən yaşayış binası KATV1 kabel televiziyası xidmətlərinin göstərilməsinə dair analoq yayım ilə xx.xx.2017-ci il tarixdən təmin edilmişdir. Həmçinin, qanunsuz qoşulmanın həyata keçirildiyi Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 52, mənzil 35-in sahibi Cavabdeh ilə AG Telekom MMC arasında hər hansı müqavilə münasibətləri (kabel televiziyası və internet xidmətlərinin göstərilməsinə dair) olmamışdır.
17. xx.xx.2022-ci il tarixli poçt qəbzi. 18.AR Xətai Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş məktuba əsasən ünvan 3 ünvanı onların xidməti ərazisində mövcud olmadığından məhkəmə bildirişinin həmin ünvanda qeydiyyatda olan Cavabdeh çatdırılması mümkün olmamışdır.
19. Videogörüntülər və mülki iş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1 Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89.1. Yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 89.2. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
147. Cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı: “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”
Məhkəmənin mövqeyi:
23. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəfin izahını, əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.
24. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
25. Məhkəmə tərəflər arasında yaranmış münasibətləri nəzərə alaraq hesab edir ki, tələbin hüquqi əsasını ilk növbədə Mülki Məcəllənin 1096-cı və 1097.1-ci maddələri təşkil edir.
26. İddiaçı AG Telekom MMC-nin tələbi qanunsuz olaraq qoşulma nəticəsində 389 manat 40 qəpik məbləğində vurulmuş zərərin, hüquqi xidmətlərin göstərilməsi və qrafik üzrə keçirilən nəzarət baxışı zamanı binaların yoxlanılması üçün 150 (yüz əlli) manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 40 qəpik bank xidməti haqqının, ümumilikdə 569 manat 80 qəpik məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsidir.
27. İddiaçıya dəymiş ziyanla əlaqədar cavabdehin təqsirli hərəkətinin olması, yəni kabel xəttinə qanunsuz qoşulmaqla iddiaçıya maddi ziyan vurması halı müəyyən edilmişdir. İşin bu halları iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübutlarla, videogörüntülərlə öz təsdiqini tapmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanında sonuncu baxış xx.xx.2018-ci il tarixdə keçirilmiş, xx.xx.2021-ci il tarixdə isə qanunsuz qoşulma halı aşkar edilərək bu barədə 8473 №li akt tərtib edilmişdir. Sonuncu baxış tarixindən xx.xx.2018-ci il tarixdən etibarən xx.xx.2021-ci il tarixədək Cavabdeh tərəfindən qanunsuz qoşulma nəticəsində vurulmuş ziyanın məbləği 389 manat 40 qəpik pul vəsaiti olaraq hesablanmışdır. Məhkəmə iddia tələbinin həmin hissədə əsaslı olması və təmin edilməsi qənaətinə gəlir.
28. Mülki iş materiallarına əlavə edilmiş AG Telekom MMC ilə Ədalət-A MMC arasında bağlanmış hüquqi xidmətlərin göstərilməsinə dair 01 iyun 2019-cu il tarixli müqaviləyə əsasən Ədalət-A MMC hazırki iş üzrə iddiaçı AG Telekom MMC-yə hüquqi xidmətlər göstərməkdədir. (§9) Həmçinin, iddiaçının Cavabdeh nəzərat baxışı zamanı yoxlanma üçün tələb etdiyi 150 manat pul vəsaitinin mülki iş materiallarına əlavə edilmiş ödəniş qəbzinə əsasən iddiaçı AG Telekom MMC tərəfindən Ədalət-A MMC-yə ödənilməsi öz təsdiqini tapmışdır. Ödənişin təyinatı Cavabdeh hüquqi xidmət və nəzarətin göstərilməsidir). (§12). Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır və təmin edilməlidir. Cavabdeh 150 manat pul vəsaiti tutularaq iddiaçı AG Telekom MMC-yə ödənilməlidir.
29. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən 389,40 manat pul vəsaitinin vurulan zərərin əvəzi kimi və 150 manat xidmət haqqını tələb etməkdə haqlıdır.
30. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, qanunsuz qoşulma nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 389,40 (üç yüz səksən doqquz manat qırx qəpik) və 150 (yüz əlli) manat xidmət haqqı Cavabdeh tutularaq iddiaçı AG Telekom MMC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat və 0,40 (qırx qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh qanunsuz qoşulma nəticəsində vurulmuş maddi ziyanın əvəzi kimi 389,40 (üç yüz səksən doqquz manat qırx qəpik) və 150 (yüz əlli) manat xidmət haqqı tutularaq İddiaçı MMC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat xidmət haqqı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin.
4. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verə bilər.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova