Məhkəmə qərarları › İş №e-2(011)-3435/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-3435/2023

26.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-3435/2023 26.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı - İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbi barədə” iddiasına sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbi barədə” kiçik iddiaya dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022ci il tarixli №011004158 saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 405.6 manat əsas, 60.8 manat cərimə, cəmi 466.4 manat borcun, xx.xx.2021-ci il tarixli № ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 102 manat əsas, 15.3 manat cərimə, cəmi 117.3 manat borcun, ümumilikdə iki müqavilə üzrə 507.6 manat əsas, 76.1 manat cərimə, cəmi 583.7 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən onun aldığı "Samsung" markalı mobil telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 37 manat olmaqla cəmi 664,60 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 31 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 405,60 manat borcu qaytarmamışdır. xx.xx.2021-ci il tarixli, ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncunun aldığı “Samsung" markalı paltar yuyana görə 18 ay ödəniş cədvəli üzrə hər ay 52 manat olmaqla, cəmi 934 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2021-ci il tarixli, ********** müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2023-cü il tarixdə 51.50 manat ödəniş etmiş və müqavilə üzrə qalıq qalmış 102 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin xx.xx.2022-ci il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən gecikdirdiyi günlərin faktiki cərimə borcu 608 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı müqavilə üzrə 608.00 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 60,8 manat "xxxx" MMC-yə ödənilməlidir. Cavabdehin xx.xx.2021-ci il tarixli, ********** saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən gecikdirdiyi günlərin faktiki cərimə borcu 153 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı müqavilə üzrə 153 manat təşkil ediyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 15,30 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdehin xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nə olan borcu xx.xx.2022-ci il tarixli, № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 405.6 manat əsas, 60.8 manat cərimə, cəmi 466.4 manat borc, xx.xx.2021-ci il tarixli, № ********** saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 102 manat əsas, 15.3 manat cərimə, cəmi 117.3 manat borc, ümumilikdə iki müqavilə üzrə 507.6 manat əsas, 76.1 manat cərimə, 583.7 manat təşkil etmişdir. Cavabdeh məhkəməyə məlum olan yaşayış yeri üzrə lazımi qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və İddiaçı MMC-nin tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh qeyd edilən müddətdə iddia tələbinə dair etirazını bildirməmişdir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. xx.xx.2022ci il tarixli, ********* saylı müqaviləyə əsasən tərtib edilmiş 1 saylı əlavəyə görə "Samsung A226 Gray 128 GB" markalı mobil telefon kredit yolu ilə satılmışdır. Həmin sənəddə qeyd edilmişdir ki, qeyd edilmiş məhsul üçün 18 ay müddətində ayda 37 manat ödəniş edilməlidir. Həmin sənəddə əks olunmuş təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsul Cavabdeh tərəfindən təhvil alınmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 405.60 manat əsas, 608.00 manat cərimə, cəmi 1.013,60 manat borcu yaranmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixli, ********* saylı müqaviləyə əsasən tərtib edilmiş 1 saylı əlavəyə görə "Samsung WW70T3020BW/LP" markalı məhsul kredit yolu ilə satılmışdır. Həmin sənəddə qeyd edilmişdir ki, qeyd edilmiş məhsul üçün 18 ay müddətində ayda 52 manat ödəniş edilməlidir. Həmin sənəddə əks olunmuş təhvil-təslim aktından görünür ki, qeyd edilmiş məhsul Cavabdeh tərəfindən təhvil alınmışdır. Əlavənin 3-cü bəndinə görə gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1% dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh 102 manat əsas, 153 manat cərimə, cəmi 255,00 manat borcu vardır. İş materiallarına əlavə edilmiş xəbərdarlıq məktubundan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələr üzrə borcun ödənilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmışdır. Məhkəmə hesab edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli və xx.xx.2021-ci il tarixli alqısatqı müqavilələri üzrə aldığı məhsulların dəyərini ödəmək vəzifəsini lazımınca yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını və hesablanmış cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 405.6 manat (dörd yüz beş manat altmış qəpik) əsas, 60.8 manat (altmış manat səksən qəpik) cərimə borcu, cəmi 466.4 manat (dörd yüz altmış altı manat qırx qəpik) borc məbləği, xx.xx.2021-ci il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən 102 manat (bir yüz iki manat) əsas, 15.3 manat (on beş manat otuz qəpik) cərimə borcu, cəmi 117.3 manat (bir yüz on yeddi manat otuz qəpik) borc məbləği, qeyd edilmiş hər iki müqavilə üzrə 507.6 manat ( beş yüz yeddi manat altmış qəpik) əsas, 76.1 manat (yetmiş altı manat on qəpik) cərimə borcu, cəmi 583.7 manat (beş yüz səksən üç manat yetmiş qəpik) borc məbləği və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar